AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


11.07.2017  17:26 

Polis oğrunu əl izlərindən “tanıdı“





A+  A-

Paytaxtın 20 Yanvar küçəsindəki mənzillərdən birindən oğurluq edilməsi barədə DİN-in "102 Zəng Mərkəzi"nə müraciət daxil olub. Ev sahibəsi mənzilindən pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirb.
DİN-dən XəzərNews.az-a bildirlib ki, məlumatla əlaqədar ərazi aidiyyatı üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarından və kriminalistlərdən ibarət əməliyyat qrupu hadisə yerində olub müvafiq araşdırmalar aparıblar.
Kriminalistlər mənzili müayinə edib, əl-barmaq izləri götürülüb, digər əməliyyat tədbirləri həyata keçirilib.
Hadisə yerindən götürülmüş izlərin müvafiq qaydada ekspertizası əvvəllər məhkum olunmuş Hüseyn Quliyevin əl-barmaq izləri ilə eyniyyət təşkil etməsi barədə rəy verib.
Əməliyyat-axtarış tədbirləri ilə Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Quliyevin yeri müəyyənləşdirilib. O, iyulun 6-da şübhəli şəxs qismində saxlanılaraq 19-cu Polis Bölməsinə gətirilib.
Ətrafında aparılan tədbirlərlə və əsaslı dəlilər qarşısında o, törətdiyi əməli etiraf edib. Bildirib ki, həmin mənzilə pəncərədən girmək yolu ilə daxil olaraq oradan 450 manat, 3100 ABŞ dolları və qızıl əşyaları oğurlayıb.
Faktla əlaqədar cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1542 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +