“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


13.09.2019  10:19 

“Bəzən onların səsi gur gəlir...” - Mikayıl Cabbarov





A+  A-

Bu gün Vergilər Nazirliyi, İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfrans keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, konfransda 60-dan çox qurumun nümayəndələri, o cümlədən Vergilər naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, Auditorlar Palatasının sədri Vahid Novruzov, Dövlət Neft Şirkətinin vitse-prezidenti Süleyman Qasımov, Avstriya, Böyük Britaniya, Gürcüstan, Ukrayna, Rusiya, Latviya, Qazaxıstan və Çilidən olan kölgə iqtisadiyyatı məsələləri üzrə ixtisaslaşmış alimlər iştirak edir.

Millət vəkili Ziyad Səmədzadə çıxış edərək deyib ki, kölgə iqtisadiyyatı daha çox yoxsul ölkələrdə olur: "Azərbaycanda bu gün əhalinin sosial rifahı yüksəlib, işsizlik 40-45 faizdən 5 faizə endirilib. Cənab prezident dəfələrdə şəffaflığın təmin olunması, kölgə iqtisadiyyatının aradan qaldırılmasını prioritet hədəf kimi hökumətin qarşısına qoyub. Azərbaycan bunun sayəsində ifrat yoxsulluqdan xilas olub".

Daha sonra Vergilər naziri Mikayıl Cabbarov çıxışında bildirib ki, kölgə iqtisadiyyatı dövlətin maliyyə strukturunun zəifləməsinə birbaşa təhdidlər yaradır: "Kölgə iqtisadiyyatı özünü ikili mühasibatlığın aparılmasında göstərir. Gəlirləri tam şəkildə bəyan etmək istəməyənlər az deyil. Bəzən onların səsi gur gələ bilər, lakin bu illeqal haldır. Qanun qarşısında hamı bərabərdir. Bu, yalnız yerli sahibkarlar üçün deyil, həm də xarici investorlar üçün vacib amildir. Kölgə iqtisadiyyatı qeyri-neft sektorunda özünü daha böyük formada göstərir. Əmək müqavilələrinin bağlanması sahəsində şəffaflıq artan templə davam edir".

Xəbər 1291 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +