AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


15.03.2017  11:09 

Qarabağ əlili general-leytenantdan işini tələb edir





A+  A-


Zakir Hüseynov: “Əgər ştat ixtisar olunursa, həmin yerə necə işçi götürülə bilər?”

“Mənim işə bərpa olunmağımla əlaqədar dəfələrə aidiyyəti üzrə general-leytenant Arzu Rəhimova müraciət etmişəm. Lakin mənim işə bərpa olunmağım bu günə kimi müsbət həll olunmur” - 2-ci qrup Qarabağ müharibəsi əlili, polkovnik-leytenant Zakir Hüseynov belə deyir. Bildirir ki, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi Arzu Rəhimov onu işə qaytarana qədər mübarizə aparacaq: “Mən hər an dövlətə, dövlətçiliyə, respublikanın suverenliyinin, ərazi bütövlüyünün qorunmasına sadiq olmuşam. Vətənim yolunda canımı vermişəm və hər an verməyə də hazıram. General leytenant Arzu Rəhimov bu vəzifəyə təyin olunduqdan sonra ştat ixtisarı adı ilə mənim kimi neçə-neçə illər bu sahədə işləmiş və iş təcrübəsi olan xeyli sayda işçiləri işdən çıxardı. İşdən çıxarılan işçilərin yerinə isə başqa işçi götürdü. Əgər ştat ixtisar olunursa, həmin yerə necə işçi götürülə bilər? Hazırda SHXCDX-nin idarə, şöbə, bölmələrində çoxlu sayda boş işçi yerləri vardır. Mənim işə bərpa olunmağımla əlaqədar dəfələrə aidiyyəti üzrə general-leytenant Arzu Rəhimova müraciət etmişəm. Lakin mənim işə bərpa olunmağım bu günə kimi müsbət həll olunmur”.

Z.Hüseynov A.Rəhimovu qohumbazlıqda ittiham edib: “General-leytenant Arzu Rəhimov ətrafına öz qohumlarını və ona yaxın olan ehtiyatda və ya istefada olan zabitləri işə götürür. Mənim müraciətimə isə cavab verir ki, sən təqaüd alırsan və ”Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı" üzrə MMC-nin Xətai rayon filialında mühəndis-mexanik işləyir, 143 manat maaş alırsan. Sual olunur - bəs ehtiyatda və istefada olan zabitləri işə götürür, hətta onlara rütbə də verirsiz. Onlar təqaüd almırlar?

Mənim yaşlı valideynlərim Ermənistanla sərhəd kənddə yaşayırlar. Onlar daimi düşmən tərəfindən atılan atəşlərə məruz olurlar. Mənim yaşlı valideynlərimin sərhəd kənddə yaşamalarını, ağır ailə vəziyyətimin olmasını, himayəmdə azyaşlı övladımın olmasını, II qrup Qarabağ əlili olmağım haqda Arzu Rəhimova yazılı müraciətlər etmişəm. Lakin bu günə kimi məsələ müsbət həll olunmur".

Z.Hüseynov bildirib ki, mətbuat konfransı keçirib baş verənlərlə bağlı ictimaiyyətə ətraflı bilgilər verəcək, üzləşdiyi qanunsuzluqlar və hazırda xidmətdə olan təqaüdçülərin xidmət rəisi ilə qohumluq əlaqələri haqda arayışlar təqdim edəcək.

(musavat.com)

Xəbər 3779 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +