Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


16.09.2024  12:34 

Şəhidlərin Vikipediyasını silən şəxs danışdı -VİDEO





A+  A-

“Azərbaycan xalqı, niyə AMEA-nın tərkibində olan Azərbaycan Milli Ensiklopediyasında şəhidlərimiz haqda yazılmır deyə sorğulamırsınız, düşmüsünüz ABŞ-ın saytı olan vikipediyanın üstünə. Cəsarət lazımdır axı bunu dilə gətirməyə. Heç maraqlanmısınız ki? Yox əlbəttə. Vikipediya qaydalarına zidd olduğu halda gənclər dörd ildir şəhid məqalələrini saxlaya bildi. Dəfələrlə bildirildi ki, silinəcək. Bu sayt bizim deyil. Birincisi, məqalələr silinməyib, qaydalara əsasən yerləşdirilib. Digər məqalələr isə nazirliyin tərtib etdiyi saytda yerləşdirilib. ( həmin məqalələri ittiham etdiyiniz gənclər könüllü olaraq yaradıb)”

Xəzərnews.az xəbər verir ki, bunu sosial şəbəkədə Vikipediya Azərbaycanın inzibatçısı Ayxan Ziyadzadənin anası Könül Ayxan bildirib:

“Bunu anlamayan cəmiyyət küyə gedib qoşulub axına. Xalq şəhidini vikipediya üzərindən tanımamalıdır, şəhidlərimizi tanımaq məcburiyyətindəyik. ABŞ-nin saytınamı qalmısınız? Niyə sinəsinə döyən alimlər bunu tələb etmir, illərdir əziyyət çəkən, can qoyan gənci linc edir. Qaydalara əsasən ensiklopedik sayılanlar qala bilər və qalıb da. Məqalələrin yerli-dibli silinməsindən söhbət getmir, şəhid məqalələri vahid siyahılarda birləşdirilir.

Hər bir şəhidin ayrıca bir məqaləsinin olmağı həm ümumdünya ensiklopediya, həm Azərbaycandakı ensiklopediya anlayışına, həm də ümumi "Vikipediya" qaydalarına ziddir. Bu qaydalar, əsasən, Vikimedia Fondunun baş ofisinin yerləşdiyi ABŞ-də hazırlanır, bizim yox.

Gedin bir araşdırın vikipediya nədir, qaydalar nədir, ensiklopediya nə deməkdir. Sonra ittihamlar irəli sürün.

İndi Azərbaycan üzrə vikipediyanız bloklanmaq təhlükəsi ilə üzləşir. Bilin ki, sabah vikipediyanı hər hansı bir düşmənə də verə bilərlər və haqqımızda nə istəsələr yaza bilərlər. Bizə də uzaqdan seyr etmək qala bilər, müdaxilə edən olmayacaq. Bunların öhtəsindən Ayxan gəlirdi. İndi isə vikipediyanı tərk etməsini bir ana olaraq mən xahiş etmişəm. 100.000 dən çox redaktəsi, məqaləsi var idi. İndi sinəsinə döyən aliminiz gedib yazar, yaradar. Bizdən bu qədər... Təhqir və hədələrə, ölümlə hədələləndiklərinə, şər-böhtana görə də dövlətin qanunları qarşısında cavab verəcəklər”.





Xəbər 4298 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +