Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


07.07.2022  15:24 

Makronla Putinin telefon danışığı... - Və Ukraynaya hücum





A+  A-

Fransada Rusiya və Fransa prezidentləri arasında telefon söhbətlərinin fraqmentləri ilə bağlı sənədli film çəkilib. Bildirilir ki, həmin söhbətlər Rusiyanın Ukraynaya müdaxiləsindən 4 gün öncə – fevralın 20-də baş tutub. O zaman Qərb diplomatiyası Rusiyanın Ukraynaya qoşun yeritməsinə əngəl olmağa çalışırdı.

Bu prosesin avanqardı isə Fransa Prezidenti Emmanuel Makron idi. Bu məqsədlə də Makron Rusiya Prezidenti Vladimir Putinlə müharibə öncəsi son telefon söhbəti aparıb.

1 saat 45 dəqiqə çəkən söhbət zamanı Makronun diplomatik köməkçiləri Yelisey sarayının digər otağında yüksək rabitə xidmətiylə söhbəti diqqətlə dinləyir və qeydlər aparırmışlar.

Fransa mediası yazır ki, siyasətçilər bir-birinə adları ilə və “sən” deyərək müraciət ediblər.

“Vladimir, istəyərdim ki, sən əvvəlcə vəziyyətə baxışını izhar edəydin və adəti üzrə öz niyyətlərini birbaşa açıqlayaydın”, – Makron Putinə deyir.

“Nə deyə bilərəm ki? Nə baş verdiyini özünüz görürsünüz”, – deyə Ukraynanı 2014 və 2015-ci illərdə bağlanmış “Minsk razılaşması”nı pozmaqda ittiham edən Putin cavab verir.

O bildirib ki, həmin razılaşmalara görə, Ukraynanın şərqində rusiyayönlü separatçılarla müharibəyə son qoymalı idi.

Daha sonra Putin Ukrayna Prezidenti Vladimir Zelenskidən şikayətlənir, onu nüvə silahı almaq istəyində günahlandırır. Bu da Makronun məsləhətçilərinin narazılığına səbəb olur.

“Əziz həmkarımız cənab Zelenski “Minsk razılaşması”nı gerçəkləşdirmək üçün heç nə etmir. O, bizi aldadır”, – Putin deyir.

Makronun komandasının Fransa və Rusiya liderləri arasındakı nəzakətli fikir mübadiləsini göstərən çəkilişləri Yelisey sarayında beş aydan çox işləmiş jurnalist Gi Laqaşın çəkdiyi “Prezident, Avropa və müharibə” fransız sənədli filminin açar epizodudur.

Fransa televiziyasında bu film iyunun sonunda yayımlanıb.

Fransa yanvarda Avropa İttifaqı Şurasının sədri olub.

Laqaş deyib ki, o, Avropa İttifaqının fəlaliyyəti barədə film çəkməyə hazırlaşırmış. Lakin Avropadakı münaqişə riski onun planlarını dəyişib.

“Bu filmin məqsədi xüsusilə populizm dövründə siyasətin mürəkkəbliyini önə çıxarmaqdır”, – Laqaş ötən həftə Parisdə keçirilən film nümayişində söyləyib.

Sənədli film Makronun qızğın diplomatik cəhdlərinin, onun Ukraynada müharibənin başlamasına mane olmaq üçün Putinlə zəngləşmələrinin və görüşmələrinin perspektivlərinin pərdə arxasına baxmağa kömək edir, amma bu cəhdlər sonda nəticəsiz qalır.

Makronu diplomatik inadkarlığına və Putinlə əlaqə kanallarını açıq saxlamasına görə təqdir edənlər olsa da, tənqidçilərin fikrincə, o özünə həddən artıq inamlı olub, sadəlövhcəsinə inanıb ki, Rusiya liderinə hər hansı təsir göstərə bilər.

Makronun hərbi diplomatiyası apreldəki seçkilər ərəfəsində onun sorğulardakı reytinqini əvvəlcə yüksəldib, ancaq rəqibləri onu yenidən seçilmək şanslarını artırmaq üçün beynəlxalq səhnədən yararlanmaqda ittiham ediblər.

“Mənə maraqlıdır ki, Makron niyə ordusu hərbi cinayətlərə yol verdiyi vaxtlarda yalan danışan Putinlə ünsiyyətə davam edirdi?” – Leqaş bu həftə Fransa radiostansiyalarından birinin efirində deyib.

Fevralın 20-dəki söhbət zamanı Putin Makronu “Minsk razılaşması”na yenidən baxmağa səy göstərməkdə ittiham edir. Rusiya lideri deyir ki, Ukraynanın şərqindəki separatçıların təklifləri də diqqətə alınmalıdır.

Bu zaman Makron səsini yüksəldir:

“Sənin hüquqşünasının hüququ harada öyrəndiyini bilmirəm”, – Makron köməkçilərində qımışma yaradaraq deyir: “Əgər o, suveren ölkədə hüquqi mətnlərin demokratik seçilmiş hakimiyyətlər deyil, separatçı qruplar tərəfindən təqdim olunduğunu iddia edirsə…”.

“Onlar (Ukrayna hökuməti–red.) demokratik yolla seçilməyib. Onlar hakimiyyətə qanlı çevrilişlə gəlib. İnsanları diri-diri yandırıblar. Bu, qətliam idi. Zelenski buna görə məsuliyyət daşıyanlardan biridir”, – Putin Odessadakı Həmkarlar İttifaqları evindəki olayları nəzərə tutaraq bildirir.

O deyib ki, Odessada 2014-cü ildə rusiyayönümlü fəallar həlak olmuşdu.

