26.09.2017 12:54
İş adamı arvadını həbs etdirdi - “Səni həbsxanada öldürəcəyəm”
İş adamı Barat Abdullayevin arvadının məhkəməsi başa çatıb.
XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ərinə qarşı dələduzluqda təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə soz sözlə Təyminə Abdullayeva son sözlə çıxış edib.
O, ötən prosesdə müdafiə çıxışı edən vəkili Janna Bağırova ilə razılaşdığını və özünü təqsirli bilmədiyini deyib.
"Mən nədə günahlandırıldığımı, Baratın hansı pulunu ələ keçirdiyimi bilmirəm. Banka qoyulan ev mənim öz evimdir. Barat məndən xəbərsiz 300-dən çox ev, 10-dan çox maşın satıb. Heç biri üçün məndən icazə almayıb. Hamısını da xərcləyib, amma heç birindən xəbərim olmayıb.
Barat başqa qadınla yaşayıb, ona pul xərcləyib, ev alıb. Evlilik müddəti dövründə ancaq Barat mənə ziyan vurub. Banka qoyduğum ev mənim illərlə xərcləmədiyim, yığdığım pulun qarşılığında alınıb. Mən Barata heç bir ziyan vurmamışam",- deyə T.Abdullayeva bildirib.
O, həyat yoldaşı və qaynı tərəfindən mütəmadi olaraq təhdid edildiyini söyləyib: "Ərim Barat da, qaynım da məni dəfələrlə hədələyib. Yolda tutub məni məcbur edirdilər ki, bütün əmlaklardan imtina edim. Məni dəfələrlə ölümlə hədələyirdilər. Barat deyirdi ki, "300 manatlıq canın var, səni həbsxanada da olsa öldürəcəm". Bir oğlum var. Bütün bunlar onun gözü qarşısında baş verib. O, bu yaşında nə qədər stress yaşayıb. Dərsdə belə otura bilmirdi. Fasilədə qorxa-qorxa zəng edib soruşurdu ki, "ana, salamatsan? Səni tutmayıblar?". Axı bu qədər Allahsızlıq, insafızlıq olarmı? Kişilər bir qadına qarşı bu hərəkətləri edərmi? Onlar öz kişiliklərini göstərdilər. Onların məqsədi mənim mülklərdən imtina etməyimdir. İçəridə də məni öldürmək istəyirlər. Amma mən qoymaram ki, kimsə mənə nəsə edə. Mənim özümün də qürurum var. Mən heç övladımı da fikirləşmədən bu qərarı özüm verərəm. Uşağıma baxacaq kimsə də yoxdur. Heç o, öz övladını da fikirləşmədi".
Təqsirləndirilən qadın şəxsiyyət vəsiqəsini dəyişən zaman evli olduğu halda subay yazdırmasının səbəbini də izah edib. O, deyib ki, bu sadəcə öz səhlənkarlığı ucbatından baş verib.
T.Abdullayeva son sözündə məhkəmədən ədalətli qərar gözlədiyini deyib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib.
Hökmə əsasən T.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalından həbs edilib.
Bildirək ki, prokuror T.Abdullyevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikah dövründə əldə olunan yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirək, ona 890 min manat məbləğində ziyan vurub.
T.Badullayeva həmçinin polis əməkdaşlarına müqavimət göstərməkdə də təqsirli bilinir. Belə ki, ittihama görə T.Abdullayeva onu polis idarəsinə dəvət edən polis əməkdaşlarına müqavimət göstərərək onlara xəsarət yetirib.
Bildirək ki, Barat Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda otelinin, ticarət obyektlərinin olduğu bildirilir. Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.
Təyminə Abdullayeva ərinin dedikəri ilə razılaşmayaraq söyləyib ki, pullarını Səkinə İsmayılova adlı falçı ələ keçirib. S.ismayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat alıb. Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər. T.Abdullayeva iddia edir ki, falçı Səkinə onun pullarını və əmlakını ələ keçirib.
Səbael rayon Məhkəməsində Barat Abdullayevlə Təyminə Abdullayevanın nikahın pozulması ilə bağlı məhkəmələri davam edir. Bu işlə bağlı yenilik isə ondan ibarətdir ki, T.Abdullayevanın ittiham etdiyi "falçı Səkinə” də artıq həbs edilib. O, da dələduzlquda təqsirləndirilir.
Xəbər 1546 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|