Leylanın uğuru - O, ilk azərbaycanlıdır ki...
Qəzadan sonra xuliqanlıq edənlər SAXLANILDI
DİN İmişlidəki qəzanın görüntülərini yaydı - VİDEO
Naxçıvanda hamilə qadın və körpəsi öldü
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim GİZLƏDİB?
Suriyadakı səfirliyimiz bərpa olunacaq
İmişlidə maşın üç məktəblini vurdu: Ölən VAR
Azərbaycandan Qorbaçovla bağlı Nobel Komitəsinə MÜRACİƏT
QHT sədri qəza törətdi: Ölən VAR
Hakan Fidan Bakıya gəldi


10.12.2019  16:12 

Dəm qazından boğulmalara səbəb qazın tərkibidir, yoxsa insan amili?





A+  A-

Ölkədə dəm qazından zəhərlənənlərin sayı gündən-günə artır. Bir çoxları iddia edir ki, buna səbəb qazın tərkibində havanın və yad cisimlərin çoxluğudur. Belə olduğu halda qazda alışma olmur və tez sönür.
XzəərNews.az bildirir ki, irəli sürülən iddiaların doğru olub-olmadığı ilə bağlı Modern.az-ın əməkdaşı “Azəriqaz” ASC ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Ceyhun Səfərov saytımıza bildirib ki, bunun heç bir əsası yoxdur:

“Bir binada kütləvi zəhərlənmə olmur axı! İki-üç binadan, kənd sakinlərindən birində bu hala rast gəlmək olur. Deməli, burada fərdi şəkildə səhlənkarlıq söhbəti var. Təəssüf ki, biz soyuğa dözümlü insanlar deyilik, qışda hər yeri; nəfəslik, qapı və pəncərələri qapadırıq. Biz evlərdə havalandırma aparmırıq. Nəzərə alaq ki, köhnə binalarda bacalar da yaxşı işləmir. Bu hadisələr fərqli-fərqli məkanlarda fərdi şəkildə baş verir”.

Ceyhun Səfərov qeyd edib ki, əgər dəm qazından zəhərlənmə hadisələri kütləvi olsaydı, irəli sürülən iddialar əsaslı olardı.

“Bir binada və blokda kütləvi zəhərlənmə olsa, orada araşdırıb ortalığa nə isə çıxarmaq düzgün olardı. Bundan əlavə qazın qəbul edilmiş tərkibi barədə 10 ədəd elementdən ibarət; QOST55422014 standartı var. Bu standartda hər bir şey; oksigen, karbon, istilik vermə qabiliyyətin və digər cisimlərin miqdarı öz əksini tapır. MTK-ları (Mənzil Tikinti Kooperativi) istismara cəlb edəndə tələblərimizi irəli sürmüşük. Bizim tələbimiz binalarda dedektorların quraşdırılması ilə bağlıdır. Burda iki cür dedektorlardan söhbət gedir, birincisi təbii qazın sızması, digəri isə dəm qazı ilə bağlıdır. Son araşdırmalar isə göstərir ki, əksər zəhərlənmələr yanmış, yəni dəm qazından irəli gəlir”, - deyə o, bildirib.

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov bildirib ki, insanların qazdan zəhərlənməsində bir çox səbəblər var:

“Ən birinci səbəb məsuliyyətsizlik, qayda-qanuna əməl etməmək, məhəl qoymamaqdır. Digər səbəb isə qaz cihazlarıdır. Belə ki, cihazların nasazlığı dəm qazının yaranmasına səbəb olur. Ən çox bu kimi bədbəxt hadisələr hamamxanalarda olur. Burada qaz-hava konsentrasiyası düzgün getmədiyindən “CO2” (karbon 4 oksid) əvəzinə “CO” (karbon monoksid) ayrılır. Bu da çox zəhərli maddədir”.

Ekspert qeyd edib ki, zəhərlənmələrə səbəblərdən biri də bronxidlərin lazımi qaydada quraşdırılmamasıdır:

“Bronxidlərin quraşdırılmasında böyük səhvə yol verilir. Qazın tərkibində yad cisimlərin olduğunu söyləyənlər savadsız adamlardır, onların heç kimya elmindən xəbərləri də yoxdur. Qazın tərkibi 94-96 faiz metandır, bu da karbon və hidrogenin birləşməsidir. İkisi də zərərsiz maddədir, ancaq birləşəndə metan əmələ gətirir və düzgün yanma prossesi getməyəndə dəhşətli zəhərdir. Belə ki, 7 dəqiqədən 30 dəqiqəyə qədər insanların həyatına son qoya bilir”.

Xəbər 1817 dəfə oxunub.




18.01.2025  11:57 

Prezident Hakan Fidanı qəbul etdi

18.01.2025  11:06 

Hakan Fidan Bakıya gəldi

18.01.2025  10:16 

Sürücülərin nəzərinə!

17.01.2025  18:14 

Bakıda restoran YANDI


BÜTÜN XƏBƏRLƏR +