AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


12.04.2017  10:46 

“Azəriqaz” Qəbələdə bir ailəni faciə ilə üz-üzə qoyub





A+  A-

Son vaxtlar qazdan boğulmaların və qaz sızmasından baş verən partlayışların, bu partlayışlar zamanı min bir zəhmət, ağır xərc hesabına tikilmiş evlərin bir göz qırpımında havaya sovrulmasının tez-tez şahidi oluruq. Bir anın içərisində havaya sovrulan evlərdə uşaqların, yaşlıların, gənc ailələlərin diri-diri yanması barədə də xəbərlər eşidilir.
Bütün bunlar nəyin nəticəsidir: ehtiyatsızlığınmı, səhlənkarlığınmı, yoxsa qaz istismar müəssisələrində çalışan naşıların gördükləri işlərinmi? Yoxsa laqeydliyinmi? Bəlkə baş verə biləcək qəzaların qarşısının vaxtında alınmamasınınmı?
XəzərNews.az “Gündəm Xəbər”ə istinadən bildirir ki, Qəbələ rayonunda Vahid Qəhrəmanov küçəsi ev 30-da yaşayan 88 yaşlı Nəcəf Mustafayevin də üzləşdiyi təhlükə məhz “Azəriqaz” İstehsalat Birliyi və rayon qaz idarəsinin rəhbərliyinin laqeydliyinin, insan taleyinə biganələyin nəticəsidir. Müharibə veteranı olan oğlu ilə bir yerdə yaşayan 88 yaşlı ağsaqqalı Azərbaycan Prezidentinə, SOCAR-ın prezidenti Rövnəq Abdullayevə, Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident Rəhman Qurbanova və “Azəriqaz” İstaehsalat Birliyinin keçmiş rəhbəri Əkbər Hacıyevə ünvanladığı çoxsaylı ərizələrə, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının qəbuluna getməsinə səbəb nə olmuşdur? Bütün bunların nəticəsi oldumu? Xeyr! Üstundən bir ilə yaxın vaxt keçsə də, hələ də kimsə maraqlanmayıb. Bu da vətəndaşların ərizə və müraciətlərinə “vaxtında baxılması”. N.Mustafayev 70 il əvvəl tikdirdiyi evin köhnəlib sıradan çıxdığını görəndə qərara alır ki, evdə təmir işləri aparsın. Buna pulları çatmadığından beynəlmiləl döyüşçü olan oğlu ilə birlikdə bankların birindən kredit götürür və təmir işlərinə başlayırlar. Təmir işləri başa çatmamaış “Azəriqaz” İstehsalat Birliyi Qəbələ rayonunda qaz borularının təmirinə başlayır. Yenidənqurma işləri N.Mustafayevin yaşadığı Vahid Qəhrəmanov küçəsinə çatanda qəribə hadisə baş verir. Qaz istismar idarəsinin işçiləri küçənin digər tərəfində olan, sakinlərə heç bir maneçilik və qəza təhlükəsi törətməyən əsas qaz borusunu söküb Nəcəf Mustafayevin evinin 15 santimetrliyindən çəkirlər. Ev sahibi buna etiraz edəndə isə işçilər deyir ki, layihə -smeta sənədləri belə hazırlanıb. İşə mane olmayın, yoxsa başınız ağrıyar. Halbuki, mütəxəssislərin fikrincə, əsas qaz borusu evdən ən azı 4 metr kənardan çəkilməlidir. Qəbələ də isə qaz borusu evin divarının 15 santimetrliyindən çəkilib. Min bir zəhmətlə, hələ də kreditini ödəyib qurtara bilmədiyi evin təhlükə ilə üz-üzə, ailəsinin isə faciə qarşısında qaldığını görən ağsaqqal ölkə başçısına, SOCAR-ın prezidentinə, Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidentə ərizə ilə müraciət edərək ailəsini gözlənilən faciədən xilas edilməsi üçün kömək istəyir. Bütün ərizələr tədbir görülmək üçün “Azəriqaz” İstehsalat Birliyinə göndərilir. Birlikdən isə N.Mustafayevə göndərilən cavab məktubu təsəlli əvəzinə, sanki bu ailəyə acıq verirmiş kimi, şikayətin əvəzini çıxmaq kimi görünür. Cavab məktubunda deyilir: “Sizin evinizin yaxınlığından keçən əsas qaz borusu layihə-smeta sənədləri əsasında çəkilib. Boru xətlərinin yeri sizin vəsaitiniz hesabına dəyişdirilə bilər”. Bəli, bu da ağsaqqaldan üzləşdiyi təhlükənin aradan qaldırılması üçün dolayı yolla rüşvət tələbi. N,Mustafayev yenidən əlaqədar təşkilatlara rəsmi müraciət edir və bildirir ki, məgər bu boruları evimizin 15 santimetrliyindən biz çəkdirmişik ki, bizim də vəsaitimiz hesabına yeri dəyişdirilsin? Ancaq ağsaqqalın çoxsaylı müraciətlərinə əhəmiyyət verən olmur. Ən təəccüblüsü də budur ki, bu qədər müraciətlərdən sonra hələ bu vaxta qədər bir nəfər də olsun gəlib yazılanlarla yerində tanış olmayıb və əsas boru xətlərinin evdən 15 santimetr aralıda olmasına baxımayıb. Hətta bu barədə Qəbələ Rayon İcra Hakimiyyətinə də müraciət olunub. Ancaq görünür özündən çox razı olan Qəbələ Rayon Qaz idarəsinin rəisini bu vəzifəyə gətirən sehirli əl bütün şikayətləri “yox” edir və bir ailənin üzləşdiyi təhlükəni gözəgörünməz edir. Ölkəmizdə vətəndaşların ərizə və şikayətlərinə, müraciətlərinə baxılması haqqında dövlət başçısının tapşırıqlarına, bu barədə qəbul olunan qanuna belə laqeyd münasibət, biganəlik başa düşülən deyil. Axı, respublikamızda insan kapitalı bütün dəyərlərdən üstün tutulur. Bəs Qəbələ rayonunda faciə ilə üz-üzə qalan ailənin taleyinə niyə biganə yanaşılır? Sabah bu evdə hər hansı partlayış baş verərsə, məsuliyyət kimin üzərinə düşəçək? İndi “Azəriqaz”ın rəhbərliyindən soruşmaq istərdik ki, görəsən bu ağsaqqal və beynəlmiləl döyüşçü daha neçə ərizə yazmalı və daha kimlərə müraciət etməlidərlər ki, kimlərinsə səhvi, işi bilməməzliyi və savadsızlığı ucbatından təhlükə ilə üz-üzə qalmış bu ailə rahat və qorxususz yaşasın?

Xəbər 3069 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +