Azərbaycanlılar Stavropoldan deport olundu
Ələkbərovun oğlu futbol klubundan da getdi
“Xalq Bank”dan böyük həcmdə vəsait çıxarılıb
İrakli Kobaxidze Azərbaycana gəlib
Aktrisa da dərmanların bahalığından şikayətləndi
Nazir müavini vəzifəsindən azad olundu
Cərrah əməliyyat zamanı “TikTok“da canlı açdı - VİDEO
Qaçırılan 10-cu sinif şagirdi ailəsinə qaytarıldı
YAP Mərkəzi Aparatında müşavirə keçirilib
Ceyhun Bayramov Maka Boçorişvili ilə görüşdü


28.08.2018  12:14 

“Səudiyyə Yəməndə müharibə cinayəti törədib”





A+  A-

BMT-nin ekspertlər qrupu Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi beynəlxalq koalisiyanın yerli hökumətlə birgə Yəməndə müharibə cinayəti törətdiyinə dair tutarlı əsaslar olduğunu açıqlayıb.
XəzərNews.az xəbər verir ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Zeyd Raad əl Hüseynin ötən ilin dekabrında yaratdığı 3 nəfərlik heyətin hesabatı təqdim olunub.

Hesabatda Səudiyyənin rəhbərlik etdiyi koalisiya güclərinin Yəməndə toy mərasimlərinə, bazarlara və balıqçı qayıqlarına etdiyi hava hücumlarının müharibə cinayəti anlamına gələ biləcəyi irəli sürülüb.

Bundan başqa, koalisiya Qırmızı dəniz limanları və Sana hava limanında sərt məhdudiyyətlər yaradaraq ölkəyə daxil olan humanitar yardımı əngəlləyib. Hesabatda bu cür müdaxilələrin beynəlxalq cinayətlərə səbəb ola biləcəyi ifadə edilib.

41 səhifəlik hesabatda Yəmənə hava hücumlarında xeyli sayda mülki əhalinin öldüyü vurğulanıb. Belə ki, 2015-ci ilin martından 2018-ci ilin avqustuna kimi ölkədəki daxili savaşda 6 min 660 mülki əhali ölüb, 10 min 563-ü yaralanıb. Həqiqi rəqəmlərin isə daha yüksək olduğu qeyd edilir.

Xəbər 999 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +