“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


21.11.2022  15:14 

Ekspert: “Azərbaycanda yeraltı sular da neftlə çirklənib”





A+  A-

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir.

Ölkənin mövcud su hövzələrində ekoloji təhlükəsizliyin təmin olunması ilə bağlı monitorinqlərin təşkili mühüm şərtdir. Bu istiqamətdə reallaşan monitorinqlər hələ də su hövzələrində problemlərin olmasından xəbər verir.

Müsahibimiz Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru, Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanovdur:

Su hövzələrinin çirklənməsi əhalinin içməli su ilə təminatında keyfiyyət göstəricilərinə nə dərəcədə təsir edir?

- Azərbaycanda ən gözəl içməli su kimi Xəzər suyu daha effektlidir. Oğuz-Qəbələ su kəməri vasitəsilə yerin aşağı qatlarından artezian suları çıxarılır və Bakıya gətirilir. Demək olar ki, içməli su kimi ondan istifadə edilməsi o qədər də əhəmiyyətli deyil. Çünki yer qatında olan bu sular 40-200 il ərzində formalaşır və cod sudur. Orqanizmə mənfi təsir göstərir. Beynəlxalq qanunlara görə də həmin su ehtiyat kimi saxlanmalıdır. Lazım olduqda, Azərbaycanda su olmadıqda yeraltı su mənbələrindən istifadə edilməlidir. Ekologiya Standartların Monitorinq Fondunun təşkilatçılığı ilə dəyirmi masalarda müəyyən ekoloqlarla bu məsələ müzakirə olunub və aidiyyəti qurumlara məlumat verilib. Bu gün problemlər olduqca çoxdur. İçməli su ifrat dərəcədə, Azərbaycanda inkişaf etmiş kapitalist ölkələri ilə müqayisədə hər insana düşən su 10 dəfə artıqdır. Bu gün marketlərdə qablaşdırılmış şəkildə satılan suyun qiyməti az qalır neftə bərabər olsun. Ona görə də içməli sudan səmərəli istifadə etmək lazımdır. Bakı şəhərində yüz minlərlə avtomobil var. Onların yuyulmasında bu sudan istifadə edilir. Ancaq bu zaman həmin sudan istifadə edilməsi qorxulu deyil, nəinki bu vaxt kimyəvi maddələrdən istifadə edilir. Bu həm də Xəzərin, çayların çirklənməsinə təsir göstərən əsas amillərdir və bunun qaşısını almaq lazımdır. Azərbaycanda bu məsələ ilə əlaqədar olaraq müstəqillik dövründə olduqca böyük işlər görülüb. Sutəmizləyici qurğular yaradılıb, suların monitorinqləri aparılıb. Ancaq görülən işlər nə qədər çox olsa da görüləcək işlər ondan az deyil. Xəzərin, Kürün, Arazın təmizlənməsi ilə əlaqədar olaraq layihələr həyata keçirmək lazımdır. Bu layihələrin həyata keçirilməsi üçün milyardlarla vəsait lazımdır. Azərbaycan müstəqillik əldə etdiyi dövrdə iqtisadi imkanları az olsa da son vaxtlar ölkənin iqtisadi vəziyyəti yaxşılaşdıqca ekoloji problemlərin həlli, əhalinin içməli suya olan tələbatının ödənilməsi ilə bağlı suyun təmizlənərək əhaliyə çatdırılması istiqamətində çox böyük layihələr həyata keçirilib.

Su hövzələrinin çirklənməsinin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

- Alimlərin apardığı tədqiqatlara görə, neftdaşıyan tankerlərdən 47 min ton, gəmilərdən isə 7 min ton dənizə neft axıdılır. Dənizdə olduqca çoxlu qəza hadisəsi baş verir. Onların itkisi olduqca çox, 4 min tona qədərdir. Aylarla söndürülməyən yanğınlar olur ki, bu da Azərbaycanda dənizə və çaylara mənfi təsir göstərən amillərdəndir. Rusiyadan sonra Xəzər dənizinin çirklənməsində ikinci dövlət Azərbaycan hesab olunur. Türkmənistan, İran və Qazaxıstan ərazisində Xəzərin çirklənməsi iki ölkə ilə müqayisədə aşağı səviyyədədir. Əgər biz Xəzərin gələcək taleyini fikirləşiriksə, Rusiya və Azərbaycan bu barədə müəyyən işlər həyata keçirməlidir. Ona görə də düşünürəm ki, bu istiqamətdə müəyyən layihələr işlənib hazırlanmalıdır.

Ekologiya Standartların Monitorinq Fondu su hövzələrinin çirklənməsi ilə bağlı monitorinqlər təşkil edibmi?

- Ekologiya Standartların Monitorinq Fondu, Epidemioloji mərkəzlə birlikdə dəfələrlə hətta qablaşdırılmış içməli suların belə, monitorinqini aparmışıq. Hətta oradakı laboratoriya müəyyənləşdirmişdi ki, qablaşdırılmış suların özü belə ekoloji baxımdan yaxşı deyil, nəzarət edilmir. Xəzərin çirklənməsi ilə bağlı olduqca çoxlu müəssisələr var. Arazın, Kürün suyu ilə bağlı ETSN tərəfindən müəyyən monitorinqlər aparılır və ictimaiyyətə çatdırılır. Bizim fondun belə bir laboratoriyası yoxdur, müvafiq qurumla birlikdə belə monitorinqlər aparırıq və onların nəticələrindən istifadə edirik, maarifləndirmə məqsədi ilə keçirilən dəyirmi masalarda bu nəticələr təqdim edilir. Hətta Fondun saytında müxəlif dillərdə yerləşdirdiyimiz məlumatları 70-80 min nəfər izləyirdi. Bu gün də ölkədə monitorinqlər aparılır. Beş ölkənin ekoloqları birlikdə müzakirələr aparılır. Xəzərdə balıqçılığa mənfi təsir göstərən amillərin aradan qaldırılması ilə bağlı 5 ölkənin ekoloqları, mütəxəssisləri konfranslar keçirir, müzakirələr aparırlar. Dövlət səviyyəsində də müvafiq sənədlər hazırlanır. BMT-də də bu işlə əlaqədar monitorinqlər aparılır və hesabatlarda dərc edilir. Sovet dövründə Azərbaycanda Ekologiya Nazirliyi yox idi. Həmin dövrdə dünya miqyasında tanınmış, bir görkəmli alim var idi və o çıxışında bildirdi ki, əgər Xəzər dənizində neft deyil, balıqçılıq inkişaf etdirilsə, yalnız Azərbaycan deyil, Xəzər ətrafı ölkələr neftdən alınan gəlirdən 10-20 dəfə artıq gəlir götürə bilər. Onun çıxışına görə SSRİ miqyasında ona qarşı təsir göstərdilər. Hətta Azərbaycanda da onu tənbeh etdilər. Çünki o zaman SSRİ-ni Xəzərin ekologiyası yox, nefti maraqlandırırdı. Bu gün də elə Xəzərin elə əraziləri var ki, neftlə çirklənib. Abşeron ərazisində neftlə çirklənən ərazilər olduqca çoxdur. Onların təmizlənməsi üçün xeyli vəsait lazımdır. Bu ərazilərin təmizlənməsi üçün müəyyən texnologiyalardan istifadə etmək lazımdır. Biz Amerikada fəaliyyət göstərən bir şirkətin nümayəndələrini dəvət etdik və onlar gəldilər, konfrans keçirdik. Neftlə çirklənmiş ərazilərlə bağlı təcrübələr aparıldı, müəyyən effekt qazanıldı. Ancaq bu effekt müvəqqəti oldu. Hətta orada müəyyən bitkilər də yetişdirdilər. Yağış yağanda həmin ərazilərin yeraltı suları neftlə çirkləndiyi üçün üzə çıxır və yenidən çirkləndirir. Yeraltı sular özləri də neftlə çirklənib. Təbiət ona dəyən ziyanı müəyyən müddətdən sonra bərpa etmək qabiliyyətinə malikdir. Ancaq antropogen o qədər güclüdür ki, bunun qarşısını almaq çətindir. Buna baxmayaraq, ölkədə bu istiqamətdə mühüm tədbirlər görülür.

İlkin
XəzərNews.az


Xəbər 4373 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +