AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


25.01.2021  10:22 

Nümayişçilərlə polis arasında qarşıdurma yaranıb





A+  A-

Niderlandın bir çox şəhərlərində sanitar məhdudiyyətlərə qarşı etiraz nümayişləri keçirilib.
XəzərNews.az xəbər verir ki, hökumətin sanitar məhdudiyyətlər çərçivəsində komendant saatı tətbiq etməsi narazılıq doğurub. Nümayişçilərlə polis arasında qarşıdurma yaranıb. İlkin məlumata əsasən, 30-a qədər nümayişçi saxlanılıb, yaralılar haqqında dəqiq məlumat yoxdur.

Urk şəhərində COVID-19 test mərkəzi yandırılıb. Eindhoven şəhərində yüzlərlə nümayişçini dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. Küçələrdəki avtomobillər yandırılıb. Mağazalar qarət edilib, vağzalın şüşələri sındırılıb.

Qeyd edək ki, Niderlandda yanvarın 23-dən fevralın 9-dək yerli vaxtla axşam saat 21:00-dən səhər saat 04:30-dək komendant saatı tətbiq olunub. Bu, İkinci Dünya müharibəsindən sonra ölkədə tətbiq edilən ilk komendant saatıdır.

Xəbər 1623 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +