“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


03.04.2019  11:43 

“Xalq artistləri arasında narkomanlar var” – İqbal Ağazadədən ŞOK AÇIQLAMA





A+  A-

Xəbər verdiyimiz kimi, son günlər sosial şəbəkələrdə Vüqar Səda ləqəbli meyxanaçı Vüqar Abdullayevin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi musiqili meyxanasının aralarında məktəbli qızların da olduğu müxtəlif şəxslər tərəfindən ifa edilən görüntüsü yayılıb. Bir neçə gün ciddi müzakirə olunan və qalmaqala səbəb olan meyxananın ifaçısı dünən daxili işlər orqanı əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən onun üzərindən narkotik maddə də götürülüb.
XəzərNews.az bildirir ki, BakuPost.az mövzunun aktullağını nəzərə alıb Ümid Partiyasının sədri İqbal Ağazədənin və tanınmış meyxanaçı Namiq Mənanın fikirlərini öyrənib.

İ. Ağazadə bildirib ki, meyxanaçının bu ifası açıqca narkotik maddələrin təbliğatına yönəlib: "Bu, təbliğat xarakterli addımdır. Hesab edirəm ki, o gənc özü də bu təbliğatın fərqində deyil”.

Bununla belə, partiya sədri adıçəkilən meyxanaçıya bu mahnıya görə cinayət işi açılmasını düzgün saymadığını deyib: "Cinayət işinin açılmasını düzgün saymıram. Niyə bu tipli mahnılar izlənilir? Hər şey cəmiyyətin əhval-ruhiyyəsindən asılıdır. Azərbaycan televiziyalarında elə adamlar təbliğ edilir ki, istər-istəməz gənclərə pis örnək olur. Bilirsiz, xalq artistləri arasında nə qədər narkotik qəbul edənlər var? Onlar isə hazırda televiziyaları zəbt ediblər. Bu bəladan qurtulmaq üçün televiziya siyasətini düzgün istiqamətləndirmək lazımdır. Narkotik çəkən adam xalq artisti olursa, sonunda belə də olmalıydı”.

Meyxanaçı Namiq Məna isə deyib ki, qeyd olunan musiqinin meyxanaya heç bir aidiyyəti yoxdur: "O mahnının bizim janıra heç bir aidiyyəti yoxdur, bayağı bir mahnıdır. Musiqisinə görə müəyyən qədər diqqət çəkə bilər. Ümumilikdə, bədiyyə ilə heç bir əlaqəsi yoxdur”.



N.Mənanın sözlərinə görə, o özü belə məsələlərə diqqət edir və meyxanalarında nəinki narkotik maddələr barədə danışmır, hətta söyüş də söyməməyə diqqət edir: "Mən özümə hörmət edən adamam, heç vaxt intervaldan çıxmamışam. Mən AYB-nin üzvüyəm, ali təhsilim var. Meyxana gözəl janrdır. Amma narkomaniyanın təbliğinin əleyhinəyəm. Mən bu kimi hallara yol verməmişəm. O adamın oxuduğunun meyxanaya aidiyyatı yoxdur, bayağı bir musiqidir. Heç musiqi də deyil”.

Qeyd edək ki, dediyi meyxana ilə narkotiki təbliğ edən Sumqayıt şəhər sakini Vüqar Abdullayev Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı "Belamurkanal” papirosuna doldurulmuş və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib. Müəyyən olunub ki, V.Abdullayev narkotik istifadəçisidir. İlkin dindirmə zamanı o həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib. Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndəriləcək.

Xəbər 1991 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +