Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


12.10.2024  10:59 

İranda vərdişi və geridönməz dağılma prosesi başlayıb





A+  A-

İranın daxilində baş verənlər fars-azərbaycanlı uyuşmazlığının nəticəsi kimi qəbul edilməlidir. Bu uyuşmazlıq Səfəvilər və sülaləsinin hakimiyyətdən uzaqlaşmasına gətirib çıxarıb. Müasir mərhələdə də fars-azərbaycanlı uyuşmazlığı həm də Avropada kral ailələrindən birinin kürəkəni olmaq istəyən İran şahının azərbaycanlı Fərəh xanıma eşq elan etməsindən götürülür. Şahın Fərəh xanıma eşq elan etməsi çox orijinal olub. Xaricdə oxuyan tələbələr üçün Tehranın kənarında tədbir təşkil etdirir və Fərəh xanım da o zaman məzunların sırasında idi. Təyyarəni Tehranın kənarında şoseyə endirən şah Fərəh xanıma elçi düşür və təyyarəyə mindirir. Təyyarə yerə enəndə şassisi açılmır. Müasir dövrdə bunu fars-azərbaycanlı uyuşmazlığının göstəricisi kimi qəbul edirlər.

Bu gün müstəqil Azərbaycanın inkişafı fars-azərbaycanlı uyuşmazlığını üzə çıxardı. Bariz misal Tehranın köçürülməsidir. Əslində Tehrandan da böyük meqapolislər belə vəziyyətdən çox asan çıxış yolu tapıblar, sənaye müəssisələrini şəhərdən kənara çıxarıblar. İndi də İranda əhalini özünə daha çox cəlb edən sənaye müəssisələrini prezident M.Pezeşkianın bildirdiyi kimi Fars körfəzinə köçürməklə şəhərdə əhalinin sayını dondurmaq, Tehranın köçürülməsinin qarşısını almaq olar. Tehranın böyük problemi torpağın sürüşməsi, su çatışmamazlığı və havanın çirkli olması deyil. Əsas problemi o şəhərin Azərbaycandilli olmasıdır. Məhz ali dini lider M.Pezeşkianın prezident seçkilərində iştirakına bu niyyətlə razılıq veribmiş. Sonradan digər namizədlərin M.Pezeşkiandan şikayətini ali dini lider qəbul etmədi. Əslində M.Pezeşkianın seçki kampaniyasında İranın elan etdiyi dini və siyasi normalarda pozulma halları var idi.

İşi bu yerə gətirib çıxaran proses İranın Ermənistana münasibətindən başlayıb. Bu təxminən 2000-ci ilin əvvəllərindən çox ciddi hala çevrildi. 1990-cı illərdə İran hərbçisi Azərbaycanın daxilində olaraq, onun uduzmasının səbəbi İranın Azərbaycanda özünə uyğun çevriliş etməsi, İslami quruluşlu dövlət qurmaq niyyəti idi. Bu alınmadı.

2000-ci illərdən sonra isə Azərbaycanın inkişafında yeni mərhələ aydın görünürdü. 2003-cü ildə Prezident seçilən İlham Əliyev 2005-ci ildə artıq beynəlxalq aləm tərəfindən dəstəklənən 3 təşəbbüsün müəllifi idi. İndi də hamı nəticəsini görür. Moskva-Tehran dəmir yolunun Mehridən deyil, Astara (İran) - Astaradan keçməsi idi.
Azərbaycan dövlətçiliyini sıradan çıxarmalı, minimum variant isə Azərbaycanda Prezident İlham Əliyev olmamalıdır. İrana lazım olan budur. Ona görə Azərbaycanın daxilində gördüyü işlərə ikinci böyük istiqamət qatdı. Bu Ermənistanı, erməniləri Azərbaycan dövlətçiliyi üçün qatil kimi hazırlamaqdır. İndi də o proses davam edir. Ona görə Ermənistana İranın etdiyi yardımlar əvəzsizdir. Ermənistanın 3 prezidenti İranı Ermənistan üçün “həyat yolu” adlandırıblar. İranın Ermənistana yardımı ilə ABŞ-ın Ermənistana yardımı eyni olub.

İranın daxilində baş verən digər savadsızlıqlar da yalnız Azərbaycana nifrət üzərində qurulub. İran Rusiya ilə münasibətləri ABŞ-la münasibətlərlə əvəzləyib. Rusiya Avropa İttifaqının, NATO-nun Ermənistanla sərhəddəki missiyası barədə çox gizli məlumatları İrana verib. İran isə bu məlumatları görmür, əksinə sanki İran ABŞ-la yarışa girib: Kim Ermənistanı daha çox gücləndirəcək.

Belə bir vəziyyətdə Rusiya nə fikirləşməlidir?! Rusiya Azərbaycanla Xəzər dənizində sərhədi birgə qorumalıdır. Azərbaycanla Rusiyanın Xəzər dənizindən birgə sərhəd qoruması Astara-Həsənqulu sərhədinin bərpa olunması deməkdir. İran Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanı imzalayıb, amma ratifikasiya etməyib. Xəzərə SSRİ dövrünün yanaşması qüvvəyə minməlidir, Rusiya da bu addımı atdı. Daha çox İranın daxilində baş verənlər diqqəti çəkir.
O kontekstdə İranda başlamış indiki dağılma prosesinin qarşısını almaq qeyri-mümkündür. Çünki bütün İranın şüurlu düşüncəsi ancaq o istiqamətdə işləyir. İranda bu vaxta qədər o tipli dağılma prosesinin qarşısını alan qüvvə olmayıb. İndi də İranın ali dini liderinin davranışı, Sepahdan gələn anti-Azərbaycan saxta məlumatlara hədsiz çox üstünlük verməsi göstərir ki, bu işlərin hamısı İranın azərbaycanlı ali dini liderinə qarşı qurulub və o azərbaycanlı ali dini lider də digər İranın tarixi azərbaycanlı hökmdarları kimi vəziyyətdən baş çıxarda bilmir, parçalanma prosesinin qabağını ala bilməyəcək. İranın düşməni kənarda deyil, öz içindədir İranın heç bir qonşusu ilə normal münasibəti yoxdur. Ən düşmən münasibəti isə Azərbaycanladır. İranın bütün qonşuları da müsəlmandır.

İranın ali dini lideri altı ay bundan öncə Qəzzada müharibənin başlanmasını Səudiyyə Ərəbistanı ilə İsrail arasında normallaşmaya qarşı başladığını bəyan etdi. İndi isə İranın xarici işlər naziri Səudiyyə Ərəbistanı ilə İsrailin regionda İrana qarşı müharibəyə başlaması üçün danışıqlar aparır. Bundan böyük məntiqsizlik ola bilməz. Üç ada ilə bağlı İranın mövqeyi tam məntiqsizdir. İngilis də deyə bilər ki, bu torpaqları mən sənə vermişəm. Ərəb torpağıdır, indi Birləşmiş Ərəb Əmirliklərinə qaytarıram. Niyə ingilis bunu deməməlidir?! İran nəyə inanır ki, ingilis bu sözü deməyəcək?! Əgər İran beynəlxalq hüquqla ortalığa qoysaydı ki, Bəhreyni İrandan alanda sənədləri saxtalaşdırmısınız, bu daha arqumentli olardı. İranın savadı çatmır. İndi İranda belə mütəxəssislər yoxdur. Ağlı azad olan, savadlı, elmi siyasətlə məşğul olan yoxdur. İran elmi, informasiya texnologiyalarının, mətbuatın yaratdığı imkanlardan istifadə edərək panfarsizmi göyə qaldırıb. Ərəbləri, türkləri aşağılayır. Həzrəti Peyğəmbər anadan olduğu dövrdə Məkkədə Tehrandan danışırmışlar; “Səsin Tehranın o başına çatdi”.

İranın yəhudilərə münasibəti indi də bəlli deyil. Qəzza müharibəsinin getdiyi dövrdə İranda “İlahi hökmdarlar” seriyalı nümayiş olundu. İlahi hökmdarların da hamısı yəhudilər imiş, Tövratın versiyasını ortalığa qoydu. Yəhudilər istiqamətində bəzən çox güclü reveranslar edir, təki ərəb, türk aşağılansın.

İranın parçalanmasına hazır olmalıyıq.

Mübariz Əhmədoğlu
Politoloq


Xəbər 3467 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +