“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


25.11.2021  12:44 

Təhsil tələbə krediti - bu imkandan kimlər faydalanacaq? - BRİFİNQ





A+  A-

“Təhsil tələbə krediti təhsil göstəricilərini stimullaşdıracaq. Təhsil Tələbə Kredit Fondu tələbə kreditlərinin yuxarı həddini müəyyən edib. Təhsil Tələbə Krediti Fondunun Himayəçilər Şurası Nazirlər Kabineti ilə razılaşdıraraq hər il tələbə qəbulu zamanı təhsil haqqı məbləğində olacaq. Burada hər hansı məhdudiyyət nəzərə tututlmayıb. Ən aşağı məbləğ subbakalavrlardadır. İllik təhsil haqqı 400 manatdır. Ən yüksək isə magistratura səviyyəsi üçün 10 min manatdır”.

XəzərNews.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev Təhsil tələbə kreditlərinə müraciətlərin başlanılması ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, tələbələrə kredit verilərkən onların təhsil göstəriciləri də nəzərə alınacaq. Tələbənin göstəricilərinə uyğun olaraq müəyyən güzəştlər tətbiq olunacaq.

İ.İsayev bildirib ki, Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər iki qrupa bölünəcək: birinci qrupa sosial həssas tələbələr, ikinci qrup isə standart kredit olacaq.

İ.İsayev əlavə edib ki, təhsil tələbə krediti əyani təhsil alan tələbələrə aiddir.

O bildirib ki, tələbələrə kredit semestr üzrə veriləcək.

O qeyd edib ki, ən aşağı təhsil haqqı regionlarda, ən yuxarı isə 10 min manat ADA universitetindədir. Hər bir ixtisas üzrə ödənişli təhsil alan tələbələrə mübasibətdə bu məbləğ müəyyən edilir.

Tələbələr təhsil kreditləri təhsil müddəti bitdikdən sonra 10 il ərzində qaytarmalıdırlar.

Nazir müavini əlavə edib ki, təhsil tələbə krediti dünyada 1960-cı ildən başlanılıb və hazırda 60 ölkədə tətbiq olunur. Bütün ölkələrdə dövlət tərəfindən subsidiyalaşdırılır. Uzunmüddətli verilir, təhsil göstəriciləri stimullaşdırılır. Sosial həssas qrupa aid tələbələrə güzəştlər edilir. Kredit banklar tərəfindən ödənilir. Bu, ümumi cəhətlərdir və bunları nəzərə alaraq Azərbaycanda da kreditlər formalaşdırılıb.

“Tələbə kreditlərinin verilməsinin məqsədi təhsil sisteminə tələbənin əlçatanlığının təmin edilməsidir. Həmçinin təhsilin əhatə dairəsi genişləndirilsin. Ödənişli təhsil alan tələbələrimiz də var ki, təhsil haqqını ödəməkdə çətinlik çəkirlər. Bəziləri müəyyən dövrdən sonra təhsillərini dayandırırlar. Bu sistem tələbərə yeni imlanlar açır. Digər məqsədimiz təhsilin keyfiyyət göstəricilərinin stimullaşdırılmasıdır. Həmçinin sosial həssas qrupdan olan tələbələr sosial çətinlikləri də aradan qaldıracaq. Bu, dövlətin təhsil sisteminə maliyyə dəstəyinin artırılmasıdır”.

Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il iyunun 17-də “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən yaradılmış “Təhsil Tələbə Krediti Fondu”nun Nizamnaməsi” təsdiq edilib. Fondun yaradılmasında məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

2021-ci il iyulun 24-də Baş nazir Əli Əsədov “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.


Xəbər 1471 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +