Baş nazir yanğın baş vermiş əraziyə gəlib
Töhməti sədr alıb, Aparat rəhbəri işdən çıxarılır
Ruslar daha çox Kurska hücum edir
Tramp Kanadanı gömrük rüsumları ilə hədələdi
Hansı müavinətlər artırıldı?
Ölkəni silkələyən azyaşlı valideynindən alındı
31 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb
İlham Əliyev Ankaraya səfər edəcək
XİN-dən Paşinyana cavab verildi
ABŞ silahlarının 90%-i Kiyevə təhvil verilib


30.04.2024  18:24 

Rasim Musabəyovun Başkəndlə bağlı fikirləri aranı qatdı: “O, nə kəndin ərazisini tanıyır, nə də...“





A+  A-

Deputat Rasim Musabəyovun Başkəndlə bağlı fikirləri ictimai mühitdə narazılığa səbəb olub.

Xəzərnews.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Rasim Musabəyov İctimai Televiziyanın (İTV) efirində Başkəndən Azərbaycan üçün strateji əhəmiyyət kəsb etmədiyini deyib. Bu fikirdən sonra deputat sosial şəbəkələrdə və bir sıra media subyektlərində tənqidlərə məruz qalıb.

Rasim Musabəyov özü də "Facebook” hesabında bu barədə yazıb:

"Bir qrup az tanınan saytlar birinci Qarabağ müharibəsi zamanı qoşunlarımız tərəfindən nəzarətə götürülən Gədəbəy rayonunun Başkənd kəndinin Ermənistana verilməsi təklifini mənə aid edərək "stəkanda fırtına” yaratmağa çalışdılar. Deyirlər ki, İctimai Televiziyanın bazar günü proqramına şərhimdə Başkənd kəndinin strateji əhəmiyyət kəsb etmədiyini deməklə ölkəmizin mənafeyinə xələl gətirmişəm".

Qərbi azərbaycanlıların köç və işğal problemlərinin araşdırmaçısı, Araşdırmaçı Jurnalistlər Liqasının Baş katibi Şəfayət Avılbəyli mövzu ilə bağlı Qaynarinfo-ya bildirib ki, Rasib Musabəyovun məlum fikri qəbuledilən deyil:

"Rasim Musabəyov nə Başkənd ərazisini tanıyır, nə də strategiyanın nə olduğundan xəbəri var. Başkənd ümumiyyətlə, Şınıx mahalının göbəyində "qara yara". Musabəyovun diqqətinə çatdırıram ki, Başkənd qəsəbəsi 1920-ci illərdə təbii ki, sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmiş və sovet ideoloji xəttinin təhlükəli bir komponenti kimi düşünülmüş şəkildə qarşıdurmalarada, siyasi hakimiyyətin problemlər yaşadığı zamanlarda mövcud vəziyyətdən yararlanmağa xidmət edirdi. Bu yaxın tariximizdə, 1988-ci ildən sonrakı hadisələrdə özünü daha qabarıq şəkildə biruzə verdi".

Şəfayət Avılbəyli əlavə edib ki, ermənilər min bir hiylə ilə tarixi Başkəndi unutdurmaq üçün qəsəbəyə "Arsvaşen" adını verib:

"Buna baxmayaraq, tarixdən də bəllidir ki, ermənilərin Başkəndə gəlişi XIX əsrin ortalarında baş tutub və bu Musabəyovun dediyinin əksinə olaraq işğalçı çar Rusiyasının Qafqazla bağlı strateji maraqlarının bir hissəsi, həm də çox mühüm bir hissəsi idi. Çar Rusiyasının Qafqaz siyasəti, eləcə də bolşeviklərin bir başqa müstəvidə işğalçılıq məfkurəsi təkcə coğrafi kontekstdə ərazilərin zəbti ilə məhdudlaşmırdı. Bunun digər qatında etnosun milli mədəniyyət fonduna qarşı total hücumlar özünü göstərirdi. Ermənilər də məhz bu strategiyadan istifadə edirdilər.

Qarabağ müharibəsi başlayandan sonra ermənilər Başkəndi güclü istehkama çevirdilər və Şınıxın 32 kəndi blokadaya düşdü. İndi necə ola bilər ki, Başkənd mühüm strateji əhəmiyyət kəsb etməsin?

Başkənd ətrafında vəziyyət 1992-ci il avqustun əvvəlində gərginləşdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Mutudərəni ələ keçirmək üçün hücuma keçdilər. Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. Əgər strateji əhəmiyyəti yox idisə, bu qədər hərbi kontingent orda nə gəzirdi?!

Qeyd etməliyəm ki, bu torpaqlarda İsgəndər Aznaurov, Məzahir Rüstəmov kimi Milli Qəhrəmanımız, ölmündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş alay komandiri Cahangir Rüstəmov şəhid olub".

Xəbər 15381 dəfə oxunub.




05.03.2025  12:20 

Ruslar daha çox Kurska hücum edir

05.03.2025  12:00 

Hansı müavinətlər artırıldı?

04.03.2025  17:42 

XİN-dən Paşinyana cavab verildi

04.03.2025  15:22 

Sabah güclü külək əsəcək

04.03.2025  10:39 

Xəzər dənizində zəlzələ olub

04.03.2025  10:07 

Gülnar Əlizadə müəllim imiş.


BÜTÜN XƏBƏRLƏR +