Azərbaycanlılar Stavropoldan deport olundu
Ələkbərovun oğlu futbol klubundan da getdi
“Xalq Bank”dan böyük həcmdə vəsait çıxarılıb
İrakli Kobaxidze Azərbaycana gəlib
Aktrisa da dərmanların bahalığından şikayətləndi
Nazir müavini vəzifəsindən azad olundu
Cərrah əməliyyat zamanı “TikTok“da canlı açdı - VİDEO
Qaçırılan 10-cu sinif şagirdi ailəsinə qaytarıldı
YAP Mərkəzi Aparatında müşavirə keçirilib
Ceyhun Bayramov Maka Boçorişvili ilə görüşdü


30.08.2017  13:21 

“Hələ şeyx cavandır, indi “razkom” götürüb” - Cavanşir Paşazadə





A+  A-

“Varislik filan məsələləri hamısı boş söhbətdir. Elə bir məsələ yoxdur. Bu bizim mənəviyyatımıza uyğun gəlmir”.
XəzərNews.az bildirir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə mətbuatda şeyxin varisinin adının açıqlanması məsələsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, dövlətimiz və onun siyasəti var: “Varislik, şahlıq söhbətlərinin artıq yeri deyil. Padşahlıq dövrləri bitib. Şeyxülislam da işləyir. Bundan sonra da inşallah işləyəcək. Bütün məsələlərdə cənab prezidentə, xalqa dayaq olacaq. Dini məsələlərdə ona köməklik edəcək.

Bu söhbətlər artıqdır, ona başqa don geyindirmək lazım deyil. Allah-təala nə məsləhət bilirsə, odur. Hələ ki, şeyximiz cavandır. 69 yaşı var. Ruslar demişkən, hələ indi “razkom” götürüb. Ondan sonra da Allahın nə məsləhəti olacaqsa, o da olacaq. Kim bu işi elmi, dini cəhətdən bacaraqsa, o sonralar ortaya çıxacaq”.

Qeyd edək ki, şeyxin qudası Hacı Qalib Salahzadə modern.az saytına açıqlamasında şeyxin varisinin oğlu Məhəmməd Paşazadə olduğunu deyib.

Xəbər 2120 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +