AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


30.04.2020  20:46 

ÜST uşaqlar arasında yayılmış yeni xəstəliyə görə hərəkətə keçdi





A+  A-

Avropa ölkələrində uşaqlar arasında yayılmış damar iltihabı ilə müşayiət olunan yeni xəstəliklə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hərəkətə keçib.
XəzərNews.az “The Guardian”a istinadən xəbər verir ki, koronavirusla əlaqəsi olduğu ehtimal edilən xəstəlik daha çox Böyük Britaniya, İtaliya, İspaniya, Fransa və İsveçrədə rastlanıb. Artıq ABŞ-da da xəstəliyə yoluxan uşaqların olduğu bildirilir. Hazırda 100-dək uşaqda yeni xəstəlik qeydə alınıb. Onlar ürək, qan damarları və digər orqanlarda problemlər yaradan Kavasaki xəstəliyinin əlamətləri ilə xəstəxanalara yerləşdiriliblər. Onlarda həzm sisteminin pozulması, yüksək hərarət səbəbindən toksik şok əlamətləri də aşkar olunub. Qeyd edilir ki, uşaqların əksəriyyətində daha əvvəl koronavirus aşkarlanıb.

ÜST müalicə metodunu tapmaq üçün xəstəliklə bağlı bütün məlumatları toplamağa başlayıb.

Xəbər 1410 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +