“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


22.11.2022  13:48 

“Pandemiyadan sonra balıqlar qismən artmağa başladı”





A+  A-

Biloloji müxtəliflik yer üzərində olan bütün canlıların mikroorqanizm, bitki və heyvanların müxtəlifliyidir. Xəzər və digər su hövzələrində olan biomüxtəlifliyin qorunması, o cümlədən balıqların inkişaf tendensiyasına nəzarət mühüm amildir.

Azərbaycanda balıqçılığın inkişafı əsasən 1970-1980-ci illərdə zirvə nöqtəsinə çatıb. Bu dövrdə ölkədə orta illik 60 min ton balıq ovlanırdı və 40 min tondan çox balıq məhsulu istehsal olunurdu. 1988-ci ildən 2005-ci ilə qədər su bioloji resurslarının ovlanmasının ümumi həcmi 55 min tondan 9 min tona düşüb. Hazırda isə balıq ehtiyatlarının azalması nəticəsində respublikanın su hövzələrindən hər il ovlanan balığın həcmi min tondan artıq deyil. Xəzər dənizində nərələrin mövcud dünya ehtiyatının 80%-i cəmləşib. Xəzər dənizi hövzəsində, çaylar daxil olmaqla, cəmi 153 balıq növü var ki, bunların 81 növü endemikdir, yəni planetdə yalnız Xəzər dənizində yaşayırlar. Xəzərin Azərbaycan sektorunda 90-a qədər balıq növü var. Xəzər dənizində relikt və endemik olan 6 növ nərə cinsli balıq yaşayır ki, bunlar bölgə, rus nərəsi, Kür nərəsi, uzunburun və çökədir.

Xəzər dənizində nərəkimilərin ehtiyatı son 15-20 ildə kəskin azalıb və keçən əsrin 80-ci ili ilə müqayisədə 30 dəfə azalaraq, vətəkə əhəmiyyətini itirmək həddinə çatıb. Balıq ehtiyatlarının azalması yalnız Azərbaycan üçün deyil, bütün Xəzər dənizi üçün səciyyəvi olan ümumi tendensiyadır. Həmçinin, eyni səbəblərdən Xəzərin Azərbaycan sektorunda nərə balıqlarının ehtiyatı kəskin azalıb və dənizdə ümumi ehtiyatının 12-15%-ni təşkil edir. Ölkənin mövcud su hövzələrindəki faunanı, o cümlədən balıq ehtiyatını qorumaq üçün bir sıra tədbirlərin həyata keçirilməsinə ehtiyac var.

Müsahibimiz bu istiqamətdə fəaliyyət göstərən Azərbaycan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyevdir.

Azərbaycan Balıqçılar İttifaqı hansı zərurətdən yarandı?

- Mən uzun illər Rusiyanın Moskva şəhərində yaşadım. Son illər Azərbaycanda su hövzələrinin və bioresursların kəskin şəkildə tükənməsi məni narahat edirdi və buna biganə qala bilmədim. Ona görə də hələ Rusiyada yaşayarkən təbiəti qorumaq məqsədilə 2014-cü ildə Azərbaycan Balıqçılar İttifaqını yaratdım. Beləliklə, 2016-cı ildə Azərbaycana qayıtdım. Azərbaycanda Xəzər və daxili su hövzələrində əsas problemlərdən biri balıqçılığa aid qurumun olmaması və dövlət səviyyəsində qorunmamasıdır. Bu istiqamətdə bir qurum yaradılmalıdır. Biz, sadəcə, qeyri-hökumət təşkilatıyıq. Ancaq dövlət səviyyəsində bu işlər görülməlidir. Yalnız balıqçılar deyil, dövlət tərəfindən də diqqət ayrılmalıdır. Bir vaxtlar ölkədə Balıqçılıq Nazirliyi var idi və bu qurum ləğv edildikdən sonra balıq kəskin şəkildə azalmağa başladı.

Xəzərdə və digər su hövzələrində bioresursların, balıqların tükəndiyi deyilir. Əsas səbəb nədir?

- Xəzərdə və daxili su hövzələrində balıqların son dərəcə tükənməsinin səbəblərindən biri odur ki, aidiyyəti qurumlar tərəfindən lazımi səviyyədə nəzarət edilmir. İki il bundan öncə, yəni pandemiya dövründə nə dənizə tor quran, nə su hövzələrində cərəyanla balıq tutan oldu, nə də sintetik torlardan istifadə edildi. Biz əksər sənaye balıqçılarından müsahibə götürmüşük, məsləhətləşmişik, tədqiqat aparmışıq. Pandemiyadan sonra su hövzələri bioresurslarında balıq qismən artmağa başlamışdı. Bu, onu göstərir ki, əsas səbəblərdən biri insan faktoru və qanunsuz balıq ovudur.

Brakonyerliklə mübarizə aparırsınız. Ancaq ölkə miyasında bunun artıq böyük problem olduğu görünür. Bu sahədə effektivliyi artırmaq üçün daha nələr etmək lazımdır?

- Azərbaycan Balıqçılar İttifaqı müstəqil, ancaq qanun çərçivəsində mübarizə göstərir. Bundan əlavə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin göstərişi ilə Azərbaycan Balıqçılar İttifaqı ETSN ilə birgə mübarizə aparır. Ancaq lazımi qədər bu işə maliyyə, diqqət ayrılmalıdır. Çünki bizim o qədər gücümüz yoxdur. Dövlət tərəfindən maddi dəstək ayrılmır. İttifaqın üzvləri tərəfindən toplanan ianələrlə iş görürük ki, bu da yetmir. Bu gün İttifaqın 40 min üzvü var, bu da az rəqəm deyil. Rəqəm çox olsa da, bu işlə məşğul olmaq üçün texnika lazımdır. Bizim müəyyən qədər texnika var, ancaq Azərbaycanın hər bir nöqtəsindəki su hövzəsində mübarizə aparmağa çatmır. Çünki bunun üçün texnika və dövlət dəstəyi olmalıdır. Son zamanlar bu işə qismən də olsa diqqət ayrılır. Biz də balıqçılığın inkişafı üçün toplanan ianələrlə balıq alıb su hövzələrinə buraxırıq. Pandemiyadan sonra insanların gəlirləri azaldığı üçün İttifaqın müəyyən üzvləri maddi dəstək göstərə bilirlər. Ancaq biz çalışırıq ki, az da olsa, su hövzələrinin canlanmasına təkan verək. Çalışırıq ki, su hövzələri bioresurslarının artmasında payımız olsun, gələcək nəsillərin sağlamlığı üçün əlimizdən gələni əsirgəməyək.

İdman balıqçılığının geniş intişar tapması üçün nə təklif edərdiniz?

-İdman balıqçılığına gəldikdə, ölkədə son zamanlar bu istiqamətdə böyük maraq var. Biz 22 turnir keçirmişik ki, buraya beynəlxalq turnirlər, Zəfər turnirləri də daxildir. Noyabrın 19-da biz növbəti turnir keçirdik. Bu turnirdə 5-6 ölkə iştirak edirdi. Biz hər zaman aprel şəhidlərinin xatirəsinə həsr edilən turnir keçirirdik. Ancaq bu turniri Zəfər Gününə həsr etməklə mövsümün ilk turnirini başladıq. Ölkədə son zamanlar idman balıqçılığına böyük maraq var. Balıqçılıq idmanı, həvəskar balqıçılıqla bağlı böyük inkişaf var. Ümumiyyətlə, bütün dünyada belədir ki, həvəskar idman balıqçıları təbiətə, su hövzələrinin qorunmasına daha diqqətli olurlar. Ona görə də biz çalışmalıyıq ki, ölkədə bu idmanı, həvəskar balıqçılğı daha da təkmilləşdirək, inkişaf etdirək. Sivil qaydada balıqçılıq ovunu insanlar, gənc nəsil arasında yayaq. Çünki dünya statistikasında belə bir amil var ki, həvəskar idman balıqçıları arasında heç vaxt narkotika aludəçiləri olmur. Ona görə də məqsədimiz Azərbaycanda məhz bu idman növünü inkişaf etdirməkdir.

Bu müsahibə Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini çərçivəsində təqdim edilir.

İlkin




Xəbər 4441 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +