Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb


26.12.2022  18:49 

“Polislər yumruq-təpiklə döyə-döyə apardılar” - Şikayət





A+  A-

Bərdə rayonunun Bala Qacar kənd sakini Zaur Hüseynov polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını deyir. Onun sözlərinə görə, Bərdə rayon Polis Şöbəsinin rəhbərliyi indi də onu həbslə hədələyir, şikayətini geri götürməyi tələb edir.

“Yumruq-təpiklə döyə-döyə apardılar”

XəzərNews.az xəbər verir ki, 1983-cü il təvəllüdlü Zaur Hüseynov bu barədə Meydan TV-yə danışıb. O bildirir ki, hadisə dekabrın 13-də axşam saat 21.30 radələrində baş verib. Həmin gün o, xalası oğlu ilə birlikdə Bərdə şəhərində avtomobildə gedərkən yol polisi onları saxlayıb. Sükan arxasında xalası oğlu olub:

“Əvvəl dedi ki, içkilisiniz. Halbuki, içkili deyildik. Sonra dedi ki, maşını aparıram. Xalam oğlu fağır adamdı. Dedim, “bu adamın mülkiyyətidir, bir izah etməlisiniz ki, niyə əlindən alırsınız”. İzahat istəməyim xoşlarına gəlmədi. Ratsiya ilə xəbər verdilər, iki Post-Patrul maşını gəldi. Qollarımı burdular, məni maşına basdılar. Məni təpiklə, yumruqla döyə-döyə apardılar. Maşına mindirəndə döyməkləri az idi, yolda gətirəndə də döydülər…”.

“10 gündən çoxdur rayona gedə bilmirəm”


Zaur Hüseynovun sözlərinə görə, Bərdə Rayon Polis Şöbəsinə gətiriləndən sonra şöbənin həyətində də döyülüb. O iddia edir ki, polislər gecə vaxtı şöbənin həyətin onu yumruq-təpiklə vurublar:

“Qanun qarşısında hamımızın boynumuz qıldan incədir. Nə pozuntu eləmişdik ki, məni o günə qoydular? Polis şöbəsinin həyətində də məni elə döydülər… Qulağımın dibinə, sifətimə, kürəyimə. Sonra verdilər saxlanma otağına. Başıma yumruqla elə vurmuşdular, başım pis ağrıyırdı. Gecə saat 3-ə qalmış ayaqyoludan özümü atdım aşağı.

Qaçıb gəldim evimizə. Bildim ki, üstümdə xəsarətlər olduğuna görə mənə həbs cəzası verəcəklər. Saxlayacaqlar ki, izlər getsin…”.

Zaur Hüseynov deyir ki, Bakıya gəlib, Daxili İşlər Nazirliyinə gedərək, başına gələnlərlə əlaqədar ərizə verib: “10 gündən çoxdur ki, rayona gedə bilmirəm. Mənə xəbər göndərirlər, həbslə hədələyirlər…”

Daxili İşlər Nazirliyi nə deyir?


Daxili İşlər Nazirliyi isə Zaur Hüseynovun polis əməkdaşları tərəfindən döyülməsi, Bərdə rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən həbslə hədələnməsi haqda deyilənləri təkzib edib. Nazirliyin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, dekabrın 13-də Bərdədə yol polisi şəhər ərazisində xidmətdə olarkən “VAZ-2107” markalı avtomobili yol-hərəkəti qaydasını pozduğuna görə saxlayıb:

“Sürücüyə qayda pozuntusu barədə məlumat verən zaman nəqliyyat vasitəsindən kəskin spirtli içki qoxusu gəldiyi müəyyən edilib. Sürücü sərxoşluq halının müəyyən edilməsi üçün müvafiq müayinəyə dəvət olunub. Həmin vaxt avtomobildə sərnişin qismində olan şəxslər nəqliyyat vasitəsindən düşərək uca səslə nalayiq ifadələr işlədiblər və ictimai qaydanı pozublar. Bu səbəbdən həmin şəxslər rayon polis şöbəsinə gətiriliblər. Araşdırma zamanı onların Zaur Hüseynov və Rəşad Qasımov olduqları müəyyən edilib. Adıçəkilən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək, məhkəməyə göndərilib. Qərara əsasən, onlar 50 manat miqdarında cərimə ediliblər”.

Zaur Hüseynovun həbslə hədələnməsi, bu üzdən Bərdəyə gedə bilməməsi haqda dediklərinə gəlincə, Aslan Qiyaslı bunları “şişirtmə” adlandırıb, heç bir əsası olmadığını vurğulayıb:

“Onun barəsində qanunla nəzərdə tutulmuş qaydada tədbir görüldüyündən polisin artıq bu məsələ ilə bağlı ondan hər hansı bir tələbi yoxdur”.

DİN rəsmisi əlavə edib ki, Zaur Hüseynovun döyülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub: “Hazırda məlumatla əlaqədar müvafiq araşdırmalar davam etdirilir”.

Xəbər 962 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +