Hikmət Hacıyev Londonda görüşlər keçirib
Azərbaycan Fransadan nə tələb edir?
Tusk Maska cavab verdi: Təkəbbürlük etmə
Natiq Həsənov aparat rəhbəri təyin edildi
“Vedi Construction”un külli miqdarda vergi borcu var
Müəllimlərə “hinduşkabaş” deyən direktordan xəbər var
Milli Məclis İsveç parlamentinin bəyanatını rədd etdi
III Çarlz Kanadanı müdafiə edəckmi?
USAID proqramlarının 83%-i rəsmən bağlandı – Rubio
İş adamı gecə qəzasında öldü


28.11.2018  09:17 

Azərbaycanda daha 4 vulkan püskürəcək





A+  A-

Azərbaycanda yeni palçıq vulkanlarının püskürəcəyi ilə bağlı verilən proqnoz özünü doğruldub. Artıq 2 vulkan püskürüb, 4 vulkanın isə bu ilin sonuna kimi və 2019-cu il ərzində püskürəcəyi ehtimal edilir.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, hələ oktyabrda Abşeron yarımadasında Bozdağ Qobu, Ələt qəsəbəsində Bahar, Qobustanda Şəkixan, Nardaranaxtarma, Ayazaxtarma, Şıxzərli vulkanlarında püskürmə olacağı ilə bağlı proqnoz verilmişdi: "Şəkixan və Ayazaxtarma palçıq vulkanlarındakı püskürmə ehtimalları təsdiqlədi. Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Qobustanda təcrübə-kəşfiyyat işləri apararkən vulkanların yeni oyanışlarının izlərini təyin ediblər. Püskürmələr zəif olub".

Professor əlavə edib ki, bir necə il davam edən sakitlik dövründən sonra 2017-ci il Azərbaycanda vulkanların püskürməsi intensivləşib. Təkcə keçən ilin birinci yarısında Abşeron yarımadasında (Otmanbozdağ, Lökbatan, Keyrəki) və Şamaxı-Qobustan rayonunda (Bozaaxtarma, Şixzərli, Qarıca və Şəkixan) 7 vulkan püskürüb.

A.Əliyev qeyd edib ki, ümumilikdə son 2 ildə Azərbaycanda 19 vulkan püskürməsi halı qeydə alınıb. Azərbaycanda quru və dənizdə 350-dən çox palçıq vulkanının olduğunu deyən A.Əliyev qeyd edib ki, hər il 3-5 vulkanda müxtəlif intensivlikdə püskürmələr baş verir. Lakin seysmik aktivliyin artdığı dövrlərdə püskürmələrin də sayı çoxalır.

O, belə dövrlərə misal olaraq, 1970 (10 püskürmə), 1986 (12 püskürmə), 1989 (11 püskürmə), 2001 (16 püskürmə), 2018-ci (11 püskürmə) illəri göstərib: "Palçıq vulkanının püskürməsi ilə bağlı proqnoza gəldikdə, bu suala birmənalı cavab yoxdur. Zəlzələ kimi vulkanların da püskürmə vaxtını qabaqcadan xəbər vermək asan məsələ deyil. Lakin bununla belə, bir sıra onilliklər ərzində palçıq vulkanının fəaliyyətini tədqiq etdiyimdən onların xüsusiyyətlərini, əvvəlki püskürmələri nəzərə alaraq, paroksizmal proqnozların verilməsini mümkün hesab edirəm. Söhbət təbii ki, yarım il və ya il ərzində olan proqnozlardan gedir. Belə ki, 2017-ci ildə biz Abşeron yarımadasında Keyrəki vulkan püskürməsinin olacağını gözləyirdik və o, 12 iyunda baş verdi. İnsanların təsərrüfat fəaliyyətinin də palçıq vulkanının püskürməsinə təsir göstərəcəyini demək olar. Azərbaycanda insan amili nəticəsində bəzi palçıq vulkanları süni şəkildə püskürüb".

Xəbər 1669 dəfə oxunub.



10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu

10.03.2025  11:59 

İş adamı gecə qəzasında öldü

10.03.2025  10:42 

Samarada Neft Emalı Zavodu vuruldu

09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu


BÜTÜN XƏBƏRLƏR +