Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


03.10.2019  09:04 

“Məni ölümlə hədələdilər” - Millət vəkili





A+  A-

Milli Məclisin deputatı Tahir Kərimli İTV-də yayımlanan "3D" verilişinin qonağı olub.
XəzərNews.az xəbər verir ki, o, efirdə bir sıra məsələlərə aydınlıq gətirib.

Tahir Kərimli əvvəlcə, Azərbaycan Dövlət Himninin dəyişdirilməsi yönündə səsləndirdiyi fikirlərə münasibət bildirib:

“Mən deyirdim ki, himni Heyratı üstündə, Koroğlu uverturası kimi yazaq. Himdən qəmgin notları çıxardaq. Mən heç vaxt himni dəyişməyi təklif etməmişəm. Buna görə sosial şəbəkələrdə məni ölümlə də hədələdilər. Mən istəyən kimi himn olsaydı, Azərbaycan xalqı onu daha çox sevərdi. Qarabağı azad etmək istəyən millətin hünərvər himni olmalıdır”.

Tahir Kərimli verilişdə daha bir məsələyə aydınlıq gətirib. O, deputatların mənzillə təmin olunması üçün təklif irəli sürmədiyini söyləyib:

“Mən dedim ki, bizə yox, Milli Məclisin adi işçilərinə mənzillər verilsin. Dedilər ki, guya mənzili Tahir Kərimli özünə istəyir. 101 kv metr mənzilim var, bəsimdir. Təbii ki, insan daha geniş evdə yaşamaq istəyir. Götürüb yazdılar ki, Tahir Kərimlinin gözü doymur. Mən nəinki mənzil, əməkhaqqı, deputatların, hər hansı bir vəzifəli şəxsin imtiyaz daşımasına qarşıyam. Olmaz, biz heç kimdən artıq deyilik”.

Tahir Kərimli yaşadığı binanın bir hissəsində əxlaqsızlıq yuvası, hostel açılmasından da bəhs edib. O, bir müddət əvvəl Milli Məclisdə səsləndirdiyi problemin hələ də həll olunmadığını qeyd edib:

“O məsələni həll edə bilmədik. Dəhşətdir. Əvvəl qadınları yaxşı olmayan paltarda görəndə narahat olurduq. Amma biz nələr gördük. Xaricdən gələn kişilər balkona paltarsız çıxırlar. Bizim ailə üzvlərimiz var. Yaşadığımız yer memarlıq binasıdır. Qəti qağandır ki, ora hostelə, otelə çevrilsin. Təəssüf edirəm ki, müraciət etmədiyimiz adam qalmadı. Bizim gücümüz çatmadı, qanundan yüksək olan adam gəlib orada otelini tikdi. Təəssüf ki, bu gün də həmin adamın kimliyini bilmirəm. Əgər men deputat olaraq öz hüquqlarımı həll edə bilmirsəmsə, adi adamlar neyləsin? Milli Məclisdə çox yaxşı şərait, kabinetimiz, maaşımız var. Birinci deputatlıq dönəmində dövlətin bütün problemləri Mili Məclisdə həll olunurdu. Sizi inandırım ki, deputatın qarşısında istənilən vəzifəli şəxs məsuliyyət daşıyırdı. İndi isə nəinki nazir, bəzi nazir müavinləri belə hökumət telefonlarına cavab vermir”.

Xəbər 1534 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +