AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


23.02.2017  11:46 

Naqif Həmzəyev seçicilərdən nəyin qisasını alır?- ŞİKAYƏT





A+  A-

38 saylı Nizami II seçki dairəsinin deputatı Naqif Həmzəyevdən seçiciləri şikayətçidirlər.
XəzərNews.az bildirir ki, AFN-ə ünvanlanan müraciətin detallarına keçməzdən əvvəl N.Həmzəyev haqda qısa xatırlatma yerinə düşər.

2015-ci il parlament seçkilərindən az sonra Məmmədəmin Rəsulzadə ilə bağlı verdiyi açıqlama sayəsində gündəmə gələn N.Həmzəyev uzun müddət müzakirə obyektinə çevrildi. “Niyə Rəsulzadənin büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram...” deməsilə deputatlığının ilk günlərindəcə özü haqda mənfi rəy yaradan N.Həmzəyev indi də seçicilərinə olan laqeyd münasibətilə diqqət mərkəzinə gəlməkdədir. Əməkdaşımızla söhbət edən bir qrup Gəncə şəhəri Nizami rayon sakini deyir ki, deputatları ilə görüşmək imkanından məhrumdurlar: “Naqif Həmzəyev Nizami II seçki dairəsinin hüdudlarında yaşayan insanlardan qisas alır. Çünki biz ona səs verməmişik. İndi də kimsə onunla görüşmək istəyəndə deyir gedin səs verdiyiniz adama deyin dərdinizi. Halbuki bizi parlamentdə o təmsil edir, mandat onun əlindədi, bizim səsimizi də o çatdırmalıdır ali kursuyə”.

Seçicilər onu da qeyd edirlər ki, N.Həmzəyev Gəncənin icra başçısı Elmar Vəliyevə yaxın adamdır və bu da ona əlavə “cəsarət” verir: “Bildiyiniz kimi, o əvvəllər icra başçısının birinci müavini idi, deputatlığa da bu vəzifədən gəldi. Naqif Həmzəyev Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri vəzifəsini də daşıyır, amma YAP-çılıqla bu xalq üçün xidmətləri olan insanlara, seçicilərə düşmənçiliyi səhv salıb. Hesab edir ki, uzun müddət YAP-da olması, hakim partiyaya xidmət etməsi ona əlavə səlahiyyətlər verir. Ona görə də seçicilərini saymır, onlara qisasçılıq hissi ilə yanaşır. Biz onun parlamentdəki fəaliyyətini də izləyirik, orda da bir iş görmür, əsaslandırılmış çıxışı, təklifi hələ ki, olmayıb”.

Qeyd edək ki, sonuncu parlament seçkiləri 2015-ci il noyabrın 1-də keçirilib və nəticələrin təsdiqlənməsi 1 ay çəkib. 1 aydan sonra yeni deputatlar rəsmən işə başlayıblar. Həmin ilin dekabrından bəri keçirilən və stenoqramları Milli Məclisin saytında yerləşdirilən iclasların heç birində N.Həmzəyevin hər hansı məsələ ilə bağlı çıxış etməsi göstərilməyib. Bu qənaətə AFN olaraq şikayətçilərin yazdıqlarından sonra müvafiq məlumatlarda axtarış apararaq gəldik. Gəncə kiçik şəhər deyil, ölkənin həssas bölgələrindən biridir. Heç şübhəsiz orda da müəyyən problemlər, tələbatlar var. N.Həmzəyevin heç bir məsələyə münasibət bildirməməsi, hər hansı təkliflər çıxış etməməsi başqa şübhəli məqamlardan xəbər verir. Görünür, parlamentin İntizam Komissiyasının sədri Ağacan Abiyevin N.Həmzəyev haqda dedikləri özünü doğrultmaqdadır. Xatırladaq ki, Rəsulzadə haqda qeyd etdiyimiz açıqlamasından sonra A.Abıyev onun haqqında çox sərt danışmışdı: “Gəlib bu səviyyəyə qalxasan, deputat seçiləsən, millətin nümayəndəsi olasan, Azərbaycanın yeni tarixindən xəbərin olmasın?.. Demirik ki, Azərbaycanın min il bundan qabaqkı tarixini bilmirsən, dünən yaşadığımız tarixdən xəbəri yoxdur. Sən axı o cür kişini niyə elə adlandırırsan?.. Ona görə də hesab edirəm ki, buna əxlaqi qiymət vermək lazımdır...
Nə qədər təhsilsiz, mədəniyyətsiz olasan ki, müstəqil Azərbaycanın ilk sözünü deyən insanı “Azərbaycanın düşməni” adlandırasan. Heç bu sözü deməyə erməninin gücü çatmaz. Naqif Həmzəyev çox böyük səhv edib. Səhv deyilsə, bacardığı, bildiyi budursa, onda heç olmasa gedib ali məktəb dərsliyini demirəm, orta məktəb kitablarını oxusun”.

Seçicilərin yazdıqlarını da A.Abıyevin fikirləri ilə yanaşı qoyduqda N.Həmzəyevin deputatlığa yüksək bilik, savad və təhsillə deyil hansısa başqa bacarıqları ilə gəldiyini düşünməyin yeri var.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Xəbər 4107 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +