Hikmət Hacıyev Londonda görüşlər keçirib
Azərbaycan Fransadan nə tələb edir?
Tusk Maska cavab verdi: Təkəbbürlük etmə
Natiq Həsənov aparat rəhbəri təyin edildi
“Vedi Construction”un külli miqdarda vergi borcu var
Müəllimlərə “hinduşkabaş” deyən direktordan xəbər var
Milli Məclis İsveç parlamentinin bəyanatını rədd etdi
III Çarlz Kanadanı müdafiə edəckmi?
USAID proqramlarının 83%-i rəsmən bağlandı – Rubio
İş adamı gecə qəzasında öldü


19.11.2021  14:46 

“2 milyon əsas borcu, 1 milyon da faiz istəyirdilər“ - Tağı Əhmədovla borc qalmaqalı





A+  A-

“Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədova məxsus 2 milyon manatı ələ keçirməkdə ittiham olunan Qulu Muxtarov, Səadət Xəlilov və Sahil Abuşovun məhkəməsi davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində noyabrın 18-də keçirilən məhkəmə prosesində Səadət Xəlilov ifadə verib.

O bildirib ki, bu işdə zərərçəkmiş qismində tanınan Soltan Əliyev Tağı Əhmədovun dostudur:

“Mən Soltan Əliyevi 20-25 ildi tanıyıram. 2016-cı ildə görüşəndə danışdım ki, mərmər işiylə məşğul oluram. Pul tapa bilsəm, daha yaxşı qazanc olar. Dedi ki, Tağıya deyərəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə Tağı Əhmədov 1 milyon manata hər ay 10000 manatdan faiz ödəmək şərtilə pul verməyə razılaşıb. Lakin birinci dəfə 200 min verib. İkinci dəfə 1 milyon, üçüncü dəfə isə 800 min manatı sələmlə ondan götürüblər:

“Birinci 200 mini alanda Tağı Əhmədov mənimlə söhbət elədi, danışığımızdan anladı ki, bu sahəni yaxşı bilirəm. Özünün də mərmər işiylə məşğul olan tanıdıqları vardı. Söhbətdən sonra dedi ki, 3 milyon verməyə hazırdı. Soltan Əliyevdən soruşdu ki, sən nə deyirsən. O da cavab verdi ki, mən lap 10 milyona da qarant dayanıram. 200 mini alandan bir müddət sonra Soltan Əliyev zəng elədi ki, üç sellofan götür, YAP-ın Yasamal təşkilatının yanına gəl. Getdim, yuxarı qalxdım, Tağı Əhmədov 1 milyon verdi”.

Səadət Xəlilovun sözlərinə görə, onlar İrandan mərmər daşlar alıb, Qazaxıstana göndərirdilər. Bir müddət sonra göndərilən malların pulunun ödənilməsində problemlər yaranıb. Bu üzdən onlar da Tağı Əhmədova faizləri ödəməkdə çətinlik çəkiblər. Bu üzdən tərəflər arasında mübahisələr olub. Səadət Xəlilov deyir ki, həmin vaxt Tağı Əhmədovun qohumları bir neçə dəfə onu döyüblər. Tağı Əhmədovun onunla görüşən qohumları arasında oğlu Ruslan Əhmədov da olub.

Daha sonra Xətai Rayon Məhkəməsinə Soltan Əliyevin adından mülki iddia verilib:

“2 milyon əsas borcu, 1 milyon da faiz istəyirdilər. Tağı Əhmədova 234 min faiz pulu verilib, onu da çıxmırdı”.

Zərərçəkmiş Soltan Əliyev bildirib ki, o pul mənfəətdir və borcdan çıxılmamalıdır./Meydan TV



Xəbər 3835 dəfə oxunub.



10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu

10.03.2025  11:59 

İş adamı gecə qəzasında öldü

10.03.2025  10:42 

Samarada Neft Emalı Zavodu vuruldu

09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu


BÜTÜN XƏBƏRLƏR +