AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


18.09.2017  20:11 

Bakıda cinsi azlıqlara qarşı şok əməliyyat - 100 nəfər saxlanıldı, QİÇS-ə yoluxanlar var





A+  A-

Daxili İşlər Nazirliyinin müvafiq qurumları Bakı şəhərində gecələr "fəaliyyət” göstərən cinsi azlıqlara qarşı geniş əməliyyat keçirib.
Məlumata görə, milli-mənəvi dəyərlərin qorunması istiqmətindəki tədbirlər çərçivəsində keçirilən reydlər zamanı son bir həftə ərzində 100-ə yaxın cinsi azlıq nümayəndəsi saxlanılıb.

Məsələnin daha ilginc tərəfi odur ki, saxlanılan şəxslərin məcburi müayinəsi zamanı həm polisi, həm də həkimləri şoka salacaq faktlar aşkarlanıb.
Bəlli olub ki, saxlanılan cinsi azlıq nümayəndələrinin, demək olar, hamısı ən təhlükəli cinsi xəstəliklərə yoluxublar. Aralarında hatta QİÇS xəstələrinin olduğu da bildirilir. Onların bu təhlükəli virusu başqalarına yoluxdurması istisna edilmir.

Xəbərə görə, polis cinsi azlıqların istifadə etdiyi mənzilləri, toplanış və əyləncə yerlərini, istifadə etdikləri nəqliyyat vasitələrini, onları himayə edən şəxslərin çevrəsini də müəyyənləşdirərək nəzarətə götürüb.

Bundan əlavə, DİN rəhbərliyi tərəfindən milli-mənəvi dəyərlərə zidd əməllərin qarşısının alınması üçün sərt tədbirləri davam etdirmək təlimatı verilib.

(bakipost.az)


Xəbər 1756 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +