Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


07.09.2018  09:05 

“Bakı Kristal zalı” 10 milyon zərər edib





A+  A-

“Bakı Kristal zalı” MMC 2017-ci ili 10 milyon 460 min manat zərər ilə başa vurub. Bu, 2016-cı illə müqayisədə 35,5% çoxdur. MMC 2016-cı ili 6 milyon 747 min manat zərər ilə bağlamışdı.
XəzərNews.az “Marja”-ya istinadən xəbər verir ki, bu rəqəm MMC-nin maliyyə hesabatında yer alıb. Hesabata görə, “Bakı Kristal zalı”nın 2017-ci ildə cəmi əməliyyat gəliri 2016-cı illə müqayisədə 4 dəfə artaraq 369 min 481 manata yüksəlib. MMC 2016-cı ildə 91 min 124 manat cəmi əməliyyat gəliri əldə etmişdi.

“Bakı Kristal zalı”nın cəmi əməliyyat xərcləri isə 58% artaraq 10 milyon 830 min manat təşkil edib. Xərclər gəlirləri kəskin üstələdiyindən “Bakı Kristal zalı” zərərdədir.

Ötən ilki xərclərin dəyişməz qalacağını hesab etsək, “Bakı Kristal zalı” xərclərini bağlamaq üçün cəmi gəlirlərini 30 dəfə artırmalıdır. Nəzərə alsaq ki, gəlirlərin artırılması xərcləri də artırır. Belə olan halda MMC daha böyük məbləğlərdə gəlirlər hədəfləməlidir.

Hazırda “Bakı Kristal zalı” MMC xərclərini dövlətin ayırdığı sərmayəsindən qarşılayır.

“Bakı Kristal zalı”nın cəmi xərclərinin 92%-ni və ya 9 milyon 989 min 262 manatını inzibati xərclər (əmək haqqı, amortizasiya, digər) təşkil edib. Bu xərclər 2016-cı illə müqayisədə 60% artıb.

“Bakı Kristal zalı”nın cəmi aktivləri 2017-ci ildə 2016-cı illə müqayisədə təxminən 5% azalaraq 176 milyon 536 min manata düşüb.

MMC ötən ilin sonunda 191 milyon 567 min 449 manat nizamnamə kapitalına malik olub. Şirkətin yığılmış zərəri 17 milyon 207 min manata çatdığından cəmi kapital və öhdəliklər 176 milyon 536 min manata düşüb. Qısası, zərər sərmayənin bir hissəsini silib.

Bakı Kristal Zalı - çoxməqsədli idman-konsert kompleksidir. Bu kompleksdə geniş miqyaslı konsert tədbirləri və idman yarışlarının həm komanda, həm də ayrı növlərini keçirmək üçün nəzərdə tutulub. Zalı idarə etmək üçün yaradılmış “Bakı Kristal Zalı” MMC dövlət müəssisəsidir.

Rəqəmlərdən göründüyü ki, 2 ildir "Bakı Kristal Zalı" səmərəli işləmir və dövlətə xeyir vermir.

Xəbər 1596 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +