AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


07.12.2023  18:37 

Türkiyə və Yunanıstan: Yaxınlaşma nə vəd edir?





A+  A-

Türkiyə və Yunanıstan hərbi sahə də daxil olmaqla, etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsi barədə razılığa gəliblər.

Xəzərnews.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın baş naziri Kiryakos Mitsotakis arasında danışıqların yekunu üzrə imzalanmış “Dostluq və mehriban qonşuluq münasibətləri haqqında” Afina bəyannaməsində deyilir.

“Tərəflər daimi, konstruktiv və məzmunluı məsləhətləşmələrdə iştirak etmək, qarşılıqlı maraq doğuran məsələlər üzrə siyasi dialoq və danışıqlar aparmaq barədə razılığa gəliblər", - sənddə deyilir.

Qeyd olunur ki, Türkiyə və Yunanıstan öz aralarında yaranan hər hansı mübahisələri sülh, birbaşa məsləhətləşmələr və ya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində nəzərdə tutulduğu kimi, qarşılıqlı seçim yolu ilə həll etməyə çalışacaqlar.

Sənədə əsaasən, tərəflər bu bəyannaməni pozan və ya nüfuzdan salan, regionunda sülhün və sabitliyin qorunmasına təhlükə yarada bilən hansı bəyanat, təşəbbüs və hərəkətlərdən çəkinməyi öhdələrinə götürüblər.

Xəbər 769 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +