“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


09.02.2023  10:45 

Qarlı günlər gəlir: Yenə qazsız, susuz, işıqsız qalacağıq?





A+  A-

Bu gündən etibarən ölkə boyunca qarlı-şaxtalı günlər başlayır. 3 gün ərzində Bakıda və rayonlarda qar yağacağı, sərt soyuqlar olacağı bildirilir.

Bakıda və Abşeron yarımadasında fevralın 9-da bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 1°-dək isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 777 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq. Yollar buz bağlayacaq.

Havaların kəskin soyuması dövlət qurumlarının qışa hazırlıq məsələsini gündəmə gətirib. Aidiyyəti qurumlar - “Azəriqaz”, “Azərişıq”, “Azəristilik”, “Azəravtoyol” buna necə hazırlaşıb? Yollarda, kommunal təminatlarda problemlər olmayacaq ki?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Müsavat” adıçəkilən qurumların rəyini öyrənməyə çalışıb.

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məsələ ilə bağlı qeyd edib:

“Bütün ili, bütün fəsillərdə qışa hazırlaşmaqla məşğul oluruq. Yəni vaxt, məqam yetişib deyə hərəkətə keçmirik, bütün fəsillər aylar qışa hesablanır, xidmət edir. Çünki qışda mavi yanacağa tələbat artır, bu baxımdan süni təzyiqlə qazın verilişi labüd olur. Fors-major, təbii hadisələr, bu və digər səbəblərdən hansısa problemlər ola bilməsini də nəzərə almaqla qaz xətlərinin yenilənməsi, o cümlədən təbii qaz istehlakçılarının dayanıqlı, fasiləsiz təbii qazdan istifadə olunması məqsədilə zəruri tədbirlər görülüb ki, qış mövsümündə havalar daha da şaxtalı, qarlı keçdiyi bir dönəmdə təbii qaz təchizatında hər hansı bir problemimiz yaranmasın. Həmçinin boruların yenilənməsi, boyanma işləri də həyata keçirilib. Bildiyiniz kimi, boyanma işləri təkcə estetik baxımdan deyil, eyni zamanda boruların şaxtaya, günəşə davamlı olması üçün tətbiq edilir. Yəni həmin boyalar xüsusidir. Bundan əlavə, istər paytaxt Bakıda, istərsə də regionlarda qaz xətləri üzərində quraşdırılmış avadanlıqlar yoxlanılır, əgər ehtiyac yaranıbsa, dəyişdirilir, qazpaylayıcı şkafların süzgəcləri təmizlənir, ölçü qovşaqlarında çəpərləmə işləri aparılır. Məlum olduğu kimi, soyuq aylarda qaza tələbat artdıqca təzyiqin də artırılmasına ehtiyac yaranır. Çünki təzyiq artdıqca əgər boru xətlərində haradasa xırda da olsa nasazlıq, kövrək yerlər olduqda təzyiq həmin yerlərdən çıxır, nəticədə sızmalar baş verir. Bu kimi halların olmaması üçün biz il boyu bütün işləri davam etdirmişik.

Havan bundan sonra daha çox soyuq olarsa və 2-3 dəfə çox soyuq hava kütləsi ölkəmizə gələrsə belə SOCAR “Azəriqaz” İB olaraq abonentlərin davamlı və təhlükəsiz qazla təmin olunmasına hazırıq".

“Azəristiliktəchizat”ASC-nin mətbuat katibi Elvin Basqallı da qeyd etdi ki, təmsil etdiyi qurum intensiv iş rejiminə keçib:

“Qarşıdakı kəskin soyuq hava şəraitində də qazanxanalarımız xarici hava temperaturu nəzərə alınmaqla çalışacaq. Ortaya çıxa biləcək hər hansı problemin dərhal aradan qaldırılması üçün əməkdaşlarımız günün bütün saatlarında müraciətləri qeydə alır, abonentlər qaynar xəttimizə və sosial şəbəkə hesablarımızdan müraciətlər edə bilər. Çalışacağıq ki, yüksək keyfiyyətli istilik xidməti göstərək”.

“Azərişıq” ASC da gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev qəzetimizə açıqlamasında deyib. Onun sözlərinə görə, hava şəraitinin kəskin dəyişiləcəyi barədə verilən məlumatı nəzərə alaraq istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülüb:

“Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib, zəruri olan mal-materialların ehtiyatı yaradılıb.

Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Fərdi qaydada belə hər hansı problemləri yaranarsa, istehlakçılardan 199 “Çağrı mərkəzi”nə zəng etmələri xahiş olunur".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli qeyd edib:

“Bakıda o qədər hiss olunmasa da dağlıq ərazilərdə qış mövsümü artıq özünü çoxdan büruzə verib. Demək olar ki, hər həftə hansısa əraziyə qarın yağması, mənfi temperaturun qeydə alınması müşahidə olunur ki, bu zaman yollarda müəyyən problemlərin yaşanması mümkündür, qaçılmazdır. Amma maşın mexanizmləri və texnikaları hazır vəziyyətdədir, duz-qum ehtiyatı kifayət qədər toplanıb. Hər hansı problem olduqda qısa bir müddətdə əraziyə həm əməkdaşlar, həm də texnikalar cəlb olunur və çalışırıq ki, həmin problem qısa bir müddətdə aradan qaldırılsın”.

Anar Nəcəfli sürücülərə çağırış edərək bildirib:

“Sürücülərimiz də mütləq şəkildə öz avtonəqliyyatlarını qış mövsümünə uyğun hazır etməlidirlər ki, yollarda çətin vəziyyətə düşməsinlər”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti də mövcud hava şəraiti ilə bağlı paytaxt sakinlərinə müraciət edərək, gözlənilən hava şəraiti ilə bağlı müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq və avtomobilləri saxlamamaq tövsiyə olunur. Həmçinin qeyd olunub ki, hava şəraiti ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində çalışacaqlar".

Xəbər 602 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +