Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar


24.10.2022  11:05 

Bumeranq





A+  A-

Anasının əlindən tutmuşdu. Şirniyyatlara, sulara, oyuncaqlara baxa-baxa qalmışdı. Hərdən dayanıb nəsə demək istəyirdi. Amma anası onun əlini sıxaraq susmasını tələb edirdi. Sussaydı da, üzündəki təbəssüm hər dəfə yenilənirdi. Böyük mağazada onu xoşbəxt edəcək hər şey var idi.

Tortlar olan hissəyə gələndə daha çox sevindi. Daha onu susdurmaq olmazdı. Anasına yalvarmağa başladı:

- Ana, mən tort istəyirəm. Nolar, al da, ana.

Anası gah qızına, gah da tortlara baxırdı. Bəzəkli, rəngarəng tortlar şüşənin arxasından elə gözəl görünürdü ki, artıq ananın da nəfsi çəkirdi. Fəridə anasının üzündəki razılıq ifadəsini görüb sevindi. Az qala atılıb-düşəcəkdi mağazanın ortasında. Anası dəsmalının arasındakı pulları əliylə ovuşduraraq nəsə düşünürdü. O isə xəyalında bütün tortlardan dadmışdı. Ən şirinini seçmişdi də.

Ana nəsə düşünüb "yox", - dedi. Bu "yox" Fəridənin aldığı ən acı "yox"uydu.

- Pulumuz az qalıb. Tort alsaq, başqa şeylərə pulumuz çatmaz. Gələn səfər alarıq.

Ana danışdıqca Fəridə daha çox səssizcə ağlayırdı. Əslində, o göz yaşları anaya yox, Allaha üsyan idi, bəlkə də. Yazıq ana nə etsin? Kövrəlmək onun əlində su içmək kimi bir şey idi. Bədbəxt ana gözlərindən qocalmağa başlamışdı.

Bir neçə şey alıb getdilər. Yaşadıqları binanın girişində onları bir səs dayandırdı.
Arxadan gələn gənc adamın səsi anaya yad idi. Gənc adam təngnəfəs dayanıb bir az susdu. Fəridəyə baxa-baxa anasından xahiş etdi:

- Bu kiçik hədiyyəmi qəbul edin, xahiş edirəm.

Ana çaşqın idi, qəbul etmək istəmirdi.

Gənc adam:

- Xahiş edirəm, bu tortu qızınıza verməyimə icazə verin.

Elə həmin tort, Fəridənin xəyalən daddığı ən şirin tort. Ana Fəridənin yalvarışlı baxışlarına və gənc adamın israrlı xahişinə təslim oldu.

Fəridə tortu elə tutmuşdu ki, sanki bütün dünya ovucundaydı. Gənc adamın tortla bərabər verdiyi kağızı da sol ovucunda sıxmışdı.

Evə daxil oldular. Fəridənin atası onları qarşıladı. O, əlil arabasında bu gün daha təkəbbürlü görünürdü. Axı bu gün onun doğum günüydü. Fəridə hələ doğulmamışdı atası ayaqlarını itirəndə. O, atasını ayaqsız sevmişdi. Qardaşı da atasının ayaqlarını görməmişdi.

Ailə bir arada idi, üzlərində təbəssüm dolaşırdı. Ən çox da Fəridə xoşbəxt görünürdü. O, əlindəki tortu atasına uzadanda atası sual dolu baxışla ona və anasına baxdı. Sanki bu tortu hansı pulla aldınız,- deyə soruşmaq istəyirdi. Fəridə gənc adamın verdiyi kağızı da atasına uzatdı.

Saralmış, kirli kağızda bu sözlər yazılmışdı: "Yaxşılıq et və bil ki, bir gün sənə qayıdacaq".

Fəridə çaşıb qalmışdı. Atası kağızı oxuyub həm gülümsəyir, həm də gözündən yaş axıdırdı. Heç nə anlamadı həmin gün. Həmin tortun üzərində bir şam da yandırıb mahnı oxudular, yedilər, içdilər, danışdılar, güldülər. O düşünürdü ki, atasının doğum günü ən gözəl bayramdır. Heç vaxt atasını ayaqlı düşünməmişdi. Ayaqsız sevmişdi atasını. Atası hərdən gülür, hərdən də düşüncələrə dalırdı. Düz iyirmi il öncələrə getmişdi düşüncələri.

Gənc adamın Fəridəyə verdiyi kağızı o özü yazmışdı. Həm də iyirmi il öncə yazmışdı. "Yaxşılıq et və bil ki, bir gün sənə qayıdacaq".

O kağız neçə tortlar hədiyyə aparmışdı, neçə ailəni xoşbəxt eləmişdi, neçə uşağı sevindirmişdi, bilmirdi. Amma iyirmi illik yol gəlib onun evinə çıxmışdı. O, hələ müharibədən qabaq ayaqları üzərində gəzəndə bir adama vermişdi həmin kağızı hədiyyə üzərində.

Elşad Barat


Xəbər 1225 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +