Pezeşkian Azərbaycan atalar sözü ilə Trampa səsləndi
Putinlə çox vaxt keçirdim - Stiv Vitkoff
Bir yumruğa 3 il həbs... - Azərbaycanda
Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək
“İstanbul NS” klinikasına cərimə yazıldı
Deputatın oğlu sahibkarın səhmlərini əlindən alıb – Şikayət
20 min ukraynalı Almaniyada hərbi təlim keçib
Aktrisa Azərbaycana “salam” göndərmək İSTƏMƏDİ- VİDEO
“Xaliq Faiqoğlu“ sərnişinlərini çovğunda saxladı - VİDEO
Çində yeni koronavirus aşkarlanıb


19.02.2025  14:49 

“Qobu Park“ sakinləri cavab axtarır: “Yəzid“ kimdir?





A+  A-

"Qobu Park-3" yaşayış kompleksinin sakinindən redaksiyamıza müraciət daxil olub. Vətəndaşın sözlərinə görə, son bir aydır həftə sonları suyun təzyiqi aşağı düşür.

XəzərNews.az xəbər verir ki, Oxu.Az-a danışan sakin Taleh Məmmədli qeyd edib ki, məsələ ilə bağlı "Qobu Park-3" yaşayış kompleksinə və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etsə də, şikayətinə məhəl qoyan yoxdur.

Problem ilə bağlı hər iki qurumun mövqeyini öyrənməyə cəhd etsək də, məsuliyyəti üzərinə götürən qurum ortaya çıxmadı.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, "Qobu Park-3" ünvanında olan nasos stansiyası İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında deyil:

"Nasos stansiyası Mənzil İstismarı Sahəsinin balansında olduğuna görə, sakinlərə suyun verilməsi və təzyiqinə nəzarət eləmirik.

Hər hansı müraciət daxil olduqda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən lazımi köməklik göstərilir. Sakinlərin su təchizatı "Qobu Park-3" yaşayış kompleksi tərəfindən həyata keçirilir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti MTK-larda suya nəzarət prosesini yalnız suyun ötürüldüyü anbara qədər həyata keçirmək səlahiyyətinə malikdir".

Məsələ ilə bağlı məlumat almaq üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Emil Vəliyevlə əlaqə saxladıq. O bildirdi ki, motorların gücü çatmır ki, təzyiqi qaldırsın:

"Ümumiyyətlə, Qaradağ rayonunda su problemi olduğuna görə, bizə fasilələrlə verilir. Məhz buna görə də motorların gücü çatmır ki, təzyiqi qaldırsın. səkkiz, doqquz, onuncu mərtəbələrdə suyun təzyiqində problem yaranır. Bu problem İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinindir, bizim deyil. Suyu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti satır, abonentlərdən pulu da onlar yığır. Su verilməyəndən sonra biz necə cavabdehlik daşıya bilərik? Qaradağ rayonunda su verilişi kəsiləndə bizdə də problemlər yaranır.

Bizim işimiz odur ki, problemləri vaxtında aidiyyəti qurumlara çatdıraq. Biz nə su, nə işıq, nə də qaz satırıq. Su gəlib anbara yığılır, olanda veririk, olmayanda yox".

Xəbər 352 dəfə oxunub.




21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI

21.02.2025  12:43 

DON TRAMP nə İSTƏYİR?!

21.02.2025  10:38 

Prezident Hulusi Akarı qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +