“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


19.05.2023  11:51 

Başdan çıxan tüstü – ARAŞDIRMA





A+  A-

Ərzaq mağazalarında ən bahalı məhsul siqaretdir, kilosu 200-500 manat civarındadır. Gördüyünüz bu siqaret (aşağıdakı fotoya bax) ən ucuzlardan biridir- 2 manat 40 qəpik. Çəkisi 14 qramdır. Bunun azı 4 qramı qutusudur. Tütünün 10 qramı 2,4 manatdırsa, demək siqaret istehsalçıları tütün məmulatının kq-nı istehlakçılara 240 manatdan satmış olur. Bu ərzaq mağazalarında kq hesabı ilə ən bahalı məhsul deməkdir. Hətta ən möhtəşəm və möcüzəli qida olan balın belə kq-i 30 manatdır, yəni tütündən 8 dəfə ucuzdur.

Ən gəlirli biznes- siqaret istehsalı: 30 qat qazanc

Tütünün dünya bazarında tonu orta qiymətlə 5-6 min dollar cıvarındadır. Yəni, kq-I 8-10 manata başa gəlir. Tütün məmulatının qablaşdırılmış şəkildə satışının kq hesabı ilə 200-500 manat arasında olduğunu nəzərə alsaq, burada qazanc ortalama 30-40 qatdır.

1 kq yerli tütünün alış qiyməti maksimum 1 manat, 1 kq tütün məmulatınının maya dəyəri bütün xərclər nəzərə alınmaqla maksimum 10 manat ola bilər. Yəni, yerli tütündən istifadə halında belə siqaretin indiki qiymətləri ilə hər kq-dan 20-30 qat qazanc əldə olunur.

Burada hökumətin tütün məmulatlarına qoyduğu yüksək aksiz rüsumu və vergilərin də böyük təsiri var. Siqaret firmalarının özünün neçə qat qazancı da. Demək, istehlakçılar adi ot bitkisini qutulaşdırılmış halda qızıl qiymətinə alırlar. Bu halda istifadəçilərin ağzından çıxan tüstüdən çox, “başından tüstü çıxır”. Üstəlik, siqareti bahalaşdırmaq heç də onun istifadəsin qarşısını almır, sadəcə siqaret çəkənlər daha artıq xərcə düşürlər.

Siqaret firmalarının analoqu olmayan hoqqalarından biri də budur ki, eyni marka və eyni tütünün kiçik qutuda olanı böyük qutuda olanı ilə eyni qiymətədir. Halbuki, kiçik (nazik) qutuda olan tütün, iri (qalın) qutuda olan tütündən 2 dəfə azdır. Bu deməkdir ki, siqaret istehsalçıları, eyni malı 2 dəfə daha az çəkidə sataraq 2 dəfə daha çox pul qazanırlar. Bu, normal izahı olmayan biabırçılıqdır.

Son illərdə yerlü tütün istehsalı ilə yanaşı, yerli siqaret istehsalı da xeyli artıb. Xaricdən siqaret idxalı 2020-də 2019-a nisbətən 3,5 dəfə azalıb. Amma əvvəllər siqaretləri xaricdən alanda 2 dəfə daha ucuz idi, yerli siqaret fabrikləri işə başlayandan sonra qiymətlər 2 dəfə artdı.

Biz niyə yerli tütünçülüyü məhv edib xaricdən tütün alırıq və qızıl qiymətinə əhaliyə satırıq ki? Həm ölkə buradan xeyli pul itirir, həm də əhali bu məhsulu 10 qatına almış olur.

Siqaret firmaları istədiyi vaxt heç bir əsas olmadan qiymətləri bahalaşdırırlar. Bu sahədə çoxsaylı suallar və şübhələr var ki, hələ bunların heç birinə mətbuat aydınlıq gətirə bilmir. Heç bir jurnalist bunu araşdıra bilmir.

Öz tütünümüz olduğu halda tütünü niyə xaricdən alırıq?

Ölkəyə hər il orta hesabla 1.7 min ton tütün idxal olunur. Həm də bu qədər nəhəng vəsaitlər xarici ölkələrə gedir. 2020-ci ildə ölkəyə idxal edilən siqar və siqaretin 75 %-i Ukraynanın, 25 %-i isə Rusiyanın payına düşüb.

Maraqlı burasıdır ki, öz tütünümüz ixrac edilir (1,7 min ton), sonra xaricdən tütün alırıq (4,7 min ton). Bu nə deməkdir? Demək şübhələr yaranır ki, keyfiyyətli olan tütünümüzü xaricə satıb, oradan keyfiyyətsiz tütün gətiririk. Özü də hansı ölkələrə (Rusiya, Belarus, Ukrayna) tütün satırıqsa, oradan da tütün alırıq. İnanılmaz bir faktdır.

Sovet dövründə respublikamızda tütünçülük güclü inkişaf edib, bu sahədən yaxşı gəlir əldə edilib. 1970-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsində aparılan araşdırma nəticəsində məlum olmuşdu ki, hazır məhsulun dəyəri baxımından, Azərbaycanın aqrar sektorunda ən rentabelli sahə tütünçülükdür. Hesab olunurdu ki, həmin dövrdəki mövcud 25 min ton istehsalı yaxın 20 ildə azı 100 min tona çatdırmaq üçün potensial var. 1980-ci illərdə isə tütün istehsalı 60 min tona çatdırılmışdı.

Tütün iqtisadi əhəmiyyətinə görə Azərbaycanda pambıqçılıqdan sonra 2-ci texniki bitki sayılırdı. Lakin Sovet İttifaqının dağılmasından sonra pambıqçılıq, çayçılıq, üzümçülük, ipəkçilik kimi yüksək gəlir gətirən sahələrlə yanaşı tütünçülükdə də tənəzzül başladı. Son 30 ildə tütün istehsalı 55 min ton azalaraq illik 3 min tona düşdü.

90-cı illərdə Dünya Bankı ölkəmizə kredit verərkən şərtlərdən biri olaraq tütünçülüyün ləğvinə çağırdılar. Səbəb kimi tütünün sağlamlığa zərərini göstərir və bunu siqaretə qarşı mübarizədə bir addım kimi qələmə verirdilər. Ona görə də, tütünçülüyə yardımlar, kreditlər ayrılmadı və bu sahədə tənəzzül başladı. Əvəzində ABŞ-da tütün istehsalı və ixracı xeyli artdı. Təbii ki bu sahədən götürülən gəlirlər də. Tütün artıq qlobal monoloyiya sahəsinə çevrilmişdi.

Fabriklər yerli tütünü almır, GMO Amerika tütünü idxal olunur

Qlobal tütün və siqaret bazarı ABŞ-ın əlindədir. 2022-ci ildə qlobal bazarda tütün idxalının məbləği 12 milyard ABŞ dolları olub. Dünyada gün ərzində satış dəyəri təxminən 4 milyard dollar olan tütün ticarətindən illik qazanc 1 trilyona çatıb. Tütün dünya üzrə istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizini təşkil etsə də, ən gəlirli sahələr arasında yer alır.



ABŞ kimi ölkədə siqaretə qarşı aparılan mübarizəyə baxmayaraq tütün istehsalının nəinki azalmadığını, hətta artdığını nəzərə alsaq, Dünya Bankının yuxarıda qeyd etdiyimiz ikili yanaşması şübhəli görünür. Bir çox ekspertlər ABŞ-ın tütündən yüz milyardlarla gəlir əldə etdiyini nəzərə alıb bu sahədə qlobal monopoliya yaratmaq cəhdini pisləyirlər. Bəs Azərbaycanda Dünya Bankının təşviqi və məsləhəti ilə bu sektorun tənəzzülə uğradılmasını necə başa düşmək olar?

Aydındır ki, burda belə gəlirli sahədə kiçik və böyüklüyündən asılı olmayaraq ABŞ-ın rəqiblərini sıradan çıxarmaq prosesi əsas rol oynayıb. Tütün isə çox böyük biznesdir.

Ölkədə əkilən tütünün yerli siqaret fabrikləri tərəfindən alınmaması da yuxarıda qeyd etdiyimiz şübhələri gücləndirən faktorlardandır. Çünki, Azərbaycan siqaret istehsalçıları bütün xammalı xaricdən idxal edirlər. Bizim tütünün isə yerli fabriklərin almaması, əvəzində bu məhsulun Gürcüstan tərəfindən alınması maraqlı məqamdır.

Lakin qeyd etməliyəm ki burada digər səbəblərin də müəyyən qədər rolu var. ABŞ-da tütünün məhsuldarlığı yüksəkdir, çünki genetik modifikasiyaya məruz qalıb. Buna görə də, bu gün dünya bazarında onların təklif etdiyi tütün ucuz olduğundan digər ölkələrin məhsullarını sıxışdırır. Lakin Azərbaycanda tütün istehsal etmək ABŞ-dan idxal etməkdən xeyli ucuz başa gəlir.

Tütünçülük ən gəlirli sahələrdən biri ola bilərdi

Hazırda Azərbaycanda “Samsun”, “Trabzon” və “İtiyarpaq” kimi qiymətli tütün növləri əkilir. Lakin yerli siqaret fabrikləri naməlum səbəbdən amerikan tütününün idxalına üstünlük verərək yerli məhsulu qəbul etmədiklərindən bu qiymətli təbii sortlar ucuz qiymətə qonşu Gürcüstana satılır.

Bunun nəticəsində ölkəmizdə yerli imkanlar ola-ola xeyli valyuta xaricə axır. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, ildə 100 milyon dollarlıq tütün və tütün məmulatı idxal olunur. Ölkə üzrə tütün məmulatlarını dövriyyəsi isə 200 milyon manat civarındadır.Təkcə bu rəqəm yerli tütünçülüyün tənəzzülü ilə hər il nə qədər böyük gəlirdən məhrum olduğumuzu anlamaq üçün kifayət edir. Bu fakt tütünçülük kimi gəlirli bir sektorun mümkün qədər tez müddətdə bərpasının vacibliyini göstərmək üçün kifayət edir.

Ekspertlər hesab edir ki, əgər bu sahəyə yetərli diqqət ayrılsa, yaxın perspektivdə hazırki istehsalı azı 10 dəfə artırmaq üçün real imkanlar vardır. İlk növbədə daxili bazarı tam təmin etmək, sonrakı mərhələdə ixrac etmək olar.

O ki qaldı, tütütün sağlamlığa zərərinə, bəli ən zərərli məhsullardandır və istifadəsi məsləhət deyil. Lakin o bu o demək deyil ki, bu sahədə monopoliya yaratmaq, tütün istifadəçilərinin bu asılılığından istifadə edib onları soyub talamaq və müftə qazanc əldə etmək lazımdır. İndiki qidaların 90 faizi- GMO və süni kimyəvi maddələrdən ibarətdir və ən azı siqaret qədər sağlamlığa zərərlidir, bu hesabla onları da qızıl qiymətinə satmaq lazımdır. Bir sözlə, tütünçülük sahəsi ziddiyyətli sahədir. Onu ya tam ləğv etmək lazımdır, ya da bu sahədə düzgün tənzimləmə aparmaq.

Elçin Bayramlı

Xəbər 1618 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb


BÜTÜN XƏBƏRLƏR +