Aralarındakı fikir ayrılığına baxmayaraq, Makron münaqişənin nizamlanmasında vasitəçi rolunu oynayır.

O, Putinə deyir: “Sən mənə bir az kömək etməlisən. Vəziyyət çox gərgindir”.

Makron Zelenskini təkcə Ukrayna silahlı qüvvələrində deyil, sosial şəbəkələrdə də “hamını sakitləşdirməyə” çağıracağını vəd edir. Üstəlik, Putini sərhəddə toplaşmış qoşunlarını təmkinli olmağa çağırmağa səsləyir: “Əgər dialoqa şans vermək istəyirsənsə, bölgəni sakitləşdirməlisən”.

Nəhayət, Makron Putinə Cenevrədə Baydenlə sammit keçirməyi təklif edir. Putin prinsipcə razılaşır, lakin qeyd edir ki, köməkçiləri ilə danışaraq, görüşə cidd-cəhdlə hazırlaşmalarını israr edəcək.

Yelisey sarayının diplomatik xidmətinin rəhbəri Emmanuel Bonn şikayətlənir:

“Putin həmişə yalan danışır”.

Söhbətin sonunda maraqlı bir məqam var. Putin deyir:

“Emmanurl, sağ ol. Mənə səninlə danışmaq həmişə xoşdur, çünki bizim etibarlı münasibətlərimiz var”.

“Səndən heç nə gizlətmək istəmirəm, mən xokkey oynamağa getmək istəyirdim. Hazırda məşqdən əvvəl idman zalından danışıram. Amma səni inandırıram: əvvəlcə öz köməkçilərimə zəng vuracağam”, – Rusiya lideri deyir.

Makronla söhbətin ertəsi gün Putin Ukraynanın şərqindəki iki separatçı “respublika”nı tanıyır. Makron Avropa İttifaqı liderlərinə, o cümlədən skeptik ovqatlı Boris Consona zəng vurur.

Conson ona Putin haqqında belə deyir:

“Hər dəfə onunla razılaşmağa çalışanda, o, daha aqressiv addım atır”.

Makron isə cavab verir:

“Məncə, biz danışıqlar aparmaqda haqlı idik, çünki bunlara görə məsuliyyət və yük onun çiyinlərinə düşür”.

Beləcə Baydenlə sammit baş tutmur.

Bir neçə gün sonra Rusiya Ukraynaya tammiqyaslı hücuma başlayanda Yelisey sarayının diplomatiyasının rəhbəri Emmanuel Bonn Kremldəki həmkarı Yuri Uşakova mobil telefonla zəng vurmağa səy göstərir, lakin cavab almır.

“Onların müharibə aparmağa həyasızlığı çatır, danışmağa isə cürətləri çatmır”, – Bonn köks ötürür.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Avropa İttifaqının Moskvaya qarşı irimiqyaslı sanksiyalarına səbəb olandan bir neçə gün sonra Makron Almaniya kansleri Olaf Şoltsla danışır.

O, alman liderindən soruşur ki, Putinlə səhər baş tutmuş söhbətdə nələri müzakirə edib:

“Mənə danışıqlardan bir aspekt daha çox təsir etdi ki, Putin bir dəfə də olsun sanksiyalardan şikayətlənmədi. O, bu məsələni qaldırmadı”, – Şolts ingiliscə deyir.

Telefon söhbətlərindəki məxfi səs yazılarından əlavə, Yelisey sarayından “Le Monde” qəzetinə bildiriblər ki, Makronun beynəlxalq həmkarları da filmlə bağlı məlumatlandırılıblar.
Onlara deyilib ki, jurnalist Fransanın Avropa İttifaqı Şurasında sədrliyini işiqlandıracaq. Bununla bağlı sənədli filmdə bir neçə yaddaqalan səhnə də var.

Həmin səhnələr prezident təyyarəsinin göyərtəsində və Yelisey sarayının altındakı bunkerdə çəkilib; bir epizodda isə yorğun Maronun və onun komandasının Moskvada səhər tezdən Putinlə müharibə öncəsi görüşü təsvir edilib.

Digər epizodda fransız və alman diplomatlarının Versalda, sarayın vaxtilə Mariya Antuanettanın yaşadığı hissəsində Aİ-nın sammiti zamanı vacib qaz və neft tədarükü ilə bağlı qeyri-rəsmi ünsiyyəti təsvir olunub.

Rejissor Gi Laqaş həmçinin bir qədər qeyri-realist səhnələri də təsvir edib. Belə ki, müharibədən iki həftə əvvəl Makronun Kiyevə səfəri baş tutur.

Bu zaman rəsmi Paris Zelenski ilə Fransanın nəqliyyat infrastrukturunun nəhəngi “Alstom”un buradakı dəmir yollarının təmirini həyata keçirmək üçün bir milyard avroluq niyyət müqaviləsini imzalamasına nail olmağa çalışır.

Sənədli film Makronun iyun ayında Kiyevə alman və italyan həmkarları ilə birlikdə çoxdan gözlənilən səfəri ilə başa çatır.

Makron qatarla geri qayıdarkən israr edir ki, daha pis nəticələrin, o cümlədən daha miqyaslı müharibənin qarşısını almaq üçün Putinlə qarşılıqlı təmasları davam etdirməlidir.

“Biz Rusiyanı daima zəiflədərək məhv etməliyik” kimi “anqlosakson” düşüncəsindən uzaq olduğunu deyən Makron bildirir ki, onun məqsədi “Rusiya ilə savaşmaq və onu məhv etmək” yox, “bədbəxt Ukraynaya zəfər çalmaqda yardımçı olmaqdır”./Meydan TV

Xəbər 1904 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +