AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


02.02.2021  09:23 

ÜST rəhbərindən koronavirusla bağlı ümidverici proqnoz





A+  A-

“Ardıcıl olaraq üçüncü həftədir ki, bütün dünyada “COVID-19”a yeni yoluxma hallarının sayı azalır. İndiyədək halların artdığı çox ölkə var, lakin qlobal səviyyədə bu ümidverici xəbərdir. Bu, o deməkdir ki, hətta yeni variantların yaranması ilə belə virusa nəzarət etmək olar”.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreisus deyib.

Təşkilat rəhbərinin sözlərinə görə, bu, pandemiyaya görə bütün dünyada həyata keçirilən tədbirlərin səmərəliliyini nümayiş etdirib.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 102 milyonu ötüb, 2,2 milyondan çox insan bu virusun qurbanı olub. Dünyada yoluxma sayına görə liderliyi ABŞ edir. Bu ölkədə 25 milyondan çox insan koronavirusa yoluxub. İkinci yerdə Hindistan (10,7 milyondan çox), üçüncü yerdə Braziliya (9 milyondan çox), dördüncü yerdə Rusiya (3,8 milyondan çox), beşinci yerdə isə Böyük Britaniya (3,7 milyondan çox) yer alıb.

Xəbər 1799 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +