Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


20.05.2024  12:05 

İran prezidentinin öldüyü qəzada təxribat izləri...





A+  A-

İran prezidenti İbrahim Rəisi və digər rəsmilərin öldüyü helikopter qəzasından sonra, hadisə ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. Bəzi İran mənbələrinin iddiasına görə, qəzanın birbaşa səbəbi təxribatdır. Bununla bağlı ən tutarlı xəbər “SEPAH”ın “Telegram” kanalında yayımlanıb. Paylaşımda İbrahim Rəisinin və digər həlak olan şəxslərin intiqamının alınacağı bildirilib.

Qəzada həqiqətən tərxibat motivləri varmı?

Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Elçin Mirzəbəyli bildirib ki, hadisə ilə bağlı ehtimallar üzərindən danışmaq düzgün yanaşma deyil:

“Bu kimi məsələlərdə ehtimallar üzərindən fikir səsləndirmək qeyri-peşəkarlıqdır. Hadisənin motivləri araşdırılır və qəzanın konkret səbəbi ilə bağlı yekun fikir səsləndirilməyib. İlkin açıqlamalarda isə bəyan edilib ki, qəzaya səbəb hava şəraiti olub. Hətta helikopterin qəzaya uğraması deyil, qəza enişi ifadəsi işlədilib. Bu aspektdən, araşdırmaların nəticəsi olmadan konkret fikir söyləmək çox çətindir. Təbii ki, bu özlüyündə çox ağır hadisədir. Təkcə İran İslam Respublikası üçün yox, bütövlükdə dost və qonşu ölkələr üçün olduqca üzücüdür. Bu hadisənin bizim üçün mənəvi aspektləri ondan ibarətdir ki, məhz “Qız Qalası” və “Xudafərin” su qovşaqlarının açılışından və İbrahim Rəisinin Azərbaycan xalqında və dövlətinə səsləndirdiyi dostca mesajlardan sonra, təbii ki, mənəvi ağırlıq yaradır. Amma bütün hallarda nəticəni gözləmək lazımdır”.

Politoloq təxribat ehtimalının araşdırma sonrasında məlum olacağını qeyd edib:

“Qənaətimə görə, İran İslam Respublikasının müvafiq qurumları bu araşdırmadan sonra məsələyə aydınlıq gətirəcəklər. “SEPAH”ın açıqlamasına gəlincə isə, düşünürəm ki, hər hansı konkret münasibət bildirmək doğru olmaz. Ola bilsin ki, onlar da bu fikri emosional olaraq ehtimal kimi səslənidiriblər. İndidən bu hadisəyə münasibət bildirmək çətindir. Amma bu təxribat kimin tərəfindən törədilib və qəza necə baş verib, bütün bunlar bəlli deyil”.



Xəbər 17505 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +