“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


15.02.2023  12:24 

“Bütün Abşeronu birdən-birə su basa bilər“





A+  A-

Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı Türkiyədə baş verən dəhşətli zəlzələnin dərslərindən danışıb. Zəlzələ bölgəsində yaşayış binalarının tikintisinə ciddi nəzarət edilmədiyinə diqqətə çəkən millət vəkilinin fikrincə, geniş miqyaslı insan tələfatının səbəblərindən biri də budur:

"Kimlərinsə pul qazanmaq ehtirası insanların həyatını riskə atır. Türkiyədə həmin binaları inşa edənlərin bəziləri xaricə qaçmaq istəyirdilər. Sən hansı vicdanla yaşaya bilərsən xaricdə? Hələ çoxlarının cəsədi uçqunun altından çıxarılmayıb!

Təəssüf ki, Azərbaycanda da məsələlərə münasibət fərqli deyil. Cibimizi doldurmaq xətrinə insanların həyatını riskə atırıq. Bakıda, Yeni Yasamalda binaları bir-birinə o qədər yaxın tikiblər, heç arada yol da qoymayıblar. Buna necə icazə verilib, necə tikilib? Bu tikənlərin gözü ayaqlarının altını görmür?"

Millət vəkilinin sözlərinə görə, yalnız paytaxtda deyil, ətraf qəsəbələrdə də oxşar vəziyyət hökm sürür:

"Xırdalanda səki belə qoymayıblar. O cür gözəl yerdə yaxşı planlaşdırma ilə evlər tikilə bilərdi. Amma insanların hərəkəti üçün səkini belə düşünməyiblər. Üstəlik 15 mərtəbəli binanın 1-ci mərtəbəsi tikilib, ikinci mərtəbədən onu sağdan və soldan 1-2 metrə qədər genişləndiriblər. Bunu özlərinə qazanc bilirlər. Bəs, başa düşmürlər ki, bu ayaqlar o yükü daşıya bilməz? Yaxud, zirzəmilər məsələsi olsun. Türkiyədə də göstərdilər bunu. Zirzəmilərdə alış-veriş yerini genişləndirmək üçün dirəkləri kəsir, sütunları doğrayırlar. Sən dirəyi kəsməklə orda yaşayanların ömrünü kəsirsən axı. Ona görə də Türkiyə zəlzələsi acı bir dərsdir. Hər kəs bunu görüb düşünməlidir. Şəxsi evlər tikənlər də buna diqqət etməlidir".

1902-ci i Şamaxı zəlzələsini xatırladan Sabir Rüstəmxanlı o zaman şəhərdə daş evlərin dağıldığını, molokanların evlərinin isə salamat qaldığını bildirib:

"Bəyənmədiyimiz sovet dövründə hündürmərtəbəli, məsələn, 9 mərtəbəli ev tikiləndə onun təməli atılırdı və yarım il gözləyirdilər ki, möhkəmlənsin. Sonra baxırdılar ki, orda neçə mərtəbəli ev tikmək olar. İndi 2 mərtəbəyə icazə alır, 5 mərtəbə tikir, 5 mərtəbəyə icazə alır, 7 mərtəbə tikir. Bunun məsuliyyətini kim daşıyır? Kim buna icazə verir? Ən keyfiyyətsiz armaturlar, aşağı səviyyəli betondan istifadə olunur. İçəridə istifadə olunan avadanlıqlar, çilçıraqlar, divar kağızından başlamış bütün santexnika sisteminə qədər hər yerdə keyfiyyətsiz mallardan istifadə olunur ki, ucuz başa gəlsin".

Millət vəkili hesab edir ki, Azərbaycanda tikinti sektorunda ciddi araşdırma aparılmalıdır:

"Nəyə görə şəhərdə tikinti işləri ancaq müəyyən qrupların əlində olmalıdır? Burda korrupsiya, rüşvətxorluq, oğurluqla məşğul olan bir çevrə yaranıb. Müəyyən idarələrin çevrəsi var ki, oraya hər adam girə bilmir. Hər şeyi onlar həll edirlər. Mən vaxtilə Milli Məclisdə demişdim ki, Bakı, ümumiyyətlə, Abşeron Nuhun gəmisinə bənzəyir. Günün birində batacaq. Yeraltı suların üzə çıxmasına 1-2 metr qalır. Bütün Abşeronu birdən-birə su basa bilər. Belə bir şəraitdə bütün tikililər - zavodlar, fabriklər, digər müəssisələr buradadır. Üstəlik bu qədər sıx şəkildə. Yeni Yasamaldan o tərəfə Şubanı dağları var. Bir yol çəkin, tikintilərin bir hissəsini Şubanı dağlarına keçirin. Bir hissəsini Bakı-Şamaxı yoluna, digər hissəsini Ələt istiqamətində gedən yola. Verin iş adamlarına, orda yeni infrastruktur qursunlar, abadlaşdırıb bir sıra tikinti və binaları ora köçürsünlər. Niyə hamısını şəhərin içinə doldurursuz? Vaxtikən Bakının kanalizasiya məsələləri müzakirə olunanda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı mənə dedi ki, bilirsiz, bizim bəlamız odur ki, şəhərin kanalizasiyası 300 000 nəfər üçün nəzərdə tutulub, amma indi Bakıda 2 milyona yaxın adam yaşayır. Bütün sahələr belədir. Vaxtilə dairəvi yol çəkdilər. Bu yol gəlib Biləcərinin üstünə çıxana qədər qumu da tökülmüşdü. Amma bir icra başçısı o yolu satdı, orada binalar tikildi. Mənim imkanım olsa, istəyir 50 ev tikilsin, onları uçurub o yolu "Kororğlu" metrosuna qədər uzadardım. Yol qaldı yarımçıq. İndi Bakının dairəvi yolu yoxdu. Bilmirsən hardan gedəsən?!"

Mövzu ilə bağlı daha ətraflı "Sabir Rüstəmxanlı söhbətləri"ndə:



Xəbər 946 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +