“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


16.10.2018  11:45 

Debatda bir-birini təhqir etdilər - Tərbiyəsiz, səviyyəsiz...





A+  A-

Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Ümid Partiyasının sədri İqbal Ağazadə Meydan TV-nin efirində 15-16 oktaybr hadisələrinin ildönümü ilə bağlı debata çıxıblar.
XəzərNews.az xəbər verir ki, debatda hər iki partiya sədri hadisələrinin xronologiyasını xatırlayarkən bir-birinin ünvanına təhqiramiz ifadələr işlədib.

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, 10 il müddətində müxalifət 2003- cü ilin seçkilərinə hazırlaşdı: “Ancaq nəticə olaraq səsləri qoruya bilmədik. Məğlubiyyətinin müxtəlif səbəbləri var. Bu bir verilişə sığmaz. Biz hadisələrin içində olduğumuz üçün ən yaxşı tarixçilər buna qiymət verə bilər”.

Arif Hacılı söhbətə müdaxilə edərək cavab vermək istədiyini bildirib. İ. Ağazadə isə cavab o haqqının onda olduğunu vurğulayaraq Arif Hacılını cığallıq etməkdə qınayıb. A. Hacılı isə cavabında İ. Ağazadəni səviyyəli danışmağa çağırıb.

Ümid Partiyasının sədri belə olduğu halda Müsavat başqanını səviyyəsiz adlandırıb.

“Siz danışdınız, heç mən sizin sözünüzə müdaxilə etmədim, diqqətlə qulaq asdım. Hesab düz gələndə hamı səviyyədən danışır. 15 oktyabrda heç bizim Müsavat qərargahı qarşısında toplaşmaq düşüncəmiz yox idi. Mənə İsa Qəmbər zəng etmişdi ki, ora gəlim. O planlar oldu ki, hansı ki mənim xəbərim yox idi, biz onun hesabına qalib gəlmədik. İsa bəydən xahiş etdim ki, camaata müraciət etsin və onlar partiyanın qarşısından dağılışsınlar”.

Hacılı bildirib ki, İ, Ağazadə həmişə mitinqin əleyhinə danışıb: “Hətta bununla bağlı efirdə çağırışı da olub”.

Bu cavabdan sonra Ağazadə Hacılını yalan danışmaqda ittiham edərək onu tərbiyəsiz adlandırıb və hadisələrə daha sərt mövqeyini bildirib. O qeyd edib ki, Məhərrəm Əliyev İsa Qəmbəri kabinetdən söyüb çıxarana kimi orda olub: “Arif Hacılı mikrofon gətirmək bəhanəsi ilə meydandan qaçdı və gəlmədi”.

Bu cavabı eşidən Müsavat Partiyasının başqanı təəssüf edərək efiri tərk edib.

Xəbər 2221 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +