“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


27.10.2023  19:31 

“Qəzzaya atılan bombalar İranın pulu ilə tikilən İsrail zavodlarında istehsal olunub” - Mübariz Əhmədoğlu





A+  A-

İranın təbliğat maşını Azərbaycana qarşı təbliğatda yeni istiqamət açdı. İranın vacib siyasətçiləri siyasi müstəvidə olarkən bu arqumenti istifadə etməmişdilər. Çünki arqument hədsiz cılız arqumentdir; İran qoşunu ilə Azərbaycana gəlib, ermənilərə qarşı vuruşub. Sadəcə Bakı İran hərbçilərinin Azərbaycan əsgərlərinə namaz öyrətməsini İslam inqilabı kimi qəbul edib və İranın qoşunlarını Azərbaycandan çıxarıb və bununla da Qərb, İsrail istiqamətində seçimini edib. Bu nəinki məntiqsiz, həm də İran üçün biabırçı tezisdir. Belə alınır ki, daxilində İran kimi dövlətin ordusu olan Azərbaycan torpaqlarının 20 faizini Ermənistan işğal edib. Bu məntiqlə Ermənistan İrandan da güclü imiş.

İranda yalan Quran ayələrindən daha üstündür. Öz yalanlarına tez inanırlar, onun aludəsinə çevrilirlər və bu yalanlar inkişaf edə bilər. Məntiqi ziddiyyətini yuxarıda
qeyd etdik. Mətni oxuyan xanımın İran televiziyasında ən uzun zaman dostluq etdiyi prodüser, aparıcı Novruz Purmənd bu mövzulara çox meylli olub, işıqlandırıb.

N.Purmənd, general Mənsur Həqiqətpur, Sərdar Əkbərinin dilindən səslənən fikirlərə söykənərək İran hərbi müşavirlərinin Azərbaycanda nə işlə məşğul olduqlarını, nə üçün Azərbaycan ərazisindən Ermənistana hücum etmədiklərini deyə bilər. Deyiblər ki, beynəlxalq hüquq imkan vermir. Son zamanlar Sərdar Əkbəri Novruz Purməndin “Azad fikir” verilişində bunu aşkarladı. M.Həqiqətpur da bir neçə ay öncə “Azad fikir” verilişində bu fikirləri səsləndirmişdi. İranın Azərbaycanda hərbi müşavirləri olub, rəsmi funksiyaları Azərbaycan hərbçilərini təlimatlandırmaq olub. Təlim verdiyi hərbçilərin əməlinin nəticəsi göz qabağındadır. 1994-cü il mayın 12-də imzalanmış atəşkəs müqaviləsi Azərbaycan torpaqlarının işğalının təsbiti anlamında idi. M.Həqiqətpuru
Ümummilli Lider H.Əliyev rəsmən Müdafiə naziri Səfər Əbiyevə müşavir təyin etmişdi. Özü isə M.Həqiqətpur üçün qapısını tam açıq qoymuşdu. İstənilən anda M.Həqiqətpur Prezident H.Əliyevin yanına gedə bilərdi. M.Həqiqətpur gününün çoxunu Rəsul Quliyev, Rövşən Cavadovla keçirirdi. Məhz Azərbaycandan İran nümayəndələri çıxarıldıqdan sonra ona görə də o adamlar Ərdəbilə iranlıların dalınca getdilər. Çünki siyasi müxalifətçilik cəhətdən adı çəkilən şəxslər İran hərbisinin hesabına Ümummilli Lider H.Əliyevdən daha güclü görünə bilərdilər.



Ötən yazıda da bu mövzunun adını çəkmişdim, izahını verməmişdim. Hesab edirəm ki, bu qədər izah bəsdir. Çünki bizim daxili həyatımızda da kimlərinsə keçmişi ilə bağlı narahat etmək fikrim yoxdur.

Qərblə danışıqlarımız konkret olaraq 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə rəsmiləşdirildi. O vaxta qədər Azərbaycan torpaqlarının 20%-i işğal olunmuşdu. Zəngilanın işğalı günü İranın o zamankı prezidenti Rəfsəncani Bakıda idi və maraqlıdır ki, ikibaşlı fikir işlətdi: “Biz axı ermənilərə demişdik ki, daha irəliləməsinlər”. Sanki Ermənistan və İran eyni plan üzrə hərəkətlərini koordinasiya edirlər.

Qərb istiqamətində seçim etməyimizin rəsmiləşməsinə qədər artıq Azərbaycan İranın vasitəçiliyini də qəbul etmişdi. İranın vasitəçiliyini qəbul etdiyinə görə Azərbaycanı cəzalandırdılar. Rusiya ermənilərə Şuşanı işğal etməyə göstəriş verdi.

Söhbət İranın vasitəçiliyinə qarşı Ermənistan və Rusiyanın münasibətindən gedir. Azərbaycan məhz ona görə cəzalandı ki, İranı Qarabağ münaqişəsi regionuna gətirmişdi. 1992-ci il mayın 8-də Şuşa işğal olunduqdan sonra İranın hərəkətləri hansı istiqamətdə oldu?! Erməniləri cəzalandırdımı?! Ermənilərlə münasibəti dayandırdımı?! Bəlkə Rusiyaya ultimatum göndərdi?! Xeyr. İran-Ermənistan iqtisadi, siyasi, humanitar, geosiyasi münasibətlərində sıçrayış baş verdi. İran sanki anladı ki, regionda mayak Ermənistandır və Ermənistanla əməkdaşlıq etmək lazımdır. Məhz bu dövrdə İran-Ermənistan münasibətlərini xarakterizə edən ən vacib fikir Ermənistanın üç prezidentinin İranı Ermənistan üçün “həyat yolu” adlandırmasıdır. Bu günə qədər bir iranlı bu fikri təkzib etməyib. Məhz Şuşanın işğalından başlanan dövrdən İranın Ermənistana iqtisadi yardımları sonda 2 milyard dollara çatdı. ABŞ-ın həmin dövrdə Ermənistana etdiyi yardımın rəqəmi ilə eynidir.

İran-Ermənistan münasibətlərində ən bariz arqumentlərdən biri Novruz bayramını qeyd etməyə gələn İran diplomatlarının təyyarəsinin Qarabağ üzərində vurulması oldu. Zenit “Strela” raketinin atıldığı rəsmən Azərbaycan ərazisi olsa da ermənilərin tam nəzarətində idi. Ermənilərin də hesabı o idi ki, İran Azərbaycanın üstünə qızışacaq. 18-i diplomat olmaqla 33 vətəndaşının ermənilər tərəfindən öldürülməsinə göz yumdu. İranın ali dini lideri həmin ermənilərin təhlükəsizliyi ilə bağlı fətva verib.



İsrailin Azərbaycana gəlməsinin tarixi 1997-ci ildir. Bu barədə İran mətbuatında məlumat gedib. Köhnə Bakı yəhudisi Aviqdor Libermanın da o görüşün təşkili ilə bağlı xatirələri var. 1997-ci ildə Liberman böyük nümayəndə heyəti ilə Bakıya gəlib.

Ümummilli Lider H.Əliyev onları qəbul edib və gecə evində onlarla səhərə qədər söhbət edib. Əgər İsrail-Azərbaycan münasibətləri əvvəldən qurulmuş idisə yaşlı adam gecə səhərə qədər niyə İsrail siyasətçilərinin suallarına cavab verməli idi. 1997-ci ildə H.Əliyevin İsrail siyasətçiləri ilə görüşənə qədər İsrail-Azərbaycan münasibətlərində ciddi heç bir hazırlıq işi yox idi. 1997-ci ildə də artıq 1994-cü ilin atəşkəs müqaviləsi imzalanmışdı. Atəşkəs müqaviləsi imzalanan dövrdə Azərbaycanın ərazisində yalnız İranın hərbi iştirakı olub. Sonrakı proseslər də dəfələrlə İranın anti-Azərbaycan istiqamətində fəaliyyətini göstərdi.

İranın Azərbaycan istiqamətində işləyən təbliğat maşınına demək istəyirəm ki, 2011-ci ildə İranın Ermənistandakı səfiri Seyid Əli Saqiyanın Qarabağ münaqişəsi ilə bağlı Yerevanda səsləndirdiyi fikri öyrənsinlər. Orada dövlətlərin, xüsusilə Azərbaycan dövlətinin ərazi bütövlüyünə aydın dəstək yoxdur. Ərazi bütövlüyü prinsipi millətlərin öz müqəddəratını təyinetmə prinsipi ilə bərabər tutulur və bəlkə də daha üstün götürülür. Çünki S.Ə.Sagiyanın bu fikrindən sonrakı cümlə İranın insan hüquqlarına daha üstünlük verdiyini bəyan etdi. İran səfiri bu fikirlərin İranın ali dini rəhbəri ilə razılaşdırıldığını bildirdi.

İsraillə neft müqaviləmiz var. Bu İsrail üçün böyük rəqəm deyil. Bu gün Azərbaycan nefti göndərsin və İsraildə aviasiya, dizel yanacağına çevrilməsi bəlkə də aylarla çəkən prosesdir. Nəzərə alınmalıdır ki, İsraildə bu gün ərəblərin başına tökülən raketlər İsraildəki zavodlarda istehsal olunan raketlərdir və o zavodların da hamısı 60-70-ci illərdə İranın böyük ürək açıqlığı, həvəslə İsrailə verdiyi pulun hesabına tikilib. Çünki İran o zaman və indi də anti-ərəbdir. Sadəcə o dövrdə ərəblərə qarşı düşmənçiliyini İsraili dəstəkləməklə nümayiş etdirirdi. İndi isə ərəblərə qarşı nifrətin sadəcə formatı dəyişib, HƏMAS vasitəsi ilə ortalığa qoyub.



HƏMAS, Hizbullah Fələstin kontekstində ərəb, dini təriqət mövzusu çox qarışıqdır. Ona görə də İran Fələstini seçib. İran İslam Respublikasının banisi də məhz bu səbəbdən çox böyük ehtimalla Fələstin məsələsini ön plana çıxardı. Fələstinin daxili çox böyük konfliktogen zonadır. Ərəblərin də içərisində bir neçə qrup var. Fələstin əhalisi sünnidir, amma HƏMAS sələfi təriqətinə etiqad edir.

Baxmayaraq ki, oktyabrın 9-də İsmayıl Haniya şükranlıq namazını qılarkən sünni
deyil, şiə namazı formasında qıldı. Bu konfliktogenlik İran üçün cəlbedicidir.

Ərəblərdir də, qoy bir-birini qırsınlar. Səudiyyə Ərəbistanı və digər ərəb dövlətləri sadəcə bəyanatdan o tərəfə keçmirlər. Çünki HƏMAS-a etibarları yoxdur. İranın əlini görürlər və ərəb dövlətləri hazırda özünü müdafiə istiqamətində daha çox fəaliyyətdədirlər. İran ərəb dövlətlərinə də hücum edə bilər. İran düşünsün ki, bu qarşıdurma son qarşıdurma ola bilər. Ərəb dövlətləri, ABŞ-İsrail koalisiyası İranın əl-qolunu bağlamaq istiqamətində ciddi addımlar ata bilərlər.

Ərəblərə nifrət tipli məsələ İranda Azərbaycana qarşı formalaşdı. 1990-92-ci illərdə İranda Azərbaycana qarşı münasibət fərqli idi. Sonradan Azərbaycanın inkişaf yolunu tapdığını görən İran Azərbaycan dövlətçiliyini özü üçün təhlükə kimi gördü və erməniləri Azərbaycana qarşı qatil kimi yetişdirməyə başladı və bu gün də o siyasət gedir.

İranın küt təbliğatçılarına demək istəyirik ki, bizim siyasətimiz güclüdür. Ən azı İranda xüsusi həvəslə 3+3 formatını işıqlandırırlar. O formatın ideyasını ortalığa qoyan Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevdir. R.T.Ərdoğanla birlikdə iclasda Prezident İ.Əliyev o ideyanı ortalığa gətirdi. Sonradan R.T.Ərdoğan həmmüəlliflikdən imtina etdi. Bu ideyanın yalnız Prezident İ.Əliyevə məxsusluğunu bəyan etdi. Biz Cənubi Qafqazın ən böyük dövlətiyik, burada da söz sahibi biz olmalıyıq. Cənubi Qafqaz regionunda söz sahibi olmağımız İranın gözünə bizim egionun digər dövlətlərini öz təsirimiz altına almağımız kimi də görünə bilər. Bu Tehranda keçirilən 3+3 formatında da özünü aydın göstərdi.



Orada ideyanın Azərbaycan Prezidentinə məxsusluğu ilə bağlı heç bir fikir səslənmədi. Əksinə, prezident İ.Rəisi 3+3 formatını “Qafqaz Əməkdaşlıq Qrupu” kimi adlandırdı. İdeyanın müəllifi Prezident İ.Əliyevdir və son məqsədi Cənubi Qafqaza heç bir digər dövləti buraxmamaqdır. Sadəcə marağı olan dövlətlər əməkdaşlıq etməkdən söhbət gedə bilər. “Cənubi Qafqazda özgə dövlətlərin maraqları olmamalıdır” kateqoriyasında İran da özünü orada görsün. Əgər İran regiona Qərb dövlətlərini buraxmırsa, bu, digər iki region dövlətinin zəifləməsi, Azərbaycanın mövqeyinin güclənməsi deməkdir. Qərb dövlətləri xristian ideyasına sadiqdirlər. Regionda iki dövlət xristian dövlətidir, tək Azərbaycan müsəlman dövlətidir. İran başa düşdü, düşmədi Azərbaycanın ideyasına qulluq edər və bundan da sonra İnşallah çalışacağıq ki, İran daha çox mövzularda Azərbaycanın fikirlərinə, ideyalarına qulluq etsin. Nə qədər ki, İranda belə küt adamlar siyasəti müəyyənləşdirir, bundan mütləq istifadə etməliyik.

Sonda sözüm aparıcılara, təbliğat maşınının ən aşağı təbəqəli strukturlarınadır. Bir az intellektinizi artırın, o tezisi sizə verənlərlə polemikada olmaq gücünüz olsun. İran böyük dövlət olub, amma fars dövləti olmayıb. Bu gün İranın öyündüyü, üstündə durduğu nə varsa türkmən, bəluc, ərəb, əfqan, pakistanlı, tacik və azərbaycanlının tarixən yaratdıqlarından ibarətdir. Bu gün başqa etnik qrupların, millətlərin etdiyinə toxunmaq fikrim yoxdur. İran təbliğat maşınının bütün vintlərinə demək istəyirəm ki, baxın, görün vaxtilə bizim ortaq yaratdıqlarımızı bu gün Azərbaycan nə qaydada inkişaf etdirir, İranda nə qaydada inkişaf edir?!

Söhbət hicabdan getmir. İranın hələ hicab mövzusunda mövqeyi düzgün deyil. Küçədə qadın başı açıq gedə bilməz, amma həmin qadınları İranın Xİ nazirinin mətbuat xidmətinin, H.Ə.Abdullahiyanın mətbuat konfranslarına göndərmək olar. Böyük zaldır, necə istəyirlər otursunlar. Bəqərə surəsinin 256-cı ayəsinə görə dində məcburiyyət yoxdur. Sələmlə bağlı ayələr də belə.

Bunlar inkişaf deyil, inkişaf elmdir, mədəniyyətdir. Bu gün Azərbaycanın elmi inkişafı ilə İran elminin inkişafını müqayisə etsin. Raket, PUA texnologiyası İranda “kopipeys” texnologiyasıdır. Adi mobil telefona İran düzgün proqram yarada bilməyib. Mədəniyyət və musiqi sahəsində belədir. Allah fürsət versin, yaxınlarda Azərbaycan muğamlarının bir neçəsini sizin e-mailə yerləşdirəcəm.

İranda telekanalda təriflənən, başa qaldırılan muğamla Azərbaycan muğamlarını müqayisə edərsiniz. İranın Azərbaycana qarşı işləyən təbliğat maşınına ancaq savadlanmaq, anti-Azərbaycançılıqdan uzaqlaşmağı tövsiyə edirəm.

Mübariz Əhmədoğlu

Xəbər 4191 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +