Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar


25.10.2022  13:40 

Xəzərin çirklənməsi hansı problemlərə yol açır?





A+  A-

Yer kürəsində ən böyük qapalı su hövzəsi olan Xəzər dənizində son illər ekoloji problemlər daha da artmaqdadır. Ekoloji problemin səbəblərinə gəldikdə isə mütəxəssislər bunu müxtəlif amillərlə izah edilər. Belə ki, dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, üzən vasitələrdən tullantılar, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması və digər faktorlar göstərilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində və onun sahil zolağında fəaliyyət göstərən müəssisə və təşkilatlarda, obyektlərdə, üzən vasitələrdə, sahilboyu ərazilərdən dənizə olan axarlarda həyata keçirilən ekoloji monitorinqlər zamanı Xəzər dənizinə tökülən 128 axar qeydə alınıb. Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanov da Xəzərin çirklənməsinin yalnız su ilə məhdudlaşmadığını, ətraf aləm, o cümlədən flora və fauna üçün də böyük problemlərə yol açdığını deyir.

R.Sultanovun sözlərinə görə, dünya miqyasında dənizlərin, okeanların, çayların, göllərin çirklənməsi ilə əlaqədar olaraq mütəmadi olaraq müəyyən monitorinqlər keçirilir: “Xəzər 5 dövlətin ətrafında yerləşən böyük bir su hövzəsidir. Xəzər dənizinin çirklənməsi yalnız bir ölkənin deyil, həmin 5 ölkənin, yəni qlobal bir problemdir. Bu qlobal problemi həll etmək üçün həmin ölkələr müəyyən məsələləri müzakirə etmək üçün görüşlər keçirirlər. Ümumiyyətlə, bu isitiqamətdə beynəlxalq konvensiyalar var. Bu isə regional problemdir. Xəzəri ən çox çirkləndirən Volqa çayıdır və onun ətrafında 20-25 milyona qədər əhali yaşayır. Bu əhalinin həm sənaye, həm də məişər tullantıları Xəzər dənizinə axıdılır. İkinci ən çox tullantı axıdan ölkələrdən biri Azərbaycandır. Araz çayı Ermənistanda çirklənir. Gürcüstandan da Kür çayı vasitəsilə sənaye və məişət tullantıları Azərbaycana gəlir və Xəzərə tökülür. Nə Ermənistan, nə də Gürcüstan beynəlxalq konvensiyalara qoşulmayıblar. Əgər qoşulsaydılar Azərbaycan onları beynəlxalq məhkəməyə də verə bilərdi. Baxmayaraq ki, Ermənistan Araz çayını çirkləndirir, bir dəfə də olsun İran bu haqda müəyyən məsələ qalıdrmayıb. Yalnız bir il bundan öncə Araz çayı Ermənistan ərazisində son dərəcə çirkləndiyi üçün müəyyən iradlarını bildirdilər. Azərbaycanın özündə də Kür çayına müəyyən məişət tullantılar, suyu çirkləndirən maddələr də axıdılır. Beləliklə, ən az suyu çirkləndirən Türkmənistan və Qazaxıstandır”.

Ekoloq deyir ki, Azərbaycanda Xəzər dənizindən neft çıxarılır və emal prosesində ən mütərəqqi texnologiyalar tətbiq edilməsinə baxmayarq, qəzalar baş verir və nəticədə neft dənizə tökülür: “Dənizdən neft çıxaran yalnız Azərbaycandır və bu baxımdan neftlə çirklənmə prosesi ölkəmiz tərəfindən gedir. Xəzər dənizinin çirklənməsində ən böyük amillərdən biri kimi hərbi gəmilərin, eləcə də digər gəmilərin də rolu var. Belə ki, dəniz nəqliyyatı dənizə xeyli miqdarda çirkli maddələr axıdır. Xəzər dənizin çirklənməsi yalnız suya deyil, orada yaşayan canlılara da öz təsirini göstərir. Belə ki, Xəzər dənizində balıqçılıq inkişaf edir və buradakı balıqlar qidalanarkən müəyyən zəhərli maddələr onların orqanizminə daxil olur. İnsanlar balıqlarla qidalarkən həmin konseregen maddələr insanların orqanizminə də təsir göstərir. Bundan başqa Xəzər dənizində hərbi manevrlər, təlimlər aparırlar ki, bu da suyun çirklənməsində öz təsirini göstərir. Əhalinin sayı ilə yanaşı suya olan tələbat da artır. Suyun çirklənməsi prosesi əvvəlki illərə nisbətən daha çox olur. Xəzərin çirklənməsinin qarşısının alınması üçün müəyyən tədbirlər görmək lazımdır. Bu baxımdan dənizdən neft çıxararkən ehtiyatlı olmaq lazımdır ki, dəniz neftlə çirklənməsin. Eləcə də Rusiyadan, Həştərxan ərazisində baş verən proseslərin nəticəsidir ki, Xəzərin çirklənməsinin 80 faizi məhz Volqa çayının payına düşür. Rusiyada bu çirklənmənin qarşısının alınması üçün müəyyən tədbirlər görülməlidir. Dənizin mühafizə edilməsi əsas məsələlərdən biridir. Ermənistan, Gürcüstanın bizim çayları çirkləndirməsi ilə bağlı regional iclaslarda, konfranslarda alimlərimiz statistik rəqəmlər təqdim edirlər”.

Ekoloq deyir ki, bu çirklənmə yalnız balıqlara təsir göstərmir: “Dünyada okeanların, dənizlərin, çayların altında olan bitkilər oksigen ifraz edir. Dünyada ifraz edilən oksigenin 60 faizi okean, dəniz və çaylarda olan bitkilərin hesabınadır. Konseregen maddələr oraya düşəndə onları məhv edir. Suyun oksigenə olan tələbatı azalır. Quru ərazidə bitki məhv olanda insanlar onu bərpa etmək imkanına malikdir. Ancaq dənizin dibində olan bitkilər konseregen maddələr nəticəsində məhv olduqda o bitkiləri yenidən əkmək qeyri-mümkündür. Eləcə də Xəzər dənizində olan balıqların əksəriyyəti bitkilərlə qidalanırlar. Burada qida zənciri qırılır. Xəzərin mikroflorası, faunası azalır. Beləliklə, Xəzərdə olan canlı aləm getdikcə azalır. Almaniyada Reyn çayına o qədər sənaye məhsulları axıdılır ki, ona “ölü çay” deyirlər. Hətta orada canlı mikroorqanizmlər belə, yoxdur. Xəzərlə bağlı 5 ölkə müəyyən tədbirlər həyata keçirməsə, vəziyyəti daha da pisləşəcək. Bu gün hətta milyon tonlarla müəyyən zəhərli maddələr havaya buraxılır, onlarda həm yağış vasitəsilə, həm də çaylar vasitəsilə Xəzəri çirkləndirir. Xəzərə axan çayların daşması da dənizin çirklənməsində rol oynayır. Yəni Xəzəri çirkləndirən amillər olduqca çoxdur. Bunun qarşısını sözlə almaq yox, xeyli vəsait sərf etmək lazımdır. Bu regional problemdir və bunun qarşısı alınmalıdır”.

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir.

Yusif Əli
XəzərNews.az




Xəbər 984 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +