Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


25.03.2024  11:47 

TƏHLÜKƏ DOLU 7 AY: Son zərbəni kim vuracaq?!





A+  A-

Moskvada “Crocus Siti Hall”dakı terror hadisəsi bir daha təsdiqləyir ki, qarşıdakı 7 aylıq zaman kəsiyi Qərblə Rusiya arasındakı qarşıdurma nöqtələrinin hər biri, o cümlədən bizim də daxil olduğumuz coğrafiya - Cənubi Qafqaz - Mərkəzi Asiya xətti ölkələri üçün ən gərgin və həlledici dövr, həm də ən mürəkkəb əməliyyatların hazırlanıb həyata keçiriləcəyi dönəm olacaq.

Səbəbləri barədə dəfələrlə çıxış və yazılarımızda vurğulamışıq: hakimiyyətə gəldiyi gündən Rusiya prezidenti Putini və Türkiyə prezidenti Ərdoğanı hədəf seçərək yıxmağı vəd edən, ancaq bu istiqamətdəki bütün cəhdləri iflasa uğrayan ABŞ prezidenti Baydenin siyasi ömrünün bitməsinə cəmisi 7 ay qalıb və o, 7 aydan sonra – noyabrın 5-də ABŞ-da təkrar prezident seçilmək iddiasındadır!

Bayden komandasının Türkiyədə dəstəklədiyi qüvvələr 2023-ün mayında Ərdoğana uduzdular; Ukrayna üzərindəki 2 illik amansız savaş isə Putinin 2024-cü ilin 17 martında yenidən prezident seçilməsinin önünü kəsə bilmədi; hətta Türkiyə-Rusiya münasibətlərində əsas körpü, bağ rolunu oynayan və Qərbin möhkəmlənməyə can atdığı Azərbaycanda da bu aralıqda - 2024-cü ilin 7 fevralında növbədənkənar seçki keçirildi və Ərdoğan-Putin ikilisinin ciddi dəstək verdiyi Əliyev qalib gəldi...

Beləliklə, indi Bayden üçün ən kritik vaxtda həmlə növbəsi “Qarabağ İttifaqı”nın – Baydenin yıxa bilmədiyi şəxslərindir.

Bayden Ukrayna, Cənubi Qafqaz və Yaxın Şərqdə uğursuzluğa düçar olduqca, bu, yaxınlaşan seçkilərdə onun ABŞ ictimai rəyində nüfuzuna zərbə vurmaqla, daxildə əsas rəqibinin – Rusiya, Türkiyə və Azərbaycan rəhbərliyi ilə normal şəxsi münasibətləri olan Donald Trampın mövqeyini xeyli gücləndirəcək.

Elə buna görə də Bayden hökuməti maksimum dərəcədə çalışacaq ki, qarşıdakı 7 ayda hər üç istiqamətdə həm Putinin, həm də Ərdoğanın onun mövqeyini zəiflədəcək həmlələrinin qarşısını alsın, eyni zamanda, Rusiya-Türkiyə əməkdaşlığını gücləndirəcək bütün layihələrə son zərbələrini vursun.

Moskvada Trampa yaxın, azərbaycanlı iş adamına məxsus “Crocus Siti”dəki terrorun sifarişçilərinin kimliyi haqda ən müxtəlif versiyalar üzərində durmaq mümkün olsa da, hadisənin əsas sifarişçilərindən izi azdırmaq üçün bilərəkdən buraxılan “dəlillərin” məhz Rusiya ilə Türkiyəni, Rusiya ilə bütövlükdə İslam dünyasını üzə-üzə gətirməyə hesablanıldığı daha çox diqqət çəkir.

Ehtimal ki, bu terroru “tacik miqrantlar”ın əliylə planlaşdıranların əsas məqsədi, bir tərəfdən, Ukraynada genişmiqyaslı hücuma hazırlaşan Rusiyanın diqqətini yayındırmaq və başını öz daxilinə qatmaqdırsa, o biri tərəfdən də, Rusiyanın Mərkəzi Asiyadan və Azərbaycandan olan miqrantlarla bağlı mövqeyinin sərtləşdirilməsinə nail olmaqla, Türkiyə ilə münasibətlərinin korlanmasına çalışmaqdır.

Yeri gəlmişkən, o fakta da diqqət yetirək ki, Moskvadakı terrorla eyni vaxtda ABŞ, Rusiya, Çin və Türkiyə üçün strateji əhəmiyyətli başqa bir ölkədə - KTMT və TDT üzvü Qırğızıstanda da dövlət xadiminə sui-qəd ittihamıyla 5 azərbaycanlı həbs olunub...
Beləliklə, bizim üzərində dayandığımız əsas versiya odur ki, Qərb xüsusi xidmət orqanları Rusiyanın diqqətini Ukraynadan yayındırmaq üçün həm Rusiyanın daxilində, həm də Cənubi Qafqaz-Mərkəzi Asiya xətti boyunca Rusiya əleyhinə ikinci cəbhənin açılması istiqamətində çox fəal işə başlayıblar və bunun da ilk açıq siqnalı da NATO baş katibi Stoltenbeqin Cənubi Qafqaza qəfil səfəriylə və bu regiondan Putin əleyhinə səsləndirdiyi təxribatçı bəyantlarıyla verilib...

Şübhəsiz ki, Rusiya Qərbin onun ətrafında həlqəni necə daraltdığını yaxşı görür, əməliyyat planlarından da məlumatlıdır və divin canının şüşədə olduğu kimi, Baydenin canının da Ukraynadakı əməliyyatlardan asılı olduğunu çox yaxşı bilir.

Keçmiş KQB zabiti Putinin Moskva terrorunu Qərbin çəkdiyi cinahlara deyil, məhz bilərəkdən öz bildiyi səmtə - Ukrayna üzərinə yönəltməsi də bir daha sübut edir ki, o, böyük böhranı böyük fürsətə çevirməklə, Baydenə son zərbəsini də məhz Ukrayna torpaqlarında endirməyə hazırlaşır!

Elxan Şükürlü

Xəbər 55504 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +