AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


22.09.2017  19:38 

Qayınanası bağışlasa da, 6 ildən çox həbs yatacaq





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını bıçaqlamaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Naiq İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə cəza istənilib.

Dövlət ittihamçısı çıxış edərək N.İsgəndərovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qayınana H.Qurbanova məhkəmədə kürəkəni ilə barışdığını deyib və onun 2 azyaşlı övladı olduğu üçün bağışlanılmasını istəyib.

Qeyd edək ki, N.İsgəndərov ailə münaqişəsi zəminində qayınanası H.Qurbanovannı bıçaqlayıb. Belə ki, 1961-ci il təvəllüdlü Hürü Qədim qızı Qurbanova qızı Leylanın evinə qonaq gəlib. Bu zaman görüb ki, kürəkəni İsgəndərov Naiq Cavan oğlu öz həyat yoldaşı Leylanı döyüb. Səbəb isə ərlə arvad arasında ona məxsus olan evin satılması ilə bağlı olub.

Bir müddət tikintidə fəhlə işləyən Naiq, uzun müddət işsiz qaldığı üçün evini satmaq istəyib. Həyat yoldaşı Leyal isə evin satılmasına razı olmayıb. Hürü Qurbanova qızı ilə kürəkəni mübahisə edən zaman onları sakitləşdirmək istəsə də, nəticədə Naiq İsgəndərov tərəfindən bıçaqlanıb.

Xəbər 1573 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +