“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


13.09.2019  14:43 

Firudin Ələkbərlinin qatili generalın qohumudur





A+  A-

Tovuzda baş vermiş qətl hadisəsilə bağlı yeni məlumatlar yayılıb.
XəzərNews.az lent.az-a istinadən xəbər verir ki, Firudin Ələkbərli "Makarov” markalı tapançadan qarın nahiyəsindən 4 güllə yarası alıb. Mənbə bildirir ki, qətlə yetirilən şəxsin Tovuzda fəaliyyət göstərən bəzi iş adamları, o cümlədən Əli Şəmiyevlə münaqişəsi olub. Həmçinin qətl hadisəsi də bu münaqişələrlə bağlıdır.

Mənbə əlavə edir ki, Əli Şəmiyev Tovuz rayonunun keçmiş icra başçısı Tofiq Zeynalovun (BDYPİ-nin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı) qudasıdır.

14.07

Tovuz rayon məhkəməsinin sabiq sədri Firudin Ələkbərlini odlu silahdan acdığı atəşlə qətlə yetirən Əli Şəmiyev bir neçə məmurla yaxın qohumdur.

Qaynarinfo müsavat.com-a istinadən xəbər verir ki, Əli Şəmiyev sabiq nəqliyyat naziri Ziya Məmmədovun müavini Arif Əsgərovun qudasıdır. O, vaxtilə Tovuzda nəqliyyat idarələrində rəis vəzifələrində çalışıb. Rusiyada yaşayan Əli Şəmiyev Tovuzun dağ kəndlərindən birində kəndi su ilə təmin edən bulağı həyətinə yönləndirib və orada özünə göl düzəldibmiş. Yerli sakinlərin dövlət qurumlarına şikayətlərini də eşidən olmayıb.

Qətldən sonra Firudin Ələkbərli haqda yayılan məlumatlarda onun hakimliyinə vaxtından əvvəl xitam verilməsi qeyd olunur.

Vəkil Osman Kazımov müsavat.com-a deyib ki, 1995-ci ildə Firudin Ələkbərli sifariş icra etmədiyinə görə onu qanunsuz olaraq vəzifəsindən kənarlaşdırıblar. Vəkilin sözlərinə görə, Firudin Ələkbərli ilə 1984-89-cu illərdə Bakı Dövlət Universitetində birgə təhsil alıblar. O, Firudin Ələkbərlinin fəaliyyətinə xitam verilməsi ilə bağlı bunları deyib:

"Tələbəlik illərində yataqxanada bir otaqda qalmışıq. Xalq hərəkatı başlayandan Firudin hərəkatda idi. Firudin prinsipial, vicdanlı, cəsarətli insan idi. Xalq Cəbhəsi hakimiyyəti dövründə Tovuz Rayon Məhkəməsinin sədri olmuşdu. Hakimiyyət dəyişikliyindən sonra ona verilən sifarişi icra etmədiyinə görə, işdən qanunsuzluqlar üstündə qovulmuş birini işinə bərpa etmədiyi üçün özünü qanunsuz olaraq vəzifəsindən kənarlaşdırdılar. Bundan sonra nümayəndə kimi fəaliyyət göstərirdi”.

Firudin Ələkbərli milli azadlıq hərəkatının fəal üzvlərindən, Azərbaycan Xalq Cəbhəsinin Tovuz rayon şöbəsinin qurucu rəhbərlərindən biri olub. Hər zaman ictimai-siyasi fəallığı ilə seçilib, son vaxtlar "Azərifridom” kanalında müxtəlif materiallarla çıxış edib.

Firudin Ələkbərli və Əli Şəmiyev arasında mübahisə rayon ərazisində fəaliyyət göstərən, Ə.Şəmiyevə məxsus restoranda natəmizliyin olması və restoranın çirkab sularının çaya axıdılmasına qarşı F.Ələkbərlinin sərt münasibət göstərməsi olub.

Belə ki, F.Ələkbərli dəfələrlə restorandakı vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına və adiyyəti idarələrə şikayət məktubu ünvanlayıb. Bundan başqa, F.Ələkbərli restorandakı vəziyyətlə bağlı Ə.Şəmiyev barəsində Tovuz Rayon Məhkəməsinə də müraciət edib. Məhkəmədə keçirilən prosses zamanı hakim Ə.Şəmiyevin xeyirinə qərar çıxarıb. Bundan sonra sonra tərəflər arasında münasibətlər daha da gərginləşməyə başlayıb və onlar bir neçə dəfə mübahisə ediblər. Sonuncu görüş zamanı tərəflər yenidən mübahisə ediblər. Hadisə şahidləri "Report"un yerli bürosuna bildiriblər ki, Ə.Şəmiyev F.Ələkbərlidən bir daha onun barəsində şikayət etməməyi tələb edib. F.Ələkbərli isə ölənə qədər ondan əl çəkməyəcəyini deyib. Bu zaman Ə.Şəmiyev üstündə gəzdirdiyi "TT" markalı tapança ilə F.Ələkbərliyə tərəf bir neçə dəfə atəş açıb. Güllələrdən 3-ü ona dəyib. Ağır xəsarət alan F.Ələkbərli xəstəxanada ölüb.

Qeyd edək ki, Əli Şəmiyev rayonda tanınmış iş adamıdır. Onun rayon ərazisində restoran, otel və bir neçə biznes obyektlərinin olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər 1288 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +