AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


06.05.2017  17:18 

Maşın sahibini aldadıb Mercedes-ni əlindən aldılar





A+  A-

Azərbaycanda maşınını satışa çıxaran şəxs ağlasığımaz hadisə ilə qarşılaşıb.
XəzərNews.az bildirir ki, şikayətçi İlham Qulaməliyevin qızı Modern.az-a açıqlamasında hadisənin təfərrüatını belə nəql edib.

“Lalafo.az saytında maşınımızın satılması ilə bağlı elan vermişdik. Maşını almaq üçün bir nəfər atama yaxınlaşaraq avtomobilə baxış keçirib. Daha sonra maşını almaq istədiyini deyərək evinə dəvət edib. Həyat yoldaşının da maşına baxmasını bildirib. Atam ailəli, uşaqlı bilib ona inanır və maşının açarını onlara təqdim edir. Lakin həmin adam maşını da götürüb aradan çıxır. Günlərlə həmin adamı axtarsaq da, telefonlara cavab da vermir.

Hətta 11 dəfə qaydaları pozub. Buna görə atamın adına cərimələr göndərilib. Atam maşın oğrusu ilə əlaqə saxlaya bilin, o da cəriməni ödəyəcəyini deyib. Lakin nə vaxt gələcəyi barədə atama məlumat verməyib. Eşitdiyimizə görə, polis mayoru Elşən Həşimova 900 manat rüşvət verib və maşınla birgə aradan çıxıb. Maşını hər yerdə gördüklərini deyirlər. Maraqlıdır ki, maşın oğrusunu maşınla birgə saxlaya bilmirlər. Bununla bağlı rəsmi müraciət də etmişik. Amma məsələ həllini tapmayıb. Maşındakı nömrə şəhərdəki kameralara da düşüb, amma tuta bilmirlər. Bu necə işdir?!. O adam haqqında heç bir məlumat yoxdur. Həyat yoldaşı dediyi qadın da heç nəyi deyilmiş. Onu tanımadığını deyir”.

Mayor Elşən Həşimov isə saytımıza açıqlamasında həmin şəxsdən pul almadığını deyib.

“Maşını oğurlayıb qaçan şəxsi biz də axtarırıq. Mən Bakıdakı yollara nəzarət edirəm. Kameralara da baxıram. Həmin şəxs oğurladığı maşını Bakı ərazisində sürməyib. Deyilənə görə o, Şamaxı, Ağsu yollarında maşını sürüb. Həmin yollara da mən nəzarət etmədiyimdən kameralara baxmaq imkanım yoxdur. O adamdan necə rüşvət ala bilərəm ki! Əgər onu görsəydim, saxlayardım...”.

Qeyd edək ki, oğurlanan maşın 10 MC 050 dövlət nömrə nişanlı Mercedes-dir.

Xəbər 2417 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +