Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


31.01.2019  18:46 

Gəncədə 3 yaşlı uşağa “donuz qripi” diaqnozu qoyuldu





A+  A-

Azərbaycanda həkim 3 yaşlı uşağa “donuz qripi” virusu diaqnozunu qoyub.
XəzərNews.az xəbər verir ki, uşağın atası Orxan Mərdanov Unikal.org-a açıqlamasında bildirib ki, 10.02.2016-cı il təvəllüdlü qızı Gülayın bir neçə gündür hərarəti düşmür. Ata əlavə edib ki, Gəncə şəhərində fəaliyyət göstərən türk həkim qızının “donuz qripi” virusuna yoluxduğunu deyib.

“Qızımın 3 gün qızdırması oldu. Cəmil Tüzüner adlı türk həkimin yanına apardıq. Həmin pediatr Ozon Tibb Mərkəzində işləyir. Dedi virusdur. Sonradan bu gün zəng vurduq ki, uşağın qızdırması ancaq dərmanla düşür, sonradan yenidən qalxır. Dedi qan analizi versin. Mən də övladımı aparıb, Gəncə Beynəlxalq Xəstənanasında qan analizi verdik. Sonra həkim baxıb dedi ki, “donuz qripi” virusunun simptomlarıdır. Sonradan başqa həkimlərlə əlaqə saxladım. Onlar da deyir ki, uşağın burnundan nümunə götürdükdən sonra dəqiq bilinəcək. Biz də uşağın burun iltihabından nümunə götürüb, Bakıya yolladıq. Gözləyirik ki, Bakıdan cavab gəlsin. Başqa həkimlər də deyir analizin cavabı çıxmadan o virus olduğunu təsdiqləmək olmur. Gəncədə Nofel həkimin də yanına aparmışıq. O dedi uşağın ciyərlərində problem yoxdur. Analizin cavablarından sonra tam nəsə demək olar”.

Xəbər 1351 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +