AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


15.04.2017  15:13 

“Bizi evimizdən didərgin salırlar” – Bakı sakinlərindən ETİRAZ





A+  A-

Bakının Mirqasımov 8 və Süleyman Rüstəmov 193 ünvanlarındakı fərdi yaşayış evlərində yaşayan sakinlər çarəsiz durumdadır.
Sakinlərin verdiyi məlumata görə, yeni binanın inşası üçün vətəndaşlar məcburi şəkildə evlərindən çıxarılır. Onların sözlərinə görə, bütün bunların səbəbkarı özəl şirkət olan “Uniklinika”nın rəhbəri Əli Həsənovdur:

“Əli Həsənov ərazidəki 14 mənzildən 8-ni öz vəsaiti hesabına almışdı. Ötən il ərazidə klinika tikilməsi məqsədilə söküntü işlərinə başlanıldı. Bizim şikayətlərimiz əsasında söküntü dayandırıldı”.

Nəsimi rayon İcra Hakimiyyətindən sakinləri Ə.Həsənovun ərazidə tikinti aparmaq üçün bütün sənədlərinin olduğunu bildiriblər. 6 ay sonra Ə.Həsənov sakinlərə deyib ki, ərazidə yeni bina tikiləcək və hər bir sakinə ev veriləcək.
2016-cı ilin sentyabr ayında Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi, 14 saylı Mənzil İstismar Sahəsinin rəisi, “Rifah Plaza”nın rəhbəri Şamil Xubyarov və Əli Həsənov sakinlərlə görüşüb.

Onlara bildiriblər ki, ərazi pilot layihəyə düşür, Nazirlər Kabinetinin 86 saylı qərarı var. Qərarı əsas gətirən şirkət rəhbəri “sizə kompensasiya ödənilməyəcək, yeni binada mənzil veriləcək” deməklə kifayətlənib.

Sakinlərin sözlərinə görə, onların yeni evlərə nə zaman köçürüləcəyi konkret deyilmir. Sakinlərə qaranlıq qalan məqamlara aydınlıq gətirilməsini istəyir. Lakin icra hakimiyyəti məsuliyyəti şirkətin, şirkətsə icra hakimiyyətinin üzərinə atır. Sakinlər deyir ki, söküntü başlayanda adlarını qeyd etdikləri səlahiyyətlilər vətəndaşlara hədə-qorxu gəlib:

“Kimsə inandı, kimsə məcburiyyətdən, kimsə işinin itirəcəyi hədəsindən çəkinərək getdi. Süleyman Rüstəmov 193 ünvanından 11 nəfər, Mirqasımov 8 ünvanından isə bir nəfər Şuşa qaçqını getdi. Hazırda 9 ailə yaşayır. Bu ilin fevralından etibarən qaz xətlərimiz kəsilib. Qaz idarəsindən gələn işçilər bunu Nəsimi rayon İcra Hakimiyyətinin göstərişi ilə icra etdiklərini bildirdilər. Bizi öz evimizdən didərgin salırlar. Xahiş edirik aidiyyatı orqanlar səsimizi eşitsin”.

(modern.az)

Xəbər 3228 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +