AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


07.03.2017  10:52 

Prezidentdən nüvə müharibəsi xəbərdarlığı





A+  A-

Şimali Koreya liderinin qardaşının Malayziyada zəhərlənərək öldürülməsindən sonra iki ölkə arasında gərginlik artmaqda davam edir.
XəzərNews.az xəbər verir ki, rəsmi Pxenyan ilk olaraq Malayziya vətəndaşlarının Şimali Koreya ərazisini tərk etmələrinə qadağa qoyub. Buna cavab olaraq Malayziya hökuməti də eyni addımı atıb.

Bundan başqa, Malayziya hökuməti Şimali Koreyanın Kuala-Lumpurdakı səfirliyinin binasının mühasirəyə alınması ilə bağlı tapşırıq verib. Bildirilir ki, onları sayana və harada olduqlarını müəyyən edənə kimi diplomatik nümayəndəliyin əməkdaşları binanı tərk edə bilməzlər.

Pxenyanın gələcəkdə ABŞ və Yaponiyaya zərbə endirmək üçün keçirdiyi 4 ballistik raket sınağına isə ABŞ-dan cavab gecikməyib. ABŞ buna qarşılıq olaraq bir gün sonra Cənubi Koreyaya raket əleyhinə THAAD sistemi yerləşdirdiyini elan edib.

Şimali Koreya ABŞ və Cənubi Koreyanın ortaq hərbi manevrləri nəticəsində nüvə müharibəsinin astanasında olduqlarının xəbərdarlığını edib.



Xəbər 2230 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +