Leylanın uğuru - O, ilk azərbaycanlıdır ki...
Qəzadan sonra xuliqanlıq edənlər SAXLANILDI
DİN İmişlidəki qəzanın görüntülərini yaydı - VİDEO
Naxçıvanda hamilə qadın və körpəsi öldü
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim GİZLƏDİB?
Suriyadakı səfirliyimiz bərpa olunacaq
İmişlidə maşın üç məktəblini vurdu: Ölən VAR
Azərbaycandan Qorbaçovla bağlı Nobel Komitəsinə MÜRACİƏT
QHT sədri qəza törətdi: Ölən VAR
Hakan Fidan Bakıya gəldi


18.04.2019  12:15 

Ərəblərin Azərbaycana gəlişi azalıb





A+  A-

2019-cu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min və ya 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Dövlət Statistika Komitəsindən XəzərNews.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, gələnlərin 28,0 faizi Gürcüstan, 27,4 faizi Rusiya Federasiyası, 11,3 faizi Türkiyə, 9,2 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,4 faizi İraq, 15,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 70,1 faizini kişilər, 29,9 faizini isə qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə gələnlərin sayında daha çox azalma Qətər (48,5 faiz), İran (43,4 faiz), İsrail (41,7 faiz), Birləşmiş Ərəb Əmirlikləri (28,1 faiz) və İraq (24,8 faiz) vətəndaşları arasında qeydə alınıb.

Bununla yanaşı, Misirdən gələnlərin sayı 2,3 dəfə, Hindistandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,8 dəfə, Türkmənistandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, Çindən - 46,1 faiz, Yaponiyadan - 32,5 faiz, Gürcüstandan - 22,9 faiz, Omandan - 17,4 faiz artıb.

2019-cu ilin yanvar-mart aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,8 faiz artaraq 19,1 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 33,1 faiz azalaraq 106,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,1 faiz azalaraq 202,3 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64,0 faizi dəmir yolu və avtomobil, 35,2 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

2019-cu ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,9 faiz artaraq 1215,7 min nəfər olmuşdur. Gedənlərin 66,5 faizini kişilər, 33,5 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 84,2 faiz, Gürcüstana gedənlərin sayı 12,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 7,4 faiz, Türkiyəyə gedənlərin sayı isə 3,0 faiz artıb.

Cari ilin yanvar-mart aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,6 faizi dəmir yolu və avtomobil, 15,6 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Xəbər 1218 dəfə oxunub.



18.01.2025  11:57 

Prezident Hakan Fidanı qəbul etdi

18.01.2025  11:06 

Hakan Fidan Bakıya gəldi

18.01.2025  10:16 

Sürücülərin nəzərinə!

17.01.2025  18:14 

Bakıda restoran YANDI


BÜTÜN XƏBƏRLƏR +