“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


14.09.2024  11:41 

Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq





A+  A-

Azərbaycan Respublikası İran üçün həmişə faydalı coğrafi və tarixi qonşu olmaq kursunu müəyyənləşdirib və buna riayət edib. Həsən Ruhani prezident seçildikdən sonra Davos forumunda Azərbaycan Prezidenti İlham Əliyevə yaxınlaşdı. Atdığı bir addıma doğru Azərbaycan İran tərəfə iki addım atdı. H.Ruhaninin dövründə İran-Azərbaycan münasibətlərində ciddi keyfiyyət dəyişikliklərinin olduğunu konstatasiya etmək olar. Bu həm Azərbaycan, həm də İran tərəfindən belədir. H.Ruhaninin Qərbpərəst olması, qonşularla yumşaq siyasət aparması İranı qane etmədi. Xüsusilə onun Azərbaycan, BƏƏ, Əmman və Qətər kimi qonşuları ilə siyasəti xoşuna gəlmədi. H.Ruhani Ermənistanla da çox yaxşı siyasət apardı.

I. Azərbaycanın İran üçün fundamental ən birinci yaxşılığı Şimal-Cənub dəmir yolu marşrutuna qoşulması idi. Çünki o zaman bu yol Azərbaycanın işğal olunmuş indiki və tarixi ərazilərindən keçirdi və Zəngəzur ərazisi, ermənilərin dediyi kimi Sünik də ermənilərin rəsmi ərazisi idi. Prezident İlham Əliyev Azərbaycanın daxilində o marşrutun istiqamətini dəyişdi. Mehridən deyil, Astaradan keçməli idi. Astaradan keçən bu yolda İran ərazisində əlavə təxminən 600-700 km yollar tikilməli idi. Azərbaycan Qəzvin-Rəşt yolunun tikintisinə kredit verdi və bu yol tikildi. Sonra isə İran bu yoldan qorxdu və yolu çəkmək istəmədi, yubatdı. Rəşt-Astara dəmir yolunun tikintisi xeyli yubandı. Əslində Prezident İlham Əliyev Azərbaycanın daxilində marşrutu dəyişməklə İrana daha çox yaxşılıq etdi. Zəngəzur koridorundan (Mehridən) keçən dəmir yolu çar Rusiyasının dövründə fəaliyyətə başlamış yol idi.

Daimi hərbi-psixoloji abı-havanı yada salan marşrut idi. Bu hərbi-psixologiya da İranın xeyrinə deyildi. Çünki İran o dövrdə Rusiyaya uduzmuşdu. İran Azərbaycana yaxşılıq etmək əvəzində, əksinə İran məhz Ermənistandan gedən Mehri yolunun açılması istiqamətində fəaliyyət göstərdi. Bilərəkdən və ya bilməyərəkdən bunu iranlılar özləri bilməlidirlər.
İndi İranın Sünik koridorunda gördüyü işlər elə vəziyyət yaradıb ki, Rusiya SSRİ-nin varisi kimi Sünik ərazisini, yəni tarixi adı Zəngəzur mahalını Azərbaycan Respublikasına qaytarmalıdır. Rusiya SSRİ-nin varisidir. O zaman Azərbaycan Prezidentinin Sünik marşrutunu Astara ilə əvəzləyərkən əsasən regionda Rusiyanın hərbi iştirakını azaltmaq məqsədini də qarşısına qoymuşdu. Çar Rusiyasının dövründə işə düşən marşrut SSRİ-nin Türkiyə və İranla sərhədləri boyunca gedirdi. İran belə dövlətdir. İrana bunun rəsmi izahı çatmalı idi, İran dərk etməli idi. Bəndəniz də bir neçə dəfə İran üçün Astara marşrutunun Sünik marşrutundan fərqlənməsini mətbuat vasitəsilə izah etmişəm. Bu gün də internet saytlarında o məsələlər durur.

II. Azərbaycan Prezidenti ABŞ prezidentinin İran istiqamətində birgə fəaliyyətlə bağlı təklifini qəbul etmədi. ABŞ özünü dünyanın sahibi hesab edən dövlətdir. Ən böyük iqtisadi, hərbi gücdür. Bütün dünyanın qəbuledici strukturları onun əlindədir.

III. Rusiya dəfələrlə İran mövzusunu Azərbaycanla müzakirə edib. Əsas format belə olub: ABŞ İrana hücum edəcək, İranda azərbaycanlılar yaşadıqları ərazini tərk edəcək. Azərbaycan MDB-nin üzvüdür, Rusiya ilə Azərbaycan arasında viza rejimi fəaliyyət göstərmir. Ya İran azərbaycanlıları Rusiyanın ərazisinə, ya İran azərbaycanlıları Azərbaycan Respublikasına gələcək, Azərbaycan Respublikasının vətəndaşları kütləvi Rusiyanın ərazisinə köçəcək, humanitar faciə yarana bilər. Azərbaycan bunu də qəbul etmədi.

IV. 2013-cü ilin avqustunda RF prezidenti V.Putin Bakıda Prezident İlham Əliyevin evində Azərbaycanın tarixi problemlərinin birgə həllini qaldırdı. O vaxtdan müzakirə olaraq qaldı, İlham Əliyev razılaşmadı.

V. Üstündən bir neçə il keçmiş Prezident İlham Əliyev Azərbaycan, Rusiya və İran prezidentlərinin sammiti təklifini irəli sürdü. Məqsəd Rusiya ilə İran arasında tarixi neqativ fonlu problemlərin aktuallaşmasının qabağını almaq idi. Rusiya, Azərbaycan və İran üçbucağında, daha iri mənada Avrasiya materikində proseslər sağlam istiqamətdə inkişaf etməli idi. İranın indiki dövlət siyasəti yalan siyasətdir, buna maneçilik törətdi. İran Rusiyadan qaz istəyibmiş. V.Putin qazı verməyə razılıq verib, sonradan İran Rusiya qazını İranın şimalında əhaliyə İran dövlətçiliyi prizmasından neqativ təsir edəcəyini nəzərə alaraq Rusiyaya verdiyi təklifdən imtina etdi. Azərbaycan Prezidentinin üçlü sammit təklifi Bakıda və Tehranda keçirildi.

Prezident İlham Əliyevin təklifi yalnız Bakı üçün nəzərdə tutulmuşdu. H.Ruhaninin Prezident İlham Əliyevin təklifinin o məzmununu dəyişməsi Bakıdakı sammit zamanı H.Ruhaninin davranışında aydın göründü. Azərbaycan Prezidentinə H.Ruhaninin köməkçilərindən biri və sonra Cavad Zərif yaxınlaşdı. Azərbaycan Prezidenti növbəti konfransın Tehranda keçirilməsinə razılıq verdi. Məntiqlə ondan sonrakı konfrans artıq Moskvada, Rusiya ərazisində olmalı idi. Tehranın o hərəkətinə görə V.Putin konfransın keçirilməsini yubatdı və ən son COVİD-19 pandemiyasını bəhanə edib, tamamilə ləğv etdi.
Əgər bu tədbirlər reallaşsaydı, bu gün Rusiya ilə İranın arasında belə gərgin vəziyyət yaranmazdı. Bu gün İran seçim qarşısındadır. İranın Azərbaycan istiqamətində davranışına yenidən baxmasına ilk növbədə Fərid Səfərlini azad etməsi, vaxtilə Azərbaycanın daxilində dini iğtişaşlar törətmək istəmiş indi İranda gizlənən bir qrup dindarı Azərbaycana qaytarması işin başlanğıcı ola bilər.

Sizi çox istəyirəm, məsləhətlərim də var:

1. SSRİ dağılandan sonra Türkiyənin MDB məkanı üzrə çox uğurlu siyasətinin bünövrəsini qoymuş, uğur əldə etmiş, Dünya Bankı, Beynəlxalq Valyuta Fondunun borcundan xilas etmiş R.T.Ərdoğanın Prezident İlham Əliyevdən necə məsləhət aldığı ilə bağlı dediklərini zərrə qədər oxumayın, görməyin, eşitməyin.

2. Prezident İlham Əliyevə Avropa liderlərinin Avropa məkanında, Bakıda yox, Avropa məkanında necə münasibət göstərdiklərini, az qala duz kimi yaladıqlarını da görməyin, fikir verməyin. Düşüncəniz tamamilə dəyişə bilər.

Mübariz Əhmədoğlu
Politoloq


Xəbər 6083 dəfə oxunub.




15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +