Azərbaycanlılar Stavropoldan deport olundu
Ələkbərovun oğlu futbol klubundan da getdi
“Xalq Bank”dan böyük həcmdə vəsait çıxarılıb
İrakli Kobaxidze Azərbaycana gəlib
Aktrisa da dərmanların bahalığından şikayətləndi
Nazir müavini vəzifəsindən azad olundu
Cərrah əməliyyat zamanı “TikTok“da canlı açdı - VİDEO
Qaçırılan 10-cu sinif şagirdi ailəsinə qaytarıldı
YAP Mərkəzi Aparatında müşavirə keçirilib
Ceyhun Bayramov Maka Boçorişvili ilə görüşdü


07.04.2023  22:00 

“Suraxanı rayonunda 20 ildir dərəbəylik hökm sürür”





A+  A-

“Seçildiyim Suraxanı rayonunda 20 ildir dərəbəylik hökm sürür. Bu rayonda 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və 14 il bu rayonda icra başçısı işləmiş İlqar Abbasov rayonun nə torpağı varsa, hamısını satıblar və zəbt ediblər”.

Bunu Milli Məclisin deputatı Etibar Əliyev bugünkü plenar iclasda çıxışı zamanı deyib.

“Bunlara qoşulanlardan biri də 30 il Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyinin sədri Mais Məmmədov və Hacıbala Abutalıbovun qardaşının kürəkənidir. Bu rayonu 4 nəfər işğal edib. 220 min əhalisi olan rayonun bir peşə məktəbi yoxdur. Lakin onlarla pab, restoran, qəlyanxana, diskoteka klubları var. Bu adamların əlindən gələcəkdə peşə təhsilinin tutumuna uyğun torpaq sahəsi tapmaq olmur. Qaraçuxur və Yeni Günəşlini Hacıbala Abutalıbov, İlqar Abbasov, Mais Məmmədov hasara alıblar. Milyonlarla manata ev tikənlərə satırlar. Həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır. Belə hallar başqa rayonlar üçün də xarakterikdir. Belə adamların əlindən elə əvvəldən bələdiyyələr zəlil günə qalıblar”, - deputat bildirib./APA



Xəbər 1280 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +