AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


21.11.2017  14:48 

Ukrayna diplomatı ölkədən qovdu





A+  A-

Ukrayna Belarusun Kiyevdəki səfirinin birinci katibini ölkədən qovub.
XəzərNews.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Kiyevin bu addımı atmasına səbəb Belarusun ukraynalı diplomat İqor Skvorçovu bu ölkədə persona-non-qrata elan etməsi və ölkədən çıxarması olub.

Qeyd edək ki, ötən gün Belarus KQB-sinin rəsmi nümayəndəsi Dmitri Pobyarjin bəyan etmişdi ki, Ukrayna səfirliyinin məsləhətçisi olan İqor Skvorçov diplomatik statusuna uyğun olmayan fəaliyyətlə məşğul olub. Onun sözlərinə görə, Belarusda cəsus şəbəkəsi yaratdığı üçün oktyabrda saxlanılan və haqqında cəsusluq maddəsi ilə cinayət işi açılan ukraynalı jurnalist Pavel Şaroyko təsdiqləyib ki, kəşfiyyat fəaliyyətini koordinasiyasını İ.Skvorçov həyata keçirib.

Xatırladaq ki, Skvorçov daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində çalışıb.

Xəbər 1460 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +