“Kartımdan 30 manat oğurlayıblar“ - “Kapital Bank“a fırıldaqçılıq ittihamı - VİDEO
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib
General ekspertizadan imtina etdi - Həbsdə qaldı
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar
Samir Şərifov nazir müavini təyin edilib -YENİLƏNİB
Deputat borcuna görə obyektini təhvil verdi


10.02.2021  15:22 

“Qərb Rusiyanı itaətkar bir ölkəyə çevirməyə çalışır” - Lavrov





A+  A-

“Qərb Rusiyanı ərazisində öz maraqlarını təşviq edə biləcəyi itaətkar bir ölkəyə çevirməyə çalışır”.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. O qeyd edib ki, bu cür cəhdlər getdikcə daha şiddətli olmağa başlayır.

“Rusiyanın müstəqil olmaq, müstəqil xarici siyasət hüququnu müdafiə etmək, beynəlxalq hüququ müdafiə etmək istiqamətində etdiyi bütün cəhdlər bizi böyük hesabda itaətkar ölkə etmək istəyən Qərb həmkarlarımızın daha da sərt müqaviməti ilə qarşılaşır”,- deyə Lavrov qeyd edib.

Lavrov, Qərbin inandığı dəyərləri Rusiyaya tətbiq etməyə çalışdığını, həmçinin bu dəyərlərin şübhəli və rus mədəniyyətindən uzaq olduğunu bildirib. XİN rəhbəri bununla mübarizə aparmaq üçün qərarlarda və hərəkətlərində sələflərinin təcrübəsinə etibar etməli olan diplomatların güc, bilik və təcrübəsinə ehtiyac olduğunu vurğulayıb.

Sergey Lavrov çıxışında Rusiyanı ədalətli və çoxqütblü dünya nizamının əsas təminatçılarından biri adlandırıb.

Xəbər 2069 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?

13.01.2025  10:28 

Lənkəranda kişi meyiti tapılıb


BÜTÜN XƏBƏRLƏR +