“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video


24.06.2024  13:19 

Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...





A+  A-

Şəmkir rayon icra hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədova hökm oxunub. Alimpaşa müəllim 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Əgər sonradan əyri-üyrü, qara-qura yollarla cəzasını azaltmağa müvəffəq olmasa, qocalıb çənəsi yerə dəyənə kimi məhkum həyatı yaşayacaq.

Darda olan adamlar haqda yazmaq adətim deyil. Əgər Alimpaşa müəllim məhkəmənin ötən həftə keçirilən iclasında səs-küylü açıqlama verməsəydi, mən bu gün onu yada salmayacaqdım.

Keçmiş icra başçısının nə dediyi yadınızdadır? Bir halda ki, bu mövzuda yazıram, yadınıza salım: Alimpaşa Məmmədov ötən həftə demişdi ki, məhbəsdə ürəyi partlayır.

Düz demişdi! Bu istidə azadlıqda bizim ürəyimiz partlayır, o ki qala həbsxanada olasan...

Allah heç kimin yolunu oradan salmasın, qazamat hələ Qaçaq Nəbinin dövründən məşəqqətli olub. Nəbi kimi igid adam da “qazamat istidir, yata bilmirəm...” deyərək haray-həşir salmışdı, gün-güzərandan gileylənmişdi. Alimpaşa müəllim kimi uzun müddət vergi orqanlarında işləyən, 2014-cü ildən 2021-ci ilə qədər Şəmkir kimi varlı-pullu rayonun icra başçısı olan, əlinin dalı da, qabağı da kəsən bir adam üçün nəinki Kürdəxanı, hətta kondisionerli, LCD televizorlu Norveç həbsxanaları da məşəqqətlidir...

Mətləbə keçək. Sabiq icra başçısı məhkəmənin ötən həftə keçirilən iclasında cəzadan xilas olmaq üçün “dahiyanə” təklif verib. Deyib ki, məni həbsxanadan azad edin, gedib Qarabağı cənnətə çevirim...

Sosial şəbəkə istifadəçiləri Alimpaşa Məmmədovun bu açıqlamasını birmənalı qarşılamayıblar. Bəzi sadəlövh insanlar düşünüb ki, Alimpaşa müəllim Qarabağa getməklə fədakarlıq edir. O, minaların partladığı bir ərazidə özünü vətən yolunda fəda etməyə hazırdır.

Alimpaşa Məmmədovu yaxından tanıyan keçmiş iş yoldaşlarından biri isə bu mövzuda tamamilə fərqli düşünür. O, ötən gün çay süfrəsi arxasında belə dedi: “Alimpaşa müəllim icra başçısı olmazdan əvvəl vergi orqanlarında çalışıb. Pul qazanmağın yolunu yaxşı bilir. Hətta yumurtadan yun qırxmağı da bacarır. Bu gün Qarabağ başdan-ayağa inşaat meydançasını çevrilib. O, yol, körpü, tunel tikintisindən pul qazanmağa can atır. Şəmkiri taladı, indi Qarabağı talamaq istəyir”.

Bir qarabağlı kimi dünəndən bəri özümə yer tapa bilmirəm. Qarabağ vətənimizin şəhid qanı ilə sulanan müqəddəs bir parçasıdır. Orada ancaq rüşvət və korrupsiyadan uzaq olan, bioqrafiyasını eşələyəndə dırnağın ucu qədər də ləkə tapılmayan dürüst adamlar işləməlidir.

Yaxşı ki, Azərbaycanda qanunlar işləyir. Yaxşı ki, yalançıların və talançıların Qarabağa uzanan yolunun qarşısında dəmir barmaqlıqlar var. Onlar Qarabağa həmin barmaqlıqlar arxasından baxsalar yaxşıdır...

Seymur Verdizadə

Xəbər 12778 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +