Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


07.05.2022  18:16 

URUQVAYIN KASIB PREZİDENTİ





A+  A-

Dostlar, xatırlayırsınızsa mən yazılarımın birini (“Varlı ölkənin kasıb prezidenti) İranın keçmiş prezidenti Mahmud Əhmədinejada həsr etmişdim. Qeyd etmişdim ki, bu adam 3 il Tehran kimi böyük (1-ci onluğa düşür) meqapolisin meri, 8 il İran kimi varlı (qaz ehtiyatlarına görə 3-cü, neft ehtiyatlarına görə 4-cü) ölkənin prezidenti olub. İşə başlayanda “Quran”a əl basıb, 1 qəpik rüşvət almayıb, aylıq maaşla dolanıb.

Sonda qeyd etmişdim ki, Əhmədinejad hətta yüksək dövlət pensiyasından imtina edib, indi də sadə həyat tərzi keçirir. Tehran universitetlərindən birində tarixdən və ictimai elmlərdən mühazirələr oxuyur. Eyni zamanda, kənddə mal-qara saxlayır, yayda qoyunlarını özü otarır. Arvadı Fərahi xanım da ona kömək edir. İşə ictimai nəqliyyatla gedib gəlirlər. Doğrudur, bu yazını alqışlayanlar, bəyənənlər çox oldu. Amma yalan hesab edənlər, məni təhqir edənlər, söyənlər, hətta “İrana işlədiyimi” iddia edənlər də oldu. Heyvərəliyin miqyasını təsəvvür edirsinizmi?

Mən də bunların acığına, istiqaməti dəyişmək, indi də Uruqvaya “işləmək”, bu ölkənin “El Pepe” ayamalı keçmiş prezidenti Xose Muxikadan danışmaq istəyirəm. Bu adam da Əhmədinejad kimi, senator və prezident işlədiyi dövrlərdə qazandığı yüksək dövlət pensiyasından imtina edib və fermerliyə gedib. Hazırda 9-cu onilliyi xırdalayır, kənddə yer şumlayır, məhsul becərir, mal-qara saxlayır...

Xose Muxika 1936-cı ildə anadan olub.1960-1980-ci illərdə diktatura əleyhinə silahlı mübarizəyə qalxıb, partizanlıq, hətta əfsanəvi inqilabçı Çe Gevara ilə dostluq edib. Xose "Tupamaros" partizan qrupunun (rəsmi adı "Milli Azadlıq Hərəkatı"dır) üzvü olub və terror aktları, bank soyğunları, girov götürülməsi də daxil olmaqla, müxtəlif cinayət hərəkətlərində iştirak edib. O, bir neçə dəfə yaralanıb, işgəncələrə məruz qalıb və təxminən 15 il məhkum həyatı yaşayıb. Onun döyüş və həyat yoldaşı Lusiya Topolanski də həbsxanadan keçib. 2005-ci ildə rəsmən evləniblər.

Məlum olduğu kimi, terrorun müxtəlif növləri o dövrdə Latın Amerikasında, xüsusən də Uruqvayda siyasi mübarizənin radikal forması sayılırdı. Amma 1985-də “Tupamaros” silahı yerə qoyaraq siyasi mübarizəni normal axarına keçdiyini bəyan etdi. Tezliklə ölkə parlamentinə daxil olan “Xalq iştirakı hərəkatı” belə yarandı. Keçmiş partizan Xose Muxika da siyasətçiyə çevrildi, amma köhnə partizan ayamasından imtina etmədi. O, 2005-də ölkənin heyvandarlıq, əkinçilik və balıqçılıq naziri vəzifəsinə təyin edildi, sonra senator da oldu.

“Geniş cəbhə” koalisiyası 2009-cu ildə Xose Muxikanı prezidentliyə namizəd verdi. Və Xose ölkənin, faktiki olaraq, heç kimin gözləmədiyi halda qalib gəldi. Təbii ki, o, ölkə prezidenti kimi maddi rifaha sahib ola bilərdi. Maşın, kortej, cah-cəlallı, qulluqçularıyla prezident iqamətgahında yaşaya bilərdi. Amma köhnə partizan El Pepe bunlardan imtina edərək bütün ictimaiyyəti şoka saldı. Arvadı Lusiya ilə Montevideo ətrafındakı sadə evində yaşamağı prezident iqamətgahından üstün tutdu. Əvvəlcə heç maşınları da yox idi. 2010-cu ildə 2 min ABŞ dollarına 1987-ci il buraxılışlı “Folksvagen Juk” aldı. Bu onun prezidentlik müddətində aldığı ən bahalı “əmlakı” sayılırdı.

Təbii ki, Uruqvay prezidenti də istənilən başqa ölkənin başçısı kimi yaxşı maaş alır – ayda 12 500 dollar. Amma El Pepe və xanımı götür-qoy edərək qərara gəlirlər ki, onlara 1250 dollar da bəs edər və maaşın qalanını xeyriyyəçiliyə sərf edirlər. “Bu pul mənə tam bəs edir, – El Pepe izah edirdi, – bəs etməlidir, çünki uruqvaylıların çoxunun gəliri bundan xeyli aşağıdır”.

Amma El Pepe özünün tərki-dünya həyatını heç kimə zorla sırımazdı. Hamının kasıb yaşamalı olduğunu düşünən alovlu inqilabçılardan deyildi. Sadəsə, bir prezident kimi orta imkanlı vətəndaşdan yaxşı yaşamaq istəmirdi. O, müsahibələrin birində deyirdi: “Adamlardan özümün yaşadığım kimi yaşamağı tələb etsəydim, onlar mənə nifrət edərdilər”. Uruqvaylılar prezidentin həm zahidliyini, həm də insanpərvərliyini yüksək dəyərləndirir və ona hörmətlə “ən kasıb prezident” deyirdilər. Uruqvaylılar Muxikaya təkcə oğurluq və korrupsiyaya mübarizəsinə görə deyil, həm də sosial islahatlarına görə minnətdar idilər. Onun bütün islahatları “istədiyin kimi yaşa, başqalarına da yaşamağa mane olma” prinsipinə əsaslanırdı.

Muxikanın prezidentlik müddəti 2015-də bitib – Uruqvay konstitusiyası prezidentliyə iki dəfə dalbadal namizəd olmağı qadağan edir. Prezidentlikdən gedəndən sonra Xose üç traktor alıb və fermerliklə məşğul olur. Bütün təsərrüfat işlərini xanımıyla birlikdə əllə görür. Hökumət onun evini qorumaq üçün iki polis ayırıb. İki polis və sevimli iti onun rahatlığının keşiyini çəkir. Keçmiş prezident deyir ki, mənim üçün ən qiymətli əşyalar atamdan qalma çəkiç və beldir. Bunlar çoxları üçün əhəmiyyətisiz şeylərdir, amma mənim üçün çox qiymətlidir…

Hazırladı:
Qalib ARİF


Xəbər 3722 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